Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

T U R İ Z M  
bu vaxta kimi yaranmamışdır. Bu çox təbiidir. Ona görə ki, Şenqen ölkələri 
öz  sərhədlərini  qanunsuz  keçənlərdən,  terrorçulardan,  narkotik  maddə 
keçirənlərdən və iqtisadi hücumlardan qoruyurlar. 
Avropalılar  region  daxilində  səyahət  etməyi  sevirlər.  Bundan  ötrü 
Avropanın  özündə  bütün  şərait  yaranmışdır.  Region  daxili  turistlərin  sayı 
kontinentin bütün turistlərinin 90 %-ni təşkil edir. Ancaq 10 % regionlar arası 
səfərlərə  çıxırlar.  Regionlar  arası  avropalılar  əsas  Amerikaya,  xüsusən 
ABŞ-a gedirlər. Avropada turistlərin ən çox sevdiyi ölkə Fransadır. Avropa 
turistlərinin hər 
V5-İ 
Fransdya səfər edir. Avropada ən çox turist mübadiləsi 
Almaniya. İngiltərə və Benilüks ölkələri arası olur. Eyni zamanda Fransaya 
gedən turistlər orada çox qalmırlar, ona görə ki, Fransada bahalıqdır. 
2.
 
AMERİKA 
Gəlmə turistlərin sayına görə II yeri Amerika (122,0 milyon, 1998-ci il) 
və  xüsusi  ilə  ABŞ  (47,12  milyon.  1998-ci  ildə)  tutur.  Amerikaya  gələn 
turistlərin  73  %-i  əsas  3  ölkənin  üstünə  düşür:  ABŞ,  Kanada  və  Meksika. 
ABŞ dünyanın ən inkişaf etmiş turist ölkəsidir. Gəlmə turistlərin miqdarına 
görə  ABŞ  Fransa  və  İspaniyadan  sonra  3-cü  yeri  tutur.  Turizmdən  əldə 
olunan gəlirin miqdarına görə isə ABŞ dünyada I yerdədir. Bu onunla izah 
olunur  ki,  ABŞ-da  turizmin  ən  qüvvətli  infrastrukturu  yaranmış  və  turizm 
sahəsində xidmət ən yüksək səviyyədə təşkil olunmuşdur. 
1
 
№li  cədvəldən  görünür  ki,  1990-cı  ildən  1999-cu  ilə  qədər  ABŞ-da 
turizm göstəriciləri ardı kəsilmədən artmışdır. ABŞ-nın turizmə sərf etdiyi 
xərclər də ən yüksək səviyyədə olmuşdur (56.1 milyard dollar, 1998-cü ildə). 
2
 
№li cədvəldən görünür ki, Amerikanın beynəlxalq turizmdən aldığı 
gəlir  10  ildə  (1990-1999)  2  dəfəyə  yaxın  artmış  və  1999-cu  ildə  125.3 
milyard dollar olmuşdur. 
Turiszın  biznesi  ABŞ-da  ən  inkişaf  etmiş  gəlir  sahəsidir.  ABŞ-da  37 
ştatda  turizm  iqtisadiyyatın  başqa  sahələrindən  çox  gəlir  gətirir.  Turizm 
sahəsi Ölkənin iş qabiliyyəti olan əhalisinin 11.4 %-ni əhatə edir. Turizmdə 
işləyənlər hər il bir yerdə 116 milyard ABŞ dolları miqdarına həcmində əmək 
haqqı alırlar. 
ABŞ-da  turbiznesin  dinamik  inkişafına  səbəb  turizm  sahəsində 
xidmətlərin  ardıcıl  olaraq  genişlənməsidir.  Uzun  səfərlərdən  tutmuş  bir 
günlük  istirahətə  qədər  maraqlı  istirahət  və  əyləncə  növləri  tətbiq  olunur. 
5145 sayda yaranmış milli parklarda 230 min işçi turistlərə və ekskursantlara 
xidmət göstərirlər. 
7 7  


YEGANLl S.T.. HACIYEV E. M. 
Geniş  avtomaşın  icarə  sistemi,  avtobus,  avia  daşıyıcıları  turistlərin 
sərəncamına  verilmişdir.  Las  Veqasda  evlənənlər  üçün  qeyri-adi  şərait 
yaradılmışdır. 
Son zamanlar ABŞ-da 80-ci illərdə qəbul olunmuş riskli təmayüllərdən 
(bütün  turistlərə  eyni  turist  xidmətlərinin  hamısının  göstərilməsi)  imtina 
etmişlər.  Mütəxəssislər  belə  hesab  edirlər  ki,  hər  bir  turistə  onun  özünə 
məxsus olan seqmentdə yüksək səviyyədə xidmət göstərilməlidir. 
Avropada olduğu kimi Amerikada da region daxili turizm regionlar arası 
turizmdən  üstündür, lakin Avropadan fərqlənərək  bu mütənasiblik  72:28 % 
təşkil  edir.  Amerikalılar  Avropadan  başqa  Asiya-Sakit  Okean,  Şimali  və 
Cənubi  Asiya  və  son  zamanlar  Orta  Asiyaya  da  səfərlər  edirlər.  ABŞ 
vətəndaşlarının illik  gəliri çox  yüksəkdir,  bu  onlara  imkan  verir  ki,  ildə  bir 
neçə dəfə səyahətə çıxsınlar. Region daxilində onların ən çox sevdiyi istirahət 
yerləri  Karib  subregionu.  yəni  Baham  adaları.  Kuba,  Haiti,  San-  tyaqo. 
Panama və müxtəlif adalardır. Karib subregionu ildə 14,4 milyon (1998) turist 
qəbul  edir  və  regionun  ümumi  gəlirinin  30%-ni  götürür.  Amerika  qitəsinin 
başqa bir subregionu Cənubi Amerikadır. Bura ildə 13- 14 milyon turist səfər 
edir.  Subregionun  əsas  turist  ölkələri  Argentina  (4859  min,  1998-ci  il). 
Braziliya (3135 min nəfər, 1998-ci il), Uruqvay və Çilidir. Bu ölkələrin zəngin 
turizm sərvətləri vardır. Lakin bu ölkələr əsas turist istiqamətlərindən kənarda 
yerləşdiklərinə  görə  turist  axını  nisbətən  zəifdir,  ona  görə  də,  bu  ölkələrdə 
turizmin inkişafı o qədər də sürətlə getmir. Lakin bu ölkələrin yüksək turizm 
potensialı  var  və  2020-ci  ilə  kimi  bu  subregionda  turizmin  sürətlə  inkişafı 
gözlənilir. 
3,
 
ASİYA-SAKİT OKEAN REGİONU (OKEANİYA) 
Bu  regionun  ölkələrinin  çoxu  müstəmləkə  və  ya  yanm  müstəmləkə 
quruluşuna  malik  idilər.  Ona  görə  də,  bu  ölkələrin iqtisadiyyatı.zəif  inkişaf 
etmişdir.  Lakin  hal-hazırda  bu  ölkələrdə  turizm  böyük  sürətlə  inkişaf 
etməkdədir. Bunun səbəbi nədə ola bilər? Məlumdur ki, turizmin inkişafı ölkə 
iqtisadiyyatı ilə sıx bağlıdır. Bəs necə oldu ki, iqtisadi cəhətdən geridə qalmış 
ölkələr  qısa  bir  tarixi  zamanda  beynəlxalq  turizm  sahəsində  sıçrayışla 
yüksəldilər? 
1970-1995-ci  illərdə,  yəni  25  ilə  xarici  səfərlərin  miqdarı  bu  regionda 
15,7  dəfə  artmışdır.  Həmin  müddətdə  dünya  üzrə  artım  3.4  dəfə  olmuşdur. 
Göstərilən illərdə beynəlxalq turizmdən əldə olunan gəlir bu regionda 63 dəfə 
artmışdır, halbuki bu rəqəm bütün dünya üçün 20,8 idi. 
78 


T U R İ Z M  
Regionda  turizmin  sıçrayışlı  inkişafının  bir  neçə  səbəbi  var.  Birincisi, 
ölkələrin  müstəmləkə  asılılığından  azad  olması,  azad  iqtisadi  zonaların 
yaradılması və iqtisadiyyatın dinamik inkişafıdır. İqtisadiyyatın artması milli 
və adambaşına düşən gəlirin artmasına və asudə vaxtın çoxalmasına səbəb 
olmuşdur. 
İkincisi,  turizmin  çevik  modelinin  yaranması  və  turizm  sferasına  ardı 
kəsilməyən investisiya qoyuluşudur. 
Üçüncüsü. Beynəlxalq münasibətlərdə gərginliyin səngiməsi və region 
daxili proseslərin sahmana salınmasıdır. Bu proseslərə regionun iki nəhəng 
dövlətin, Çinin və Yaponiyanın güclü təsiri olmuşdur. Məsələn, region daxili 
turizmdə iştirak edənlərin 77 %-i çinlilərdir. Onun vilayətlərində Honkonqda 
azad  iqtisadi  zonalar  yaradılmışdır.  Artıq  Çin  Tay  Vandan  gələn  etnik 
turistləri də heç bir maneəsiz qəbul edir. Yaponiya özü regionda böyük turist 
axını yaradan ölkədir. Burada, adambaşına düşən illik gəlir 30 min dollardır, 
bu  da  yaponlara  mütəmadi  olaraq  səyahət  etməyə  imkan  yaradır.  Bu  gəlir 
Sinqapurda 3633 $. yeni sənaye ölkələrində 8-10 min $-a çatır. Bu da region 
daxili səyahət-lərin miqdarını çoxaltmağa imkan yaradır. Məsələn, bu region 
1999-cu ildə 93.7 mln turist qəbul etmiş və onun beynəlxalq turizmdən əldə 
etdiyi gəlir həmin ili 73,4 mlrd $ olmuşdur. Ən çox turist axını Yaponiya ilə 
yeni sənaye mərkəzləri arası (Cənubi Koreya, Malayziya, Tayland, Sin-qapur 
və  b.)  olmuşdur.  Regiondan  kənar  səfərlər  isə  ən  çox  ABŞ,  Alma-niya, 
Britaniya, Fransa. Hindistan və İtaliyaya olur. 2020-ci ilin proqno-zuna görə, 
Asiya-Sakit Okean regionuna 190 mln turist gələcəkdir. 
4.
 
YAXIN ŞƏRQ VƏ CƏNUBİ ASİYA 
Yaxın  Şərq  Beynəlxalq  turizmdə  hələ  ki,  sanballı  bir  rol  oynamır. 
Regionda  siyasi  vəziyyət  qey-ri-stabildir,  turizm  dövlət  himayəsindən 
məhrumdur, g.ələn turistlərin təhlükəsizliyi təmin olunmur. 
Regionda  dini  turizm  inkişaf  etmişdir.  Məkkə,  Mədinə,  Məşhəd, 
Yerusəlim.  Fələstin  dini  turizmin  mərkəzləridir.  Yaxın  Şərqin  dünya 
turizmində payı 2 %-dir. Bu da əsas Misirin. BƏƏ, Səudiyyə Ərəbistanının 
və  Hindistanın  hesabına  formalaşır.  Burada  regionlar  arası  turizm  region 
daxili  turizmdən  üstündür  və  55  ”/)-ni  təşkil  edir.  Ölkələr  daxili  turizmin 
vəziyyəti birinci növbədə turizmin infrastrukturunun inkişafından və ölkənin 
iqtisadi vəziyyətindən asılıdır. 
Ünıumiyyətlə.  bu  regionda  1.3  mlrd  əhali  yaşayır.  Lakin  bura  gələn 
turistlərin sayı dünya turistlərinin 4 ‘’/o-ni də təşkil etmir. 
7 9  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə