Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


 İnzibati mühafizənin məqsədi - “İctimai Qayda”



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə258/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   789
inzibati-huquq

2. İnzibati mühafizənin məqsədi - “İctimai Qayda”

İnzibati  mühafizə  fəaliyyətinin  məqsədi,  az  öncə  də  göstərildiyi  kimi,  icti -

mai  qayda  və  asayişin  qorunması  və  təmin  edilməsidir. İngilis  dilində

public

326


baxın: 9/2, 10/2, 11/2-ci maddələr.


Fərhad Mehdiyev

146

safety (order)

327

, alman hüququnda isə “



öffentlichen Ordnung

328



 adlanan, insan

hüquqlarının məhdudlaşdırılmasında da bir meyar kimi istifadə olunan anlayışa

Avropa Məhkəməsinin  qərarlarında  tez-tez  rast  gəlmək olar.  Bu  halda  ictimai

qayda/asayiş terminini açıqlamaq lazımdır.

İdarəetmə orqanlarının bütün fəaliyyətində olduğu kimi, mühafizə fəaliyyə -

tinin  də  son  məqsədi  ictimai  marağın  gerçəkləşdirilməsidir. İctimai  qaydanın

pozulması  ictimai  marağa  mənfi  təsir  göstərir  və  bunun  qarşısını  almaqla

ictimai  mənafe  reallaşır. Bu  mənada  ictimai  qayda/asayiş  "...  cəmiyyətə   aiddir

və  müəyyən şəxslərə deyil, ümumi  mən afeyin təmin edilməsinə əsaslanır..".

329


Bu səbəbdən də, şəxslərə aid olan və şəxsi/özəl mənafelərə əsaslanan davranış

sisteminin ictimai asayiş ilə əlaqəsi yoxdur. Bu baxımdan ictimai qayda/asayiş -

yollar,  parklar,  teatrlar,  meydanlar,  kinoteatrlar,  sauna,  mehmanxana,  restoran,

kazino, bar kimi hər kəsə açıq yerlərdə olan qaydanı ifadə edir; ictimai qayda /

asayiş  belə  ümumi  yerlərdə  vətəndaşların  təhlükəsizlik,  əmin -amanlıq,  sağlam

şəraitdə  yaşamalarının  təmin  ed ilməsi  mənasına  gəlir.  Lakin şəxslərin  mənzi -

lində və ya iş yerlərindəki qaydanın, şəxslərin şəxsi həyatlarına və ya əxlaq an -

layışlarına görə qurduqları nizamın qorunması və təmin edilməsi administrativ

inzibatçılığın  məqsədinə  daxil  deyil.  Bu  mənada şəxs lərin  ictimai  həyata  təsir

göstərməyən  və  fərdi  mənfəətə  yönəlik,  əxlaq  anlayışlarına  uyğun  hərəkət  və

davranışlarına  inzibati  mühafizə  müdaxilə  edə  bilməz.  Ancaq  totalitar  rejim -

lərdə  (məsələn,  kommunist,  faşist  və  teokratik  rejimlərdə)  inzibati  mühafizə

şəxslərin mənzillərinə, şəxsi həyatlarına müdaxilə edə bilər.

Məsələn, cəmiyyətdə ancaq 2-3 nəfərin hüquqlarını poza bilən davranışlar,

ümumilik ərz  etmədiyi  üçün,  ictimai  qaydanı  pozucu  mahiyyət  daşımır  və

mühafizə fəaliyyətinin predmeti ola bilməz.

28 Oktyabr  1999-cu  il tarixli «Polis  haqqında»  Qanunun  3-cü  maddəsi

"…polisin  təyinatı  insanların  həyatını,  sağlamlığını,  hüquq  və  azadlıqlarını,

dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa

zidd əməllərdən qorumaqdan ibarətdir”,

polisin vəzifələrini sadalayanda isə ilk

sırada

 “ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək” , “cina-

yətlərin  və  digər  hüquqpozmaların  qarşısının  alınması  üçün  tədbir  görmək”

deməklə administrativ mühafizə fəaliyyətinin əsl məqsədinin cəmiyyətin xarici

və maddi nizamını qorumaq olduğunu ifadə edir.

327


Əslində,

public order

 sözünün mənası daha genişdir və yerinə görə, “ictimai quruluş”, “sistemin

əsas qaydaları” kimi mənala ra gəlir. Belə halda o, konkret cəmiyyətin əsas qayda və prinsiplərini

ifadə  edir.  Məsələn,  milli  məhkəmədə  tətbiq  edilən  xarici  dövlət  qanunu  tətbiq  edən  dövlətin

hüquq sisteminə, əsas qayda və prinsiplərinə zidd olmamalıdır.

328


baxın: http://www.uni-rostock.de/fakult/jurfak/gersdorf/Faelle/AG_VerwR_II/loes7.html

329


Onar, s.1479



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə