Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

T U R l Z M  
göstərən  kateqoriyadır.  Turizmə  bu  cür  tərifin  verilməsi  turizmdə  vahid 
statistika hesabatının mümkünlüyünü asanlaşdırmaqdır. 
12.4.
 
TURİZMİN ƏSAS ƏLAMƏTLƏRİ 
1.
 
Səyahətdən  fərqli  olaraq  -  turizm  insanların  qısa  müddətli 
yerdəyişməsidir.  Uzun  müddətli  səyahətlər  tək-tək  adamlara  nəsib  olurdu. 
Turizm isə XX əsrin kütləvi hadisəsidir. Onun kütləvi formaya çevrilməsinin 
səbəbləri Planetdə baş verən siyasi-iqtisadi proseslərdir. İnsanlar hər yerdə qısa 
məzuniyyət  hüququnu  qazanmışlar.  II  Dünya  müharibəsindən  sonra 
(1939-1945-ci  illər)  insanların  əksəriyyəti  yaxşı  yaşamağa  başlamışlar.  Qısa 
müddətli səyahətə vəsait toplamaq imkanına malik olmuşlar. Nəqliyyatın yeni 
formaları  insanlara  dünyanın  harasında  istəsən  istirahət  etməyə  imkan 
vermişdir. 
2.
 
Turizm üçün daimi yaşayış yerinin təyin olunması çox vacibdir. Turizm 
öz  daimi  yaşayış  yerindən  başqa  yerə,  başqa  ölkəyə  getməyi  nəzərdə  tutur. 
Məsələn,  Adəm  və  Həvva  cənnətdə  günaha  batanda,  allah  onları  cənnətdən 
qovmuşdur. Deməfi. onlar yaşadığı yeri tərk edib başqa yerə getmişlər. Bu da 
turizmin ilk əlamətidir. 
3.
 
Səyahətdən fərqli olaraq turizmin əvvəlcədən düşünülmüş məqsədi olur. 
Bu  məqsəd  turistin  turizmin  istədiyi  növünü  seçməyə  imkan  verir.  Turizm 
məqsədi  ilə  təşkil  olunmuş  turist  səfəri  sərhədi  keçəndə  dövlətin  müəyyən 
güzəştlərinə məruz qalır 
4.
 
Turizm  çox  ölkələrin  iqtisadiyyatının  vacib  sahəsidir,  o  iş  yerləri  açır, 
mehmanxanaları və otelləri turistlərlə təmin edir, restoran və kütləvi tədbirlər 
adamlarla dolu olur, turistlər külli miqdarda ölkəyə valyuta gətirir 
və s. 
5.
 
Sosial  turizm  -  turizmin  bir  növüdür.  Az  təminatlı  adamlara  - 
məktəblilərə,  gənclərə,  əlillərə,  müharibə  veteranlarına  istirahət  üçün  şərait 
yaradan  turizmin  növüdür.  Sosial  turizm  dövlət,  xüsusi  fondlar  və  xeyriyyə 
cəmiyyətləri  tərəfindən  maliyyələşdirilir.  Turizmin  müxtəlif  növləri 
ədəbiyyatda kifayət qədər işıqlandırılmışdır. 
12.5.
 
TURİZM 
SİYASƏTİNİN 
DÖVLƏT 
TƏRƏFİNDƏN 
FORMALAŞMASI 
(^^İkənin  turizm  siyasəti  dövlət  və  onun  orqanları  tərəfindən  formalaşır. 
Azərbaycan  Respublikasının  turizm  sahəsində  siyasəti  onun  qəbul  etdiyi 
Turizm  haqqında  qanunda  öz  əksini  tapmışdır.  Bu  qanun  4  iyun  1999-cu 
ild^(№ 674-İQ) Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər ƏliCev 
tərəfindənymzalanmışdır. Turizm haqqında qanun Azər 
9 9  


YEGANU S.T.. HACIYEV E. M. 
baycanda turizm bazanmn bərqərar olunmasına yönəldilmiş dövlət siyasətinin 
prinsiplərini,  turizm  sahəsində  meydana  çıxan  münasibətləri  tənzimləyir. 
turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir. 
Turizm  haqqında  qanun  dövlətin  turizm  sahəsində  məqsədini,  onun 
siyasətinin  formalaşma  istiqamətini  göstərir.  Məsələn,  qanun  turist 
fəaliyyətinin iqtisadiyyatın vacib sahələrindən biri olmasını təsdiq edir. Dövlət 
turizmin inkişafı üçün əlverişli şərait yaratmalı, onun xaricdə müsbət imicini 
yaratmalı, turist təşkilatlarına və turistlərə dəstək verməlidir. 
Dövlətin turizm siyasətinin əsas mahiyyəti vətəndaşlarının istirahətə olan 
hüquqlarını müdafiə etməkdə, öz ölkəsində və xarici ölkələrdə sərbəst hərəkət 
etməsinə şərait yaratmaqda, ətraf mühiti qoruyan tədbirlər həyata keçirməkdə
turizm sahəsində təhsilə və tərbiyə məsələlərinə yardımçı ol- maqdadır.İYeni 
iş yerlərinin açılması, vətəndaşların və dövlətin gəlirlərinin artmasırbeynəlxalq 
əlaqələrin genişlənməsi, tarixi abidələrin və turist obyektlərinin qorunması və 
bərpası kimi tədbirlər dövlətin turist siyasətinin əsas rəmzi olmalıdır. 
Dövlət  bütün  varlığı  ilə  daxili  və  gəlmə  turizmin  inkişafına  yardımçı 
olmalıdır.  Turizmin  infrastrukturunun  yaranması  dövlət  siyasətinin  vacib 
hissəsidir. Turizmin  yaranmış  infrastrukturundan  yerli  əhali  də  istifadə  edir. 
Deməli,  söhbət  vətəndaşların  həyat  tərzinin,  rifahının  yaxşılaşdırılmasından 
gedir.  Turizmin  infrastrukturunun  yaranması  yolların  salınmasını,  kəndlərin 
abadlaşmasını, tarixi-mədəni obyektlərin bərpasını nəzərdə tutur. Bundan ötrü, 
çoxlu  sərmayə  tələb  olunur.  Azərbaycan  dövlətinin  hələlik  belə  imkanları 
yoxdur.  Vəziyyətdən  çıxmaq  üçün  xarici  və  daxili  investorların  turizmə 
sərmayə  qoymasına  şərait  yaradılması  dövlətin  bu  sahədəki  siyasətindən 
asılıdır. Bütün inkişaf etmiş ölkələrdə dövlət orqanları çalışırlar ki. ölkələrinə 
turist axınları çoxalsın. Bundan ötrü, turizmə mütəmadi olaraq çoxlu sərmayə 
qoyurlar, yeni proqramlar təklif edirlər. 
12.6.
 
TURİZMİN BİZNES FƏALİYYƏTİ 
KİMİ ƏSAS ANLAYIŞLARI VƏ 
TƏRİFİ 
Biz turizm dedikdə tətil zamanı istirahət edən adamları, qohumlarına və 
yaxın  dostlarına  qonaq  gedənləri,  ümumiyyətlə,  boş  vaxtını  şən  keçirənləri 
təsəvvür edirik. Boş vaxtlarında o adamlar idmanın müxtəlif növləri ilə məşğul 
ola bilər, günəş şüalarını qəbul edər, at çaparlar, mütaliə edə bilərlər, söhbət 
edərlər və nəhayət, ətraf mühitin gözəlliklərindən həzz alarlar. 
100 


T U R İ Z M  
Səyahət  zamanı  turistlər  hazırlanmış  yerlərdə  gecələyir,  nəqliyyatın 
müxtəlif növlərindən istifadə edirlər, restoranlarda nahar edirlər, ekskursiyaya 
gedirlər və s. 
Turizmin  mənasını  düzgün  təyin  etməkdən  və  onun  biznes  fəaliyyətini 
açıqlamaqdan  ötrü turizmdə  bir-birilə  əlaqə  saxlayan subyektləri araşdırmaq 
lazımdır. Bu subyektlər aşağıdakılardır: 
1.
 
Turistlər.  Onlar  turist  prosesində  iştirak  edərək  öz  psixi  və  fiziki 
ehtiyaclarını təmin edirlər. 
2.
 
Turistləri turist malları və xidmətlərilə təmin edən təşkilatlar. Onlar 
turist xidmətləri və malları istehsal edir, satır və gəlir əldə edirlər. Gəlirin 
bir hissəsini vergi formasında dövlət büdcəsinə keçirirlər. 
3.
 
Yerli hakimiyyət orqanları. Turizmi iqtisadiyyatın gəlir gətirən və 
vətəndaşları işlə təmin edən vacib bir hissəsi kimi qəbul edirlər. 
4.
 
Turistləri qəbul edən tərəf. Yerli əhali turizmi iş yerləri açan faktor 
kimi qəbul edir. 
Beləliklə, turizm bir proses kimi göstərilən subyektlərin qarşılıqlı əlaqəsi 
və  təsiri  nəticəsində  əmələ  gəlir.  Bu  prosesdə  aviakompaniyalar,  avtomobili 
icarəyə  verənlər,  nəqliyyatın  müxtəlif  növləri,  mehmanxanalar,  restoranlar, 
maliyyə qrupları, sığorta bankları və s. qruplar iştirak edirlər. 
Turizmə  düzgün  tərif  verməkdən  ötrü  turizmin  çox  şaxəli  olmasını  və 
onun  bütün  qrup  və  subyektlərlə  qarşılıqlı  əlaqədə  olmasını  qəbul  etmək 
lazımdır.  Turizmin  vahid  tərifinin  olmaması  onu  bir  elm  kimi  öyrənməyə 
maneçilik  göstərir.  Son  zamanlar  alimlər  turizmin  elmi  aspektlərilə 
maraqlanmağa başlamışlar. Bununla əlaqədar, turizmin düzgün tərifinin və ter- 
minalogiyasının  çox  böyük  əhəmiyyəti  var.  Lakin  bu  çox  da  asan  məsələ 
deyildir.  Bu  problemlə  hörmətli  təşkilatlar  məşğul  olur,  o  cümlədən  BMT, 
ÜTT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. 
lOI 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə