Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə261/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   257   258   259   260   261   262   263   264   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

148

nın alınmasına yönəlik tədbirlər, şəxs i və mənzil toxunulmazlığının təmin edil -

məsi üçün nəzərdə tutulan tədbirlər və ya binaların yanma və uçma təhlükəsinə

qarşı nəzərdə tutulan tədbirlər, şəxslərin canı və əmlakı üçün qorxu duymadan

yaşamalarına yönəlir və ictimai qayda/asayiş termini ilə sıx bağlıdır.

b) Nizam – intizam

Nizam-intizam  normal  yaşayışa  neqativ  istiqamətdə  təsir  göstərə  bilən  hər

cür  pozuntunun  və  qarışıqlığın  olmamasını  ifadə  edir.  Bu  mənada  nizam -

intizam  şəxslərin  sakit  yaşamalarına  mənfi  təsir  göstərən  t oz,  səs-küy,  duman,

çirk və s.  kimi hər cür qarışıqlıqdan uzaq rahat  yaşamalarını ifadə edir. Xarici

görkəmi  pozan  hallar  da  ictimai  qaydanı  pozma  dərəcəsinə  vardıqda,  nizam -

intizamı pozan hal sayılır.

İctimai həyatın tənzimlənməsində qoyulan qaydalara əməl olunub-olunmama-

sını  yoxlamaq  da  cəmiyyətdə  nizam-intizamın  qorunmasına  aiddir.  Məsələn,  sa-

hibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxsin  vergi  ödəyib -ödəmədiyinin,  iş  yerində

sanitariya qaydalarına əməl edib-etmədiyinin yoxlanması buna misal ola bilər.

c) Sağlamlıq

Səhhətin qorunması

kimi  ifadə oluna bilən sağlamlıq c əmiyyətin infeksiya

və epidemik  xəstəliklərdən mühafizə  olunması,  cəmiyyətin  sağlam  şəraitdə

yaşamasının təmin edilməsi mənasına gəlir.

İctimai asayişin ünsürü kimi sağlamlıq konkret vətəndaşın hər hansı xəst ə-

likdən  müalicə  olunması  demək  deyil:  belə  xəstəliklərin  müalicəsi  ictimai

səhiyyə  xidmətinin  predmetidir  və  bu  işi,  bir  qayda  olaraq,  Səhiyyə  Nazirliyi

təşkil edir. İctimai asayiş termininin ünsürü olaraq sağlamlıq bütöv cəmiyyətin

ümumi və  epidemik  xəstəliklərdən  qorunması,  bu  cür  xəstəlik  təhlükəsinin

olmaması  mənasına  gəlir.  Məsələn,  taun,  xolera  kimi  xəstəliklər  həm  epide -

mikdir,  həm  də  çox  təhlükəlidir.  Təhlükə  yaratmayan  xəstəliklər  ictimai  qay -

danı pozmaz və inzibati orqanlar onlara qarşı birbaşa tədbir görə bilməz. Lakin

quş  qripi  kimi  təhlükəli  və  epidemik  xəstəliklərə  qarşı  bütün  ölkələrdə  idarə -

etmə  orqanları  təxirə  salınmayan  tədbirlər  görür.  Başqa sözlə,  ictimai  asayişin

ünsürü olan sağlamlıq, ümumi sağlamlıqdır. Məsələn, sular, hər cür qida mad-

dələri üzərində nəzarət, epidemiyaların qarşısının alınması üçün tədbirlər ümu -

mi sağlamlığın qorunması məqsədi güdür. Ümumi sağlamlığın qorunması üçün

tətbiq olunan tədbirlər, insanlar və heyvanlar üzərində ola biləcəyi kimi, daşınar

və  daşınmaz əşya  üzərində  də  tətbiq  oluna  bilər. Bir  iki  nəfərin  qrip  xəstəliyi

tutması, dövləti çox maraqlandırmaz. Lakin qrip epidemiyasının yayılması, bir

çox  halda  administrasiyanı  hərəkərə  keçirir,  məsələn  məktəblərdə  və  digər

müəssisələrdə özləri peyvənd vurma kompaniyası təşkil edə bilərlər.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə