İnzibati hüquq
9
Rayon məhkəmələri həm mülki, həm də cinayət işlərinə baxsalar da, ağır
cinayət işlərinə a yrı məhkəmədə baxılır; amma apellyasiya və kassasiya instan -
siyaları bütün işlər üçün eynidir. Cinayət məhkəmələri öz növbəsində mülki şəxs -
lərin və hərbçilərin törətdikləri cinayətlərə görə ayrılır. İnzibati ədliyyə sistemi
olmayan ölkələrdə isə ümumi məhkəmələr inzibati idarəetmə hüququna aid işlərə
də baxır. Ölkəmizdə indi inzibati mübahisələrə əsasən rayon məhkəmələrində
baxıldığı halda, İnzibati Prosessual Məcəllənin güvvəyə minməsi ilə bu işlərə
İqtisadi və İnzibati mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılacaq (İPM, 3-
cü maddə). Ümumi məhkəmə sistemi tətbiq edilən ölkələrdə, idarəetmə orqan-
larına qarşı məhkəmələrdə qaldırılan iddialar
subyektiv
mahiyyətdədir – məhkə-
məyə ancaq konket hüququ pozulmuş vətəndaş müraciət edir və qətnamədən də o
yararlanır. Halbuki inzibati ədliyyə sistemində bu cür məhkəmə işləri obyektiv
mahiyyətdə olmalıdır, çünki inzibati hüquq münasibətləri obyektiv statuslu
13
olur;
bunlarda məqsəd inzibati (ümumi) hüquqa uyqunluğu və bərabərliyi təmin
etməkdir.
Dostları ilə paylaş: |