Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


 İnzibati mühafizə – cinayətkarlığa qarşı



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə263/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   789
inzibati-huquq

4. İnzibati mühafizə – cinayətkarlığa qarşı

mübarizə - siyasi mühafizə (siyasi polis)

a) İnzibati mühafizə - cinayətkarlığa qarşı mühafizə

İnzibati  mühafizənin  cinayət  istintaqı  ilə  bağlı  polis  fəaliyyətindən  fərqini

ortaya  qoymaq  lazımdır.  Bu  fərqləndirməyə  ehtiyac  varmı?  Praktikada  bunlar

arasında  fərq  var. İnzibati  mühafizə  ictimai  qaydanı  qoruyan  fəaliyyət  olduğu

üçün ona  “preventiv  mühafizə”,  “cinayətdən  əvvəl  mühafizə”  də  deyirlər.

331


Cinayət istintaqı fəaliyyəti isə cinayət törədilməsindən son ra icra edilən fəaliy-

yətdir və məqsədi də şəxsləri cinayət məsuliyyətinə cəlb etməkdir; bura cinayə -

tin istintaqı, sübutların toplanması, qəti-imkan tədbirlərinin tətbiqi və s. Daxil-

dir.  İki  mühafizə  qolları  arasındakı  fərq,  sadəcə,  birincinin  ictimai  qa ydanın

pozulmasını  önləyici,  o  birinin  isə  cinayət  sayılan əməllərə  görə  cəzalandırıcı

olmasından ibarət deyildir. Bu fəaliyyəti icra edən orqanlar baxımından da fərq

yaranır,  habelə  tətbiq  edilən  qanunvericilik  baxımından.  Məsələn,  rayon  icra

hakimiyyətləri inzibati mühafizəni həyata keçirdikləri halda, cinayət istintaqına

yönəlik  mühafizə/polis  fəaliyyətini  həyata  keçirmirlər.  Daxili İşlər  Nazirliyi

həm inzibati, həm də cinayət istintaqı fəaliyyətini icra edir. Prokurorluq orqan -

ları cinayət istintaqını həyata keçirən, ona nəzarət edən orqandır. Bəzən bir nazir -

liyə daxil olan müxtəlif aşağı orqanlar ayrı -ayrı mühafizə sahələrində iş görürlər.

Məsələn, Dövlət Yol Polisi ancaq inzibati mühafizə ilə məşğul olur, amma yol

nəqliyyat  hadisəsi  nəticəsində  kiminsə sağlamlığına  ağır  zərər  vurularsa,  DYP

hadisəni  protokollaşdırmalıdır,  lakin  CM -in  263-cü  maddəsi  üzrə  icraatı  DYP

deyil,  rayon  polis  idarəsi  (RPİ)  aparacaqdır;  halbuki  bunların  ikisi  də  Daxili

İşlər Nazirliyinin tabeçiliyində olan orqanlardır. Qısası, inzibati – cinayət-istin-

taq mühafizə fəaliyyəti, praktikada



səlahiyyət

 baxımından da ortaya fərq qoyur.

331

Gözübüyük, Tan, I Cild, s.476.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə