, Old Bailey Press, London 2002, s.2.
Козырин А.Н., Штатина М.А., Зеленцов А.Б.
, Издательство «Спарк», Москва, 2003, с. 6.
“Konstitusiya hüququ” termini hüquq elmimizə daxil olub və termin kimi tənqid olunma ehtimalı
İnzibati hüquq
3
Nəhayət, 30 İyun 2009 tarixli İnzibati-Prosessual Məcəllə də bu məsələyə
kifayət qədər aydınlıq gətirdi. Məcəllə nin 2-ci maddəsi, predmet üzrə hansı
işlərə İPM -nin tətbiq ediləcəyini göstərməklə, inzibati idarəetmə fəaliyyətindən
yaranan mübahisələri əhatə edir. Buna görə də, artıq ölkəmizdə “inzibati
hüquq” anlayışı Avropada olduğu tərifə uyğun gəlməlidir.
6
Buna görə birinci
çapdan fərqli olaraq, bu çapda kitabın adını “İnzibati İdarəetmə Hüququ” olaraq
qoymadıq, çünki “idarəetmə” sahəsini ayrıca vurğulamağa ehtiyac görmürük.
Eyni zamanda bu əsərdə, “administrasiya” və “administrativ” terminlərin-
dən də istifadə etməyə davam edəcəyik. Kitabın birinci çapında bu termindən
istifadə etmişdik, və bunu uğurlu saymaq lazımdır çünki 18 Mart 2009 tarixli
referendum ilə Konstitusiyadaki “Prezident Apparatı” məfhumunun, “Prezident
Administrasiyası” olaraq dəyişdirildiyini gör ürük. Bu sözlər, bəzi hallarda
idarəetməni həm orqanik, həm də funksional baxımdan ifadə etdiyi üçün
istifadəsi məqsədəuyğundur. Kontinental Avropada bu hüquq sahəsinin
adlandırılmasında buna diqqət yetirilir.
7
“Administrasiya” anlayışı ilə bir,
yaxud bir neçə idarəetmə orqanlarını, “administrativ” anlayışı ilə hakimiyyət
səlahiyyətləri daşıma xüsusiyyətini ifadə edəcəyik.
Əfsuslar olsun ki, yeni İnzibati Prosessual Məcəllə, İnzibati İcraat
Haqqında Qanun kimi, terminologiya məsələsində qarışıqlıqları arad an
qaldırmayıb. Tənqidimiz əsassız olmasın deyə bir misal verək, İPM -nin 74-cü
maddəsindəki “hədlər” sözü, İİHQ-un 14-cü maddəsindəki “hüdudlar” sözünə
dənk tutulsa (texniki olaraq istinad olunmalıdır), belə halda İİHQ -un
ratio legis
i
pozulmuş olar.
Müxtəlif hüquq sahələrinin ölkədən-ölkəyə dəyişməyən ortaq terminləri
var: Cinayət hüququnda «cəhd», «iştirakçılıq», Mülki hüquqda «əqdlərin eti -
barsızlığı», yaxud da «əsassız varlanma» kimi. İnzibati idarəetmə hüququ nda
da, xüsusən kontinental Avropa ölkələrində, İnzibati hüququn xeyli bənzər
anlayışları var. Qeyd etməliyik ki, Avropa Birliyinin də, Birliyə daxil olan
ölkələrin İnzibati idarəetmə hüququnun yaxınlaşmasında marağı vardır.
Xüsusən Fransanın «
Droit Administratiff’
» AB Ədalət Məhkəməsinin
qərarlarına təsir göstərdiyi üçün, başqa ölkələrdə qəbul edilir.
8
İnzibati hüququn
başqa vətəni
- Almaniya da müxtəlif ölkələrin uyğun institutlarının
formalaşmasına təsir göstərib.
6
Bu yanaşma Inzibati İcraat Haqqında Qanuna da hakimdir.
7
Thomas Borner,
Dostları ilə paylaş: