İnzibati hüquq
1
TERMİNOLOGİYA PROBLEMİ
Kitab oxumaq, insan övladını daim irəliyə götürən və ən təsirli vasitədir.
Hərçənd internetin və kom
Püter
əsaslı öyrənmə vasitələrin inkişafı bu həqiqəti
dəyişmədi.
Hüquq ədəbiyyatının maraqsız olduğu
NU
iddia edənlər çoxdur. Mövzunun
mürəkkəbliyi, məsələlərin mücərrəd formada ortaya qoyulması, istifadə olunan
dilin qəliz olması, hüquq kitablarının “qapalı boxça” kimi qarşımıza çıxmasına
səbəb olur. Halbuki hüquq məntiqini, hüquq nəzəriyyəsini qavramaq üçün, hüquq
kitabları mütləq oxunmalıdır.
Bu kitab haqqında belə düşünmənizi istəməzdik. Əslində kitablar bir dost və
xəzinədir. Ona görə dostdur ki, sizinlə xeyli vaxt keçirir, tək olduğunuzda
yanınızda olurlar. Xəzinədirlər, çünki kitabdan əldə etdiyiniz bilik puldan daha
dəyərli olur, pulu rahatlıqla itirə biləcəyiniz halda, bilik sizə uzun müddət yarar
təmin edir.
Hər bir kitab oxucusuna “açılmalıdır”. Oxuduğunuz ilk dəqiqələrdə. O sizi
aparııb götürməli, bəzi fikirlər çatdırmalıdır. Hüquq kitablarında, hüquqi dildə
bunu etmək bəzən çətin olur. Lakin əvvəlcədən diqqətinizi çəkirik: bu ki
t
abı
öyrənməklə, “A-dan Z-yə hüquqi dövlət necə olmalıdır” bu sualın cavabını
biləcəksiniz. Bu məqsəd uğruna da, səbr edib kitabı öyrənmək məsləhətdir.
Mümkün olduğu qədər çalışdıq ki, kitabın dilini sadə tutaq və anlaşılmayan
məfhumları sadə dildə ifadə edək. Amma bu həmişə alınmadı. Bu səbəblə
anlaşılmayan yerlərin bir daha oxumağınızı rica edəcəyik.
Droit Administratif/Verwaltungrecht/Administrative Law
kimi tanınan bu
hüquq fənni bizdə “İnzibati hüqu q” adlandırılır. Bununla belə, bu ad haqlı
olaraq tənqid edilir və onun yerinə “İdarəçilik hüququ”, yaxud da “İdarəetmə
hüququ” termini təklif olunub.
1
Həqiqətən də inzibatçılıq, yaxud da mühafizə
bu fənnin ancaq bir sahəsini təşkil edir. Çünki inzibatçılıqla yanaşı ictimai
xidmət və onun hüquqi rejimi kontinental hüquqda «
Administrative Law
» kimi
tanınan bu sahənin əsas tədqiqat obyektidir.
2
Anglo-sakson, yaxud «
common
law
» hüququnda isə bu fənn, əsasən, ictimai idarəetmə orqanlarının fəaliy -
yətinin icraat qaydalarını və onlar üzərindəki məhkəmə nəzarətini n qaydalarını
1
Abdullayev Elşad.
Dostları ilə paylaş: |