Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   114

YEGANLI S. T.. HACIYEV E. M. 
nəzarətə  götürür  və  turizmin  inkişafına  təsir  göstərir.  Öz  yerlərini  gəldikləri 
ölkədə bərkidən kimi, TNK-lar milli hökumətlərə təsir göstərir və tələb edirlər 
ki,  milli  hökumət  yollar  salsın,  aerodrom  tiksin,  bir  sözlə  turizmin 
infrastrukturunu yaratsın. 
TNK-lar  bu  milli  ölkələrdə  turizm  siyasətini  ələ  alır  və  öz  xeyirlərinə 
istifadə  edirlər.  İspaniya  misalında  bu  yaxşı  görünür.  Ölkənin  turizm 
infrastrukturunun  inkişafından  gəliri  TNK-lar  götürür,  infrastrukturun 
yaradılmasının əziyyəti isə ispan fəhlələrinin üzərinə düşür. Buna baxmayaraq, 
zəif inkişaf etmiş ölkələr yenə də TNK-lan öz ölkələrinə dəvət edir, iqtisadi 
geriliyi ləğv etmək üçün son ümidlərini TNK-ya bağlayırlar. 
Beynəlxalq  turizmin  inkişafı  TNK-nın  çoxalmasına  səbəb  olur.  Qəbul 
edici  ölkələr  çalışırlar  ki,  onlarla  müqavilə  bağlayanda  öz  təsir  qüvvələrini 
saxlasınlar və TNK-nin köməyi ilə iqtisadi inkişafa nail olsunlar. 
TNK  turist  axınlarına  nəzarət  edərək,  onların  çoxalmasına  çalışırlar, 
bununla  da,  ölkədə  turizmin  inkişafına  səbəb  olur  və  milli  iqtisadiyyatın 
inkişafına  zəmin  yaradırlar.  Milli  hökumətləri  ölkə  turizm  infrastrukturuna 
investisiya  qoymağa  məcbur  edirlər  və  beləliklə,  beynəlxalq  turizmin 
regionlarda inkişafına kömək edirlər. Bununla bərabər, onlar turist məhsuluna 
istədiyi (monopol) qiyməti qoyur və korporativ gəliri çoxaldırlar. Sonra da bu 
kapitalı ölkədən çıxardırlar. 
ƏDƏBİYYAT 
1.
 
Александрова  А.Ю.  Международный  пуризм.  У.П.  M.  «АСПЕКТ 
ПРЕСС», 2001. 
2.
 
Ахмедов  А.И.,  Гаджиев  Э.М.,  Заманов  З.А.  Международный 
туризм. У.П. «Сада», Баку, 2000. 
3.
 
Еганлы  С.Т.,  Гаджиев  Э.М.  Международный  туризм  и  развитие 
туризма  в  Азербайджанской  Республике.  Баку,  «Полиграфия», 
2003. 
4.
 
Гуляев  В.Г.  Новые  информационные  технологии  в  туризме.  М. 
1998. 
5.
 
Квартальное В.А. Экономика туризма. РМАТ, М., 2002. 
6.
 
Məmmədov  С.А..  Rəhimov  S.H.  Turizmin  termin  və  anlayışla-rının 
izahlı ensiklopedik lüğəti. Bakı, «Mütərcim», 2003. 
7.
 
Məmmədov C.A.. Soltanova H.B.. Rəhimov S.H. Beynəlxalq turizmin 
coğrafiyası. Bakı. 2002. 
94 


T U R İ Z M  
ÜÇÜNCÜ HİSSƏ 
TURİZMİN İNKİŞAF SİYASƏTİ VƏ PLANLAŞDIRILMASI 
XII FƏSİL 
'(0 , 1
 
12.1.
 
TURİZM İNSAN HƏYATININ AYRILMAZ BİR HİSSƏSİDİR 
Son  2  əsrdə  səyahətlər  ayrı-ayrı  varlı  adamların  əyləncəsindən  kütləvi 
turizm formasına çevrilmişdir^XX əsrdə baş verən mürəkkəb siyasi, iqtisadi 
və  sosial  proseslər  Planetimizin  simasını  kökündən  dəyişdirmişdir^ 
Sənayenin,  elm  və  texnikanın  inkişafı  insanların  həyatında  önəmli  dönüş 
yaratmışdır.  Xalqların  öz  hüquqları  uğrunda  apardığı  mübarizələrin 
nəticəsində işçilərin əmək haqqı artmış, məzuniyyətləri isə uzanmışdır. Bu da 
hər bir işləyən şəxsin istirahəti üçün zəmin yaratmışdır. 
İstirahətə əhalinin ehtyacının gündən-günə artmasını onunla izah etmək 
olar  ki,  elm  və  texniki  tərəqqinin  inkişafı,  istehsalın  müxtəlif  formaları 
insanların  həyatını  gərginləşdirir,  hər  tərəfdən  insan  başına  informasiya 
axınları tökülür. İnsanlar daim onları qəbul etməli, təhlil edib seçməli, münasib 
və  vaxtında  qərarlar  qəbul  etməli  və  öz  davranışlarını  tez-tez  ətraf  mühitə 
uyğun dəyişməlidirlər. Bu da həddən artıq insanı yorur, insan haldan düşür və 
bəzən  onun  yorulmuş  beyni  daim  insana  təsir  göstərən  informasiya  axınına 
düzgün  reaksiya  verə  bilmir,  insan  çaşır  və  səhvə  yol  verir.  Onun  əvvəlki 
vəziyyətini bərpa etmək üçün istirahət lazımdır. Yorğunluğun götümlməsinin 
və  emosiyaların  dəyişilməsinin  ən  yaxşı  forması-  səyahətdir,  turizm 
səfərləridir^^ 
I Turizm insan həyatının ayrılmaz bir hissəsinə çevrilmiş, iqtisadiyyatın, 
Wrrun və mədəniyyətin inkişafına təsir göstərən bir qüvvə olmuşdur. 
Ona görə də. turizmin problemlərinin öyrənilməsi nəinki iqtisadi-sosial, 
hətta böyük siyasi əhəmiyyətə malikdi^ 
Turizm - hamıya yaxşı məlum olan bir prosesdir. Bütün zamanlarda Yer 
kürəsində  çoxlu  səyyahlar,  təbiətşünaslar  və  müxtəlif  ölkələri,  torpaqları 
öyrənənlər olmuşdur. Hər birimiz turizm səfərlərini aydın təsəvvür edirik, ona 
görə ki. biz nə vaxtsa və harasa məzuniyyət zamanı getmişik və evdən kənarda 
istirahət etmişik. Lakin turist səfərlərinin təşkilində meydana gələn problemlər 
haqqında düşünmək bizim heç ağlımıza da gəlməyib. 
Nə  üçün  insanlar  səyahətə  gedirlər?  Səfər  zamanı  onlar  nə  axtarırlar? 
Turist  xidmətlərinə  hansı  faktorlar  təsir  göstərir?  Səyahətçilərin  istirahət 
haqqında  təsəvvürləri  eynidirmi?  Səyahətə  təkid  edən  motivlər  sabitdirmi. 
yoxsa dəyişir? Nəyin təsiri nəticəsində dəyişir? Səyahətin təşkilində b.u cür 
suallar çox olur. Bu da turizmin biz təsəvvür etdiyimiz qə-dər də sadə və asan 
təşkil olunmamasının sübutudur. 
95 


\T.GANL1 S.T.. HACIYEV E. M. 
[ 0  
)  12.2. TURİZM İNKİŞAFINA TƏSİR GÖSTƏRƏN FAKTORLAR 
L_Bütün  zamanlar  turizmin  inkişafına  iqtisadi,  siyasi  və  sosial  faktorlar 
güclü  təsir  göstərmişdir  və  göstərir.  Turist  məhsulunun  alıcılıq  qabiliyyəti 
olmaqdan ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridiıL Digər tərəfdən, 
imkanı  olan  adam  səyahətə  çıxa  bilər.  Bunu  belə  •başa  düşmək  olar:  gəliri 
olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz. İşsizlərin saja çox olan, 
əmək haqqısı isə az olan ölkədə kütləvi istirahətdən söhbət gedə bilməz. 
/ İqtisadi faktordan başqa turizmin inkişafında siyasi faktorun da çox bö}^ 
təsiri vardır. Məsələn, ölkə konstitusiyası vətəndaşlarına istirahət hüququ verir, 
takin bu hüququ həyata tətbiq etməyə şərait yaradılmır. İstirahət etməlTüçün 
insan  işlə  təmin  olunmalı,  iş  zamanı  yorulmalı  və  sonra  isə  aldığı  əmək 
haqqının  bir  hissəsini  istirahətə  sərf  etməlidir.  İstirahəti  təşkil  etmək  üçün 
turizmin müəyyən infrastrukturu (sənayesi) yaranmalıdır. Behlikh, aydındır ki, 
{nıriznıin  inkişafı  bilavasitə  ölkədə  turizmin  siyasətindən  asılıdır.  Turizmin 
siyasətində,  xüsusilə  ölkə  daxili  və  milli  turizmin  inkişafına  fikir  vermək 
lazımdır.  Əgər  ölkədə  turizmin  infrastrukturu  yaranarsa,  yəni  yaxşı  yollar 
salınıb, otellər tikilib, restoranlar fəaliyyət göstərərsə və s., onda turizmin bu 
ocaqlarından  xarici  turistlər  də  istifadə  edə  bilərlər.  Ona  görə  də,  turizmin 
maddi  və  texnoloji  təchizatı  və  onun  müxtəlif  seqmentlərinin  yaradılması 
turizm  inkişafının  əsas  amillə-  rindəndirj  Yəni  nəqliyyat,  yol,  turistləri 
yerləşdirmə,  qidalanma,  əyləncə  və  s.  pfroblemləri  həll  etmək  çox  vacibdir. 
Söhbət  turizmin  infrastrukturunun  yaradılmasından  gedir,  buna  da  biz  turist 
məhsulu deyirik. 
Turizm  -  iqtisadiyyatın  böyük  bir  sahəsidir.  Bu  baxımdan  inkişaf  etmiş 
ölkələrdə  turizm  sahəsinin  inkişafına  çoxlu  maraq  göstərirlər.  Bu  ölkələrdə 
turizm  infrastrukturuna  çoxlu  sərmayələr  qoyulur.  İndiki  zamanda  turizm 
sənayesi  ən  dinamik  fəaliyyət  göstərən  xidmət  sahələrindən  biridir.  Dünya 
iqtisadiyyatında  o  neftçıxarmanı  qabaqlayaraq  birinci  yerə  çıxmışdır. 
Turizmdə yeni informasiya texnologiyasının tətbiqi turizm inkişafına yeni bir 
təkan verir. 
\ Turi zm  inki.^afma  güclü  təsir  göstərən  faktorlardan  biri  də  .w.dal 
faİ^rdur. So.dal ııöqfeyi nəzərindən turizm regionların inkişafına böyük təsir 
göstərir. Regionlarda minlərlə iş yerləri açılır, kommunika.siya inki-.şaj edir, 
mədəniyyət yüksəlir, yerli əhalinin .savadı artır. Regionlarda turizmin inkişafı 
i.^.sizlərin  paytaxta  axınının  qar.p.sını  alır.  Bəzi  rayonlarda  bütün  hu 
funksiyaların hanusını yerinə yetirən yeganə amildir.^ 
96 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə