, ABU Yayımı, Bakı, 1998, s. 63, 68, 76, 96.
Fərhad Mehdiyev
2
(prosessual qaydaları) incələyir.
3
Mühafizə / polis funksiyasının (polis
hüququnun) daha əvvəl yaranmasına baxmayaraq,
4
indi ictimai xidmət, yəni
vətəndaşlara və əhaliyə göstərilən xidmətlər, dövlətin əsas vəzifələrindən
sayılır. Bunu çağdaş dünyamızda hakim olan hüquqi dövlət və sosial rifah
dövləti kimi prinsiplər tələb edir. Anglo -sakson hüququnda isə «
Administrative
Law
» əsasən inzibati orqanlar üzərində məhkəmə nəzarətini, onun meyarlarını,
əsaslarını, metodlarını və prosedurasını incələyir.
Maraqlıdır ki, ali məktəb tələbələrindən ilk dərsdə “Sizcə, «İnzibati hüquq»-
un predmeti nədir, bu hüquq sahəsi nəyi öyrənir” soruşduqda tələbələr, bir
qayda olaraq, ancaq çiyinlərini çəkirlər.
“İnzibati hüquq” termini əvəzinə “idarəçilik hüququ” termini istifadə olun-
sa, xüsusən xarici dilə tərcümə ediləndə - İngilis dilində “
governing law
”, rusca
isə “
управленческое право
” olacağına görə, bunun çox da uyğun gəlmədiyini
görmək mümkündür. Bu baxımdan “idarəetmə” termini daha uyğun sayılır.
Alman hüququnda da, «
Verwaltungs»
sözü məhz idarəetmə mənasını verir.
Termin qarışıqlığı təkcə fənnin adının necə olacağı ilə bağlı deyil. Hüqu -
qumuz üçün mənbə olan Rusiya hüququnda da eyni problem yaşanır. Müxtəli f
inzibati aktların təsnifatında da belə problem var. Məsələn, “ictimai xidmət” ilə
“mülki xidmət” sözləri funksional mənada fərqli şeyləri ifadə edir – birincisi
əhaliyə verilən xidmətləri (nəqliyyat, su, qaz, təhsil) ifadə etdiyi halda, mülki
xidmət dövlət qulluğunu nəzərdə tutur. İnzibati orqanların qəbul etdiyi aktlar
baxımından da termin qarışıqlığı var. Bu əsərdə çalışacağıq ki, Azərbaycan di-
linə uyğun olan və terminin mənasını daha dəqiq əks etdirən terminlərdən
istifadə edək. Bununla belə, bu məsələlərdə qəti söz demək fikrindən uzağıq.
“
Administrative Law
” termini yerinə “İdarəçilik hüququ”, “İdarəetmə hüqu -
qu”, “Administrativ hüquq”, “İnzibati idarəetmə hüququ” terminlərinin birini
işlətmək olar. Əslində, tənqidlərə ən az məruz qalan “Administrat iv hüquq”
terminidir.
5
Texniki baxımdan da bu, daha düzgündür. Lakin xarici mənşəli
olduğundan “administrativ” sözü dilimizə nisbətən yaddır və “Administrativ
hüquq” termininin hamılıqla qəbul olunacağını gözləmək, bəlkə də, düz olmaz.
Xatırladmaq istəyirik ki, termin qarışıqlığına səbəb olan əsas amil, məhz
inzibati xətalar institutu və onların inzibati hüquq sahəsindəki yeri və
əhəmiyyətidir.
3
Revision WorkBook,
Dostları ilə paylaş: