Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə58/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   789
inzibati-huquq

Administrative Law

, Old Bailey Press, London 2002, s.2.

4

Козырин  А.Н.,  Штатина  М.А.,  Зеленцов  А.Б.



Административное  право  зарубежных

стран

, Издательство «Спарк», Москва, 2003, с. 6.

5

“Konstitusiya hüququ” termini hüquq elmimizə daxil olub və termin kimi tənqid olunma ehtimalı



da azdır. Amma ona “ə sas təşkilat hüququ” da demək olardı.


İnzibati hüquq

3

Nəhayət, 30  İyun  2009  tarixli  İnzibati-Prosessual  Məcəllə  də  bu məsələyə

kifayət  qədər  aydınlıq  gətirdi.  Məcəllə nin  2-ci  maddəsi,  predmet  üzrə  hansı

işlərə İPM -nin tətbiq ediləcəyini göstərməklə, inzibati idarəetmə fəaliyyətindən

yaranan  mübahisələri  əhatə  edir.  Buna  görə  də,  artıq  ölkəmizdə  “inzibati

hüquq”  anlayışı Avropada  olduğu  tərifə  uyğun  gəlməlidir.

6

  Buna  görə birinci



çapdan fərqli olaraq, bu çapda kitabın adını “İnzibati İdarəetmə Hüququ” olaraq

qoymadıq, çünki “idarəetmə” sahəsini ayrıca vurğulamağa ehtiyac görmürük.

Eyni  zamanda  bu əsərdə,  “administrasiya”  və  “administrativ”  terminlərin-

dən  də  istifadə etməyə  davam edəcəyik. Kitabın  birinci  çapında  bu  termindən

istifadə  etmişdik,  və  bunu  uğurlu  saymaq  lazımdır  çünki  18  Mart  2009  tarixli

referendum ilə Konstitusiyadaki “Prezident Apparatı” məfhumunun, “Prezident

Administrasiyası”  olaraq  dəyişdirildiyini  gör ürük. Bu  sözlər,  bəzi  hallarda

idarəetməni  həm  orqanik,  həm  də  funksional  baxımdan  ifadə  etdiyi  üçün

istifadəsi  məqsədəuyğundur.  Kontinental  Avropada  bu  hüquq  sahəsinin

adlandırılmasında  buna  diqqət  yetirilir.

7

  “Administrasiya”  anlayışı  ilə  bir,



yaxud  bir neçə  idarəetmə  orqanlarını,  “administrativ”  anlayışı  ilə  hakimiyyət

səlahiyyətləri daşıma xüsusiyyətini ifadə edəcəyik.

Əfsuslar  olsun  ki,  yeni İnzibati  Prosessual  Məcəllə, İnzibati  İcraat

Haqqında  Qanun  kimi,  terminologiya  məsələsində  qarışıqlıqları  arad an

qaldırmayıb.  Tənqidimiz  əsassız  olmasın  deyə  bir  misal  verək, İPM -nin  74-cü

maddəsindəki  “hədlər”  sözü, İİHQ-un  14-cü  maddəsindəki  “hüdudlar”  sözünə

dənk tutulsa (texniki olaraq istinad olunmalıdır), belə halda İİHQ -un

ratio legis

i

pozulmuş olar.



Müxtəlif  hüquq  sahələrinin  ölkədən-ölkəyə  dəyişməyən  ortaq terminləri

var: Cinayət  hüququnda  «cəhd»,  «iştirakçılıq»,  Mülki  hüquqda  «əqdlərin  eti -

barsızlığı»,  yaxud  da  «əsassız  varlanma»  kimi. İnzibati  idarəetmə  hüququ nda

da,  xüsusən  kontinental  Avropa  ölkələrində, İnzibati  hüququn  xeyli  bənzər

anlayışları  var.  Qeyd  etməliyik  ki,  Avropa  Birliyinin  də,  Birliyə  daxil  olan

ölkələrin İnzibati  idarəetmə  hüququnun  yaxınlaşmasında  marağı  vardır.

Xüsusən  Fransanın  «

Droit  Administratiff’

»  AB Ədalət  Məhkəməsinin

qərarlarına təsir göstərdiyi üçün, başqa ölkələrdə qəbul edilir.

8

İnzibati hüququn



başqa  vətəni

-  Almaniya  da  müxtəlif  ölkələrin  uyğun  institutlarının

formalaşmasına təsir göstərib.

6

Bu yanaşma Inzibati İcraat Haqqında Qanuna da hakimdir.



7

Thomas Borner,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə