Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Müqayisəli inzibati hüquq



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə57/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   789
inzibati-huquq

Müqayisəli inzibati hüquq

, ABU Yayımı, Bakı, 1998, s. 63, 68, 76, 96.

2

Bu  səbəbdən  də



Duquit,  Droit  Administratif

’i “ictimai  xidmətlər hüququ”  adlanırdı; bu  məktəbin

başqa adı  “Bordo məktəbi”dir.



Fərhad Mehdiyev

2

(prosessual  qaydaları)  incələyir.

3

  Mühafizə / polis  funksiyasının  (polis



hüququnun)  daha əvvəl  yaranmasına  baxmayaraq,

4

indi  ictimai  xidmət,  yəni



vətəndaşlara  və  əhaliyə  göstərilən  xidmətlər,   dövlətin  əsas  vəzifələrindən

sayılır.  Bunu  çağdaş  dünyamızda  hakim  olan  hüquqi  dövlət  və  sosial  rifah

dövləti kimi prinsiplər tələb edir. Anglo -sakson hüququnda isə «

Administrative

Law

» əsasən inzibati orqanlar üzərində məhkəmə nəzarətini, onun meyarlarını,

əsaslarını, metodlarını və prosedurasını incələyir.

Maraqlıdır ki, ali məktəb tələbələrindən ilk dərsdə “Sizcə, «İnzibati hüquq»-

un  predmeti  nədir,  bu  hüquq  sahəsi  nəyi  öyrənir”  soruşduqda  tələbələr,  bir

qayda olaraq, ancaq çiyinlərini çəkirlər.

“İnzibati hüquq” termini əvəzinə “idarəçilik hüququ” termini istifadə olun-

sa, xüsusən xarici dilə tərcümə ediləndə - İngilis dilində “



governing law

”, rusca


isə  “

управленческое  право

”  olacağına  görə,  bunun  çox  da  uyğun   gəlmədiyini

görmək  mümkündür.  Bu  baxımdan “idarəetmə”  termini  daha  uyğun  sayılır.

Alman hüququnda da, «



Verwaltungs»

 sözü məhz idarəetmə mənasını verir.

Termin  qarışıqlığı  təkcə  fənnin  adının  necə  olacağı  ilə  bağlı  deyil.  Hüqu -

qumuz üçün  mənbə olan Rusiya hüququnda da eyni problem yaşanır. Müxtəli f

inzibati aktların təsnifatında da belə problem var. Məsələn, “ictimai xidmət” ilə

“mülki  xidmət”  sözləri  funksional  mənada  fərqli şeyləri  ifadə  edir –  birincisi

əhaliyə  verilən  xidmətləri  (nəqliyyat,  su,  qaz,  təhsil)  ifadə  etdiyi  halda,  mülki

xidmət  dövlət  qulluğunu  nəzərdə  tutur.  İnzibati  orqanların  qəbul  etdiyi  aktlar

baxımından da termin qarışıqlığı var. Bu əsərdə çalışacağıq ki, Azərbaycan di-

linə  uyğun  olan  və  terminin  mənasını  daha  dəqiq  əks  etdirən  terminlərdən

istifadə edək. Bununla belə, bu məsələlərdə qəti söz demək fikrindən uzağıq.



Administrative Law

” termini yerinə “İdarəçilik hüququ”, “İdarəetmə hüqu -

qu”,  “Administrativ  hüquq”,  “İnzibati  idarəetmə  hüququ”  terminlərinin  birini

işlətmək  olar.  Əslində,  tənqidlərə  ən  az  məruz  qalan  “Administrat iv  hüquq”

terminidir.

5

  Texniki  baxımdan  da  bu,  daha  düzgündür.  Lakin  xarici  mənşəli



olduğundan  “administrativ”  sözü  dilimizə  nisbətən  yaddır  və  “Administrativ

hüquq” termininin hamılıqla qəbul olunacağını gözləmək, bəlkə də, düz olmaz.

Xatırladmaq  istəyirik  ki,  termin  qarışıqlığına  səbəb  olan  əsas  amil,  məhz

inzibati  xətalar  institutu  və  onların  inzibati  hüquq  sahəsindəki  yeri  və

əhəmiyyətidir.

3

Revision WorkBook,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə