Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   114

T U R İ Z M  
XI
 FƏSIL
 
11.1.
 
BEYNƏLXALQ TURİZMDƏ YENİ İNFORMASİYA 
TEXNOLOGİYASININ TURİZM İNKİŞAFINDA ROLU 
Beynəlxalq turizmin  son  onillikdə  əldə etdiyi  böyük  nailiyyətlərin əsas 
səbəblərindən biri də yeni«informasiya texnologiyasının turizmdə aktiv tətbiq 
olunmasıdır.  Turizm  məhsulunun  istehsalında  önəmli  yeri  informasiya 
xidmətləri  tutur.  İnformasiya  özü  türizm  məhsulunun  vacib  bir  hissəsinə 
çevrilmiş  və  lazımi  məlumat  olmadan  turizm  məhsulunu  alan  müştəri,  qərar 
qəbul edə bilmir. İnformasiya texnologiyası mehmanxanalardan, nəqliyyatdan, 
turist  agentliklərinin  xidmətindən  istifadəni  olduqca  asanlaşdırır.  Turizmin 
fəaliyyətində yeni informasiya ünsürləri müstəqil olaraq önəmli yer tuturlar. 
İnsan sivilizasiyası yeni eraya - informasiya erasına qədəm qoymuşdur. 
Gündən-günə  informasiyanın  qiyməti  və  rolu  insan  həyatında  artmaqdadır. 
Belə  olduğu  halda,  informasiya  texnologiyasının  turizmə  aktiv  müdaxiləsi 
təbiidir. Ona görə ki, turizm də insan həyatının ayrılmaz hissəsidir. Turizm və 
yeni  informasiya  texnologiyası  bir-birilə  sıx  bağlıdır.  Onları  bir-birindən 
ayırmaq  qeyr-mümkündür.  Bu  proseslər  iki  tərəflidir  və  indi  demək  çox 
çətindir ki, hansı hansına daha çox təsir göstərir. 
Beynəlxalq turizmin öyrənilməsi, onun müxtəlif sahələrində informasiya 
texnologiyasını  tətbiq  edərək  turizm  bazarında  məhsulun  satılması,  otellərdə 
yerlərin əvvəlcədən bronlaşdırılması, nəqliyyatda biletlərin sifariş verilməsi və 
s. əməliyyatlar turizmin təşkilini olduqca asanlaşdırır. 
Beynəlxalq turizm nəhəng bazara malikdir və bu bazar özü külli miqdarda 
informasiya  mənbəyidir.  İnformasiya  texnologiyası  bu  informasiyanı  qəbul 
edir, dəqiqləşdirir və lazımi müştərilərə çatdırır. Hər turist üçün informasiyanın 
həcmi  tez-tez  dəyişir:  müxtəlif  nəqliyyatın  hərəkət  cədvəli,  hərəkətin 
istiqamətləri,  cürbəcür  əlavə  məlumatlar  tez-tez  təzələnir.  Tək 
aviakompaniyalar  aviabiletlərin  bronlaşdınimasında  hər  bir  klientlə  orta 
hesabla  25  transəməliyyat  aparırlar.  Turist  sənayesinin  özü  böyük  həcmdə 
informasiya yaradır. Bu qədər nəhəng informasiyanı həzm eləmək və ondan 
səmərəli  istifadə  etmək  və  vaxtında  lazımi  qərarı  çıxarmaq  üçün  yeni 
informasiya texnologiyası əvəzedilməzdir. 
Turist  bazan  daxilindəki  informasiya  axınının  modelini  nəzərdən 
keçirdək.  Belə  axınlar  turizm  sənayesinin  müxtəlif  sektorları  və  agentləri 
arasında olur. Turistlər almaq istədiyi məhsul haqqında məlumat axtarırlar. Üç 
əsas  agenl  informasiyanı  alır  və  istehsal  edir:  istehsalçılar,  vasitəçilər  və 
turistlər. Turistlərə «məhsulun» xarakteristikası, qiymətləri, nəqliy 
8 9  


YEGANLI S.T.. HACIYEV E. M 
yat  cədvəlləri,  bronlaşdırma  imkanları  haqqında  məlumat  lazımdır.  Bu 
məlumatı  onlar  vasitəçilərdən,  turagentlər  və  turoperatorlardan,  korporativ 
turist kompaniyalarından və ya bilavasitə istehsalçılardan ala bilərlər. Başqa bir 
tərəfdən istehsalçılar özləri turistlər haqqında, onların tələbatı, istək və .arzulan 
haqqında  məlumatlara  ehtiyacları  var.  Vasitəçilər  və  turistlər  sonsuz  və 
bucaqsız məkanda hərəkət edirtər. Bu məkana - informasiya məkanı deyilir. Bu 
məkana dövlət orqanları da daxil olur, çoxlu turist təşkilatları, assosiasiyalar 
məlumat  yayırlar,  həm  də  toplayırlar.  Dövlət  təşkilatları  idarəedici 
məlumatları,  turizmdə  olan  standartlan,  valyuta,  viza  və  təhlükəsizlik 
məlumatlarını  yayırlar.  Bu  məlumatlar  maneəsiz  hər  iki  maraqlı  tərəfə 
getməlidir. 
Turist  təşkilatları  özləri  böyük  həcmdə  informasiya  istehsal  edir  və 
yayırlar.  Bu  informasiyalar  turistlərə  və  səyahətçilərə  ünvanlanır.  Turizm 
informasiyası  çox  və  rəngarəng  olur.  Bütün  bu  informasiya  axınlanndan 
effektli istifadə etmək üçün müasir informasiya texnologiyası lazımdır. 
Müasir döwdə. müştərilərə yüksək səviy>'ədə xidmət etmək üçün zaman 
faktorunun çox böyük əhəmiyəti var. O adam qabağa düşür ki, qısa müddətə, 
yəni  müştəri  bir  stəkan  çay  qəbul  etdiyi  vaxta,  ona  bütün  lazım  olan 
informasiyanı verə bilir. Bu cür operativ işləmək yuxarıda göstərdiyimiz üçlük 
arasında  informasiya  mübadiləsinin  operativliyindən  asılıdır.  Bu  sistemdə 
agentlik  və  operator  arasında  informasiya  qoyuluşu  vacib  rol  oynayır.  Əgər 
müştərinin  (klientin)  çay  qəbul  etdiyi  zaman  operator  xahiş  olunan  sifarişi 
təsdiq  edə  bilsə,  deməli  turagentlə  müştəri  arasında  münasibətlər  düzgün 
qurulmuş olur. Çox təəssüf ki, praktikada bu çox vaxt mümkün olmur. Bu da 
istifadə olunan proqram təchizatından asılıdır. 
Bütün dünyada operativ, on~line rejimində müştərilərin sifarişlərini qəbul 
və təsdiq etməkdən ötrü müxtəlif elektron təchizat sistemləri yaradılmışdır. Bu 
sistemlərin çoxu qlobal internet sistemindən istifadə olunur. 
Qeyd etmək lazımdır ki, yeni informasiya texnologiyası daim təkmilləşir. 
Hələ 70-ci illərdə ABŞ-ın aviakompaniyası aviabiletləri rezervləş- dirməkdən 
ötrü  «Delta»,  «Kontinental»,  «Vestem»,  «Norvest»  sistemlərini  yaratmışdır. 
Bu  sistemlər  «Sabre»  sistemini  xatırladırdı.  Sonralar,  Qərbi  Avropa  da  öz 
rezervasiya  sistemlərini,  yəni  «Amadeys»  və  «Qalileo»  yaratmışdır.  Bu 
sistemlər  indiyə  kimi  istifadə  olunur.  Asiyada  «Abakus»  sistemi  tərtib 
olunmuşdur. Bu 4 sistem bütün qitələri əhatə edir. Onlar bir-birilə əlaqədə və 
ya müstəqil aviabilet sifariş elmək üçün istifadə oluna bilər. 
Kompaniya «İntersoft» «Akademservis» turist şirkəti üçün yeni proqram 
təchizatı  yaratmışdır.  Bu  sistem  «Internet»  vasitəsilə  turları  sifariş  etməyə 
imkan yaradır. Turlar bu sistemdə xüsusi məlumat bazalarında (da 
90 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə