Fərhad Mehdiyev
10
vətəndaş ların törətdiyi inzibati xətaların icraatını aparmağa davam etdilər. Başqa
bir sözlə, Rusiyadakı inzibati məhkəmələr, Avropadakı inzibati məhkəmələrə
ancaq adı ilə bənzəyirlər, yoxsa fəaliyyətlərində hər hansı bir bənzərlik yoxdur.
Ölkəmizdə 2009-cu ildə İPM-nin qəbulu ilə, 2011-ci ildə inzibati məh-
kəmələr fəaliyyətə başlayacaq. Lakin ayrı bir ixtisaslaşmış məhkəmə yaratmaq
əvəzinə, ola bilsin texniki çətinliklər səbəbilə, bu məhkəmələr mövcud iqtisad
məhkəmələrinin bazasında, onlarla birləşdirilərək yara dılmışdır. Bunun bir başqa
səbəbi də o ola bilər ki, iqtisad məhkəmələri bizdə inzibati işlərin bir hissəsinə də
baxırdılar, xüsusilə maraqlı şəxs hüquqi şəxs olduğu hallarda, yaxud da vergi
mübahisələrində olduğu kimi. Halbuki bu nu çox da uğurlu addım saymaq olmaz:
burada yatan problem ondan ibarətdir ki, iqtisadi mübahisələrdə əsasən ictimai
maraq aspekti olmur və onlara ümumi hüquq (public law) qaydaları tətbiq
olunmur. Iqtisadi mübahisələrdə biznes, şəxsi maraqlar var. İ nzibati müba-
hisələrdə isə tam tərsinə, ictimai maraq mövcuddur və bu işlərə buna görə
baxılmalıdır. İnzibati işlərdə tətbiq edilən prosessual hüquq prinsipləri də
fərqlənir. Ümid edirik ki, zamanla inzibati məhkəmələr tamamilə ayrılacaq,
iqtisad məhkəmələri isə sırf iqtisadi ixtilaflara baxacaqdır.
Dostları ilə paylaş: |