Dərs vəsaiti Bakı 2014


Bölmə 3. İnformasiya emalının texniki vasitələri



Yüklə 1,75 Mb.
səhifə6/48
tarix18.04.2018
ölçüsü1,75 Mb.
#39022
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48

Bölmə 3. İnformasiya emalının texniki vasitələri

3.1. Ədədi informasiya emalı qurğuları

―Suanpan‖ adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində yaradılmışdır. Bu barədə məlumat Syuy Yuenin ―Şuşu tcizii‖ adlı kitabında verilmişdir. Bu qurğunu 12-ci əsrdə yaradılmış indiki ―çötkə‖nin ulu əcdadı hesab etmək olar.

―Çötkə‖ Rusiyaya, bəzi mənbələrə görə, 14-cü əsrdə, digər mənbələrə görə isə 17-18-ci əsrlərin qovşağında tacirlər tərəfindən gətirilmişdir.

―Soroban‖40 adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə Yaponiyada

yaradılmışdır. Buna abak da deyilir. ―Soroban‖ orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş

―Suanpan‖ əsasında düzəldilmiş qurğudur. ―Soroban‖ ən müasir kompüterlərlə təchiz edilmiş Yaponiyada bugün də istifadə edilir. 1500-cü ildə Leonardo da Vinçi Yapon abakının modifikasiyası olan cəmləyici qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.

1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi.

1622-ci ildə ingilis həvəskar-riyaziyyatçısı Uilyam Otred ədədi informasiyanın emalı üçün dairəvi loqarifm xətkeşi yaratdı. Bunun sadəliyinə baxmayaraq mürəkkəb hesablamalar aparmağa imkan verirdi.

Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4 hesab əməlini yerinə-yetirirdi.

1642-ci ildə Paskal ədədi informasiyanın emalı üçün dişli çarxlardan yığılmış hesablayıcı maşın düzəltdi.

1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı.

1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi. Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib addım idi.




40 Yaponca ―hesab taxtası‖ deməkdir.
1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi.

1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir EHM-lərin bütün əsas hissələrinə malik idi.

1874-cü ildə Peterburqlu mexanik V.Odner yeni arifmometr yaratdı. ―Feliks‖ arifmometri Odner maşınının modifikasiyası idi.

1983-cü ildə müxtəlif növ informasiyanın emalı üçün universal elektron qurğunun yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompüterlər idi.

2000-ci ildə informasiya emalının ―ağılda‖ emalı üçün qurğu yaradıldığı barədə məlumat verildi.

Bizim eradan əvvəl 500-4200 il əvvələ aid mağara divarlarında qrafik informaiyanın qeyd edilib saxlanması həyata keçirilmişdi.

Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq (cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici qurğunun eskizini hazırladı. İlk cəmləyici maşını 1642-cii ildə Blez Paskal yaratdı. Bu maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi. O vaxtdan 250 il sonra, yəni 19-cu əsrin əvvə- lində bir-sıra elm sahələrinin, o cümlədən, riyaziyyatın, mexanikanın, astronomiyanın, mühəndis elmlərinin, naviqasiyanın, həmçinin praktiki fəaliyyət sahələrinin o zamana qədər görünməmiş inkişafı çoxsaylı və mürəkkəb hesablamalar aparılmasına kəskin ehtiyac yaratdı ki, bu da müvafiq texnika ilə silahlanmamış insanın imkanı xaricində idi. Bu mexaniki hesablayıcı qurğunun yaradılması və təkmilləşdirilməsi üzərində həm dünyanın ən görkəmli alimləri, həm də adları tarixə düşməyən minlərlə istedadlı insanlar ömür sərf etmişlər.

Hələ 20-ci əsrin 70-ci illərinədək mağazalarda mexaniki arifmometrlər və onların yaxın qohumu olan elektromexaniki hesablayıcı maşınlar satılırdı. Bu maşınlar tamamilə başqa səviyyəli texnika olan və adi dildə EHM41 adlandırılan avtomatik rəqəm hesablayıcı maşınlarla (ARHM) uzun müddət yanaşı istifadə edilmişdi.

ARHM-in tarixi 20-ci əsrin birinci yarısına gedib çıxır və ingilis riyaziyyatçısı və mühəndisi Çarlz Bebbicin adı ilə bağlıdır. Belə ki, 1822-ci ildə Ç.Bebbic ilk ARHM-ın layihəsini verdi və 30 illik təkmilləşdirmə nəticəsində ilk ―analitik maşın‖ yaradıldı.
―Analitik maşın‖ın yaradılması prinsipləri hesablayıcı texnikanın təməl prinsiplərinə çevrildi. Bu prinsiplər aşağıdakılardan ibarətdir:


  1. Əməliyyatların avtomatik icrası.

  2. İşə buraxılan proqram üzrə işləmək.

  3. Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın42) olması.

Əməliyyatların avtomatik icrası. İrihəcmli hesablamaların icrası üçün təkcə hər bir hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi tələb edən fasilələr olmamasıdır. Halbuki, müasir kalkulyatorların əksəriyyəti hesab əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər dayanmadan ardıcıl icra edilməlidir.

İşə buraxılan proqram üzrə işləmək. Əməliyyatların avtomatik icrası üçün proqram icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə Ç.Bebbic proqramın əvvəlcədən perfokartlara43 yazılmasını və sonra maşına daxil edilməsini təklif etmişdi.

Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın44) olması. Bu inqilabi ideyalar onların mexaniki texnika əsasında reallaşdırılmasının mümkün olmaması ucbatından xeyli gözləməli oldu. Belə ki, ilk elektrik mühərriki 50 il sonra, ilk elektron lampası isə 100 il sonra yaradıldı. Ötən 100 il ərzində az qala tamamilə unudulmuş bu ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.

Avtomatik fəaliyyət göstərən ilk hesablayıcı qurğu 20-ci əsrin ortalarında meydana çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. Bu iş 1944-cü ildə amerika riyaziyyatçısı və fiziki Qovard Aykenin rəhbərliyi altında İBM45 firmasında Ç.Bebbicin ideyalarına əsaslanan46 ―Mark-1‖ adlı maşının istehsalınadək

davam etdi. Bu maşında ədədləri təsvir etmək üçün mexaniki47, idarə etmək üçün isə

elektromexaniki elementlərdən istifadə edilmişdi. Ən güclü releli maşınlardan biri olan



42 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı

43 O illərdə perfokartlar toxucu dəzgahların idarə edilməsi üçün istifadə edilirdi.

44 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı

45 International Business Machines

46 Baxmayaraq ki, bu maşının yaradıcıları Ç.Bebbic ideyaları ilə tanış deyildilər.

47 sayğac təkərləri
―РВМ-148‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.

Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada, İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl kimi istifadə edilməyə başladı.

İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu. Bu maşının adı ingiliscə ―elektron-ədədi inteqrator və hesablayıcı‖ kimi tərcümə edilən sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda Corc Atanasov, sonrakı illərdə isə Con Mouçli və Presper Ekkert rəhbərlik etmişdilər. ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən qurulmuşdu. Enerji tələbatı 150 kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun tələbatı qədərdir.

Praktiki olaraq eyni zamanda Böyük Britaniyada da EHM yaratmaq üzərində iş gedirdi. Bu iş, ilk növbədə, Allan Türinqin adı ilə bağlı idi. A.Türinq alqoritmlər nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.

Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən çox mühüm keyfiyyətə malik deyildilər. Belə ki, bu maşınlarda proqram yaddaşda saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı.

Elektron-hesablayıcı texnikanın inkişafının ilk mərhələsində görkəmli amerika riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir. Belə ki, ―fon Neyman prinsipləri‖ ömürlük tarixə düşmüşdür. Bu prinsiplər EHM-lərin klassik (fon Neyman) arxitekturasını törətdi49. Əsas prinsiplərdən biri, yəni proqramın




48 РВМ - Релейная вычислительная машина

49 Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır:

-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır;

-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır;

-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır;

-Hesab və məntiq əməlləri hesab-məntiq qurğusunda icra edilməlidir;

-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi ilə həyata keçirilməlidir;

-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır;

-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır. Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur.


saxlanması prinsipi ―proqramın da verilən kimi, maşın yaddaşında saxlanmasını‖ tələb edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC adlı maşın oldu.

1970-ci illərədək SSRİ-də yaradılan EHM-lər son dərəcə məxfi strateji məhsul sayılaraq ətraf dünyadan tamamilə izolə olunmuş halda istehsal edilirdi. 80-ci illərdən məxfilik bir qədər yumşaldıldı və köhnə EHM modelləri idxal edilməyə başladı. Hal- hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik rejimində həyata keçirir.

SSRİ-də istehsal edilən ilk EHM50 1951-ci ildə akademik S.A.Lebedevin rəhbərliyi

altında yaradıldı. 60-cı illərin ortalarında SSRİ-də yaradılan BESM-651 adlı EHM öz dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki tədqiqatlar sahələrində baza maşın kimi istifadə edildi. Həmin illərdə İ.S.Bruk, M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika nəzəriyyəçilərinin rəhbərliyi ilə ―Minsk‖, ―Ural‖, ―M-20‖, ―Mir‖ və s EHM-lər istehsal edildi.



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə