Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

T U R İ Z M  
 
İqtisadi və inzibati tədbirlərə isə aşağıdakılar aiddir: 
*
 
vergi güzəştləri, kreditlər, subsidiyalar və dotasiyalar
*
 
alıcılann hüquqlarını müdafiə edən normativ aktlar
*
 
pasport və viza məhdudiyyətlərinin gəlmə və ölkədən çıxan 
turistlər üçün azalması; 
*
 
sosial turizmin himayə olunması və inkişafı; 
*
 
ətraf mühitin qorunması üçün dövlətin qəbul etdiyi tədbirlər. 
Ölkələrin  çoxu,  o  cümlədən,  Yunanıstan  və  İspaniya  sərmayəçilərə 
güzəştli  şərait  yaratmış  və  gəlir  vergisinin  azalmasını  qəbul  etmişlər.  Bəzi 
ölkələrdə bir neçə il turist firmaları gəlir vergisindən azad olur və əlavə dəyər 
vergisi aşağı salınır. Məsələn. Fransada başqa sahələrdə ƏDV 20-22 %-dirsə. 
turizmdə 10 %-dir. Avropa ölkələrində ƏDV 6 %-dən 25 %-ə qədər dəyişir. 
Lüksemburqda - 15 %, Daniya və İsveçdə 25 %-ə qədərdir. 
İspaniyada əlavə dəyər vergisi mehmanxanalarda 7 % və mehmanxananın 
kateqoriyasından  asılıdır.  Qidalanma  və  avtomobilin  icarəsi  -  16  faizə  çatır. 
Avstriyada - 10 %-dir. 
Bu rəqəmlərdən aydın görünür ki. turizm sahəsində vergi siyasəti olduqca 
çevikdir,  vergilərin  dinamik  olaraq  dəyişməsi  turizmin  inkişafına 
yönəldilmişdir. Yeni turist mərkəzlərinin tikilməsinə maraq oyatmaqdan ötrü 
Avropanın  bəzi  dövlətləri  torpaq  sahəsini  ucuz  qiymətə  satır  və  ya  uzun 
müddətə icarəyə verir (Kiprdə 99 ilə, Türkiyədə 49 ilə qədər). Avropanın bəzi 
ölkələrində  turist  firmaları  kommunal  xidmətlərdən  güzəştli  qiymətlərlə 
istifadə  edirlər.  Əksər  hallarda,  firmalann  qazandığı  valyutanın  20  %-i 
vergilərdən azad olur. Beləliklə, firmalar müəyyən miqdarda kapital toplayır, 
genişlənir  və  imkanları  çoxalır.  Bu  da  turizmin  ümumi  inkişafına  zəmin 
yaradır. 
Turizmin  inkişafının  ən  mühüm  problemlərindən  biri  ətraf  mühitin 
çirklənməsi  və  son  zamanlar  planetimizdə  baş  verən  qlobal  hadisələrdir. 
Bununla  əlaqədar,  dövlətlərin  turizm  sahəsində  siyasəti  ətraf  mühitin 
qorunmasına  istiqamətlənmişdir.  Dövlət  orqanları  bu  sahədə  uzun  müddətli 
proqramlar tərtib edir və həyata tətbiq edirlər. Artıq belə proqramlar Rusiyada. 
Finlandiyada. Avstriyada tərtib olunmuşdular. Bu sahədə Azərbaycanda da çox 
işlər görülür. Azərbaycan hökuməti ətraf mühiti qorumaq məqsədi ilə ölkədə 
əlavə  dörd  milli  parkların  yaranması  haqqında  qərar  qəbul  etmişdir.  Onlar 
«Şahdağ».  «Qobustan».  «Murovdağ»  və  «Bu-  rovdağ»  proqramlarıdır. 
Onlardan  birinə  --  «Şahdağ»  proqramının  gerçəkləşməsi  üçün  sərmayə 
ayrılmağına  Dünya  Bankından  razılıq  alınmışdır.  Bəzi  ekoloqlar  bu 
proqramları narahatçılıqla qarşılayırlar, onlar 
1 2 . ^  


YEGANU 
S.T..
 HACIYEX^ E.M. 
deyirlər ki, külli miqdarda turistlərin bu milli  parklara gəlməsi ətraf mühitin 
tarazlığım  poza  bilər.  Buna  baxmayaraq,  artıq  bu  proqramlar  gerçəkləşmək 
üzrədir. Bu sahədə görülən işlər müsbət nəticələr verməkdədir. 
«Təbiətin  və  Azərbaycanın  mədəni irsinin  qorunması»,  «Milli  parklar» 
Proqramlanna bizim mütəxəssislərlə yanaşı Mixael Zukkova - alman fondunun 
ekspertləri  də  cəlb  olunmuşlar.  Azərbaycan  qoruqlannın  errozi-  yadan 
qorunmaq çağırışına onlar birinci səs verdilər və kömək etməyə razılaşdılar. 
Onlann ilk proyekti «Ağçol» dövlət qoruğu oldu. Alman ekoloqlarının köməyi 
nəticəsində  «Ağçol»  qoruğunda  həyat  bərpa  olundu.  Buna  oxşar  işlərin 
«Şirvan» və «Qobustan» qoruqlarında görülməsi planlaşdırılmışdır. «Şirvan» 
qoruğu artıq ilk turistləri qəbul edir. 
Turizm sahəsində özəl, ictimai və dövlət sektorları arasında partnyor- luq 
əlaqələrinin  yaranması  da  turizm  fəaliyyətinin  vacib  probleınlərindən-  dir. 
Turizmin inkişaf etmiş ölkələrində bu problem çoxdan öz həllini tapmışdır. Bu 
problemi düzgün həll etmədən turizm sahəsində irəliləmək qeyri-mümkündür. 
Azərbaycanda hələ bu problem tam öz həllini tapmamışdır. Azərbaycanda, o 
cümlədən  turizm  sahəsində  də  özəlləşmə  prosesi  davam  edir.  Artıq  hamı 
razılaşır  ki,  azad  turizm  sahəsində  işgüzarlıq  və  özəl  turist  şirkətləri 
Azərbaycan  turizminin  gələcəyidir.  Turizm  sahəsində  özəl  sektorun 
qüvvətlənməsi  turizm  sektoruna  investisiyalar  gətirir,  reklam-informasiya 
məkanı yaradır, turizm ocaqlarının sayını gündən-günə çoxal- dır. Lakin, bu 
heç  də  o  demək  deyildir  ki,  dövlətin  təsiri  və  turizmdə  idarə  fəaliyyəti 
dayandırılmalıdır.  Əksinə, ümumi  qlo-ballaşma  və  böyük  rəqabət  dövründə, 
bütün ölkələrdə dövlət tərəfindən tərtib olunmuş turist strategiyası mövcuddur. 
Turizm inkişafının ayrılmaz komponenti olan bu üçlüyün - özəl, ictimai 
və dövlət sektorlarının hərəsinin öz yeri, öz vəzifələri mövcuddur. Onların üçü 
də  bir  məqsədə  qulluq  edir,  məhz  ona  görə  də,  bir-birilə  əməkdaşlıq  və 
partnyorluq etməlidirlər. Bu əməkdaşlıq nə qədər səmərəli olarsa, bir o qədər 
də turizmin çətin problemləri öz həllini tapa bilər və nəticədə turizm ölkədə 
inkişaf edə bilər. 
15.2.
 
AZƏRBAYCAN RESPUBLİKASININ TURİZM İNKİŞAF SİYASƏTİ 
Azərbaycanın  turizm  profilli  ölkəyə  çevrilməsi  üçün  çoxlu  imkanlar 
vardır.  Zəngin  təbii  sərvətləri,  qədim  tarixi  və  memarlıq  abidələri,  özünə 
məxsus  mentaliteti  və  qonaqpərvərliyi,  dənizi,  dağları,  meşələri,  rəngarəng 
iqlimi və s. Xəzərin sahilləri turizmi inkişaf etdirmək üçün ideal bir yerdir. 
124 


T U R İ Z M  
İldə 220 günəşli günlər, yumşaq qumla örtülü dəniz sahili, enliyarpaqlı meşələr 
düz  sahilə  kimi  yaxınlaşır.  Unikal  təbii  və  bioloji  sərvətləri,  sərin  bulaqlan, 
dadlı, şirin meyvələri və milli yeməkləri, qonaqpərvər insanları və bu qədər 
gözəlliklərin balaca bir coğrafi məkanda cəmlənməsi həqiqətən Azərbaycanı 
cənnətə  bənzədir.  Bundan  başqa,  o.  Şimalı  Cənubla,  Avropanı  Asiya  ilə 
birləşdirən yolların kəsişdiyi yerdə yerləşmişdir. 
Bu qədər təbii sərvətləri olan ölkəni inkişaf etmiş turist ölkəsinə çevirmək 
üçün nə çatmır? 
Hər  şeydən  əvvəl,  Azərbaycanın  turizm  sahəsində  düzgün  siyasəti  ol- 
malıdırj/^rizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən bin 
olmalıdır. Dövlət və Azərbaycan əhalisi inanmalıdır ki, turizm insanın bir çox 
iqtisadi-sosial  və  onun  ətraf  mühit,  problemlərini  həll  etməyə  qadir  olan 
faktordur. Turizm iş yerləri yaradan, iqtisadi inkipfı təmin edən, cəmiyyətdə 
sabitlik  və  sosial  bərabərlik  yaradan  faktordım  Nə  qədər  ki,  cəmiyyətdə 
qütbləşmə  (polyarizasiya)  və  təbəqələşmə  gedir,  nə  qədər  ki,  dövlətin  milli 
gəliri əhali arasında (10-15 dəfə fərqlə) qeyri-bərabər bölünür, ölkədə sabitlik 
ola bilməz. Turizm bu bərabərsizliyi aradan götürür, milli gəlirin əhali arasında 
bərabər bölünməsinə vasitədir. Turizm əhalinin təhsilini, yaşayış səviyyəsini, 
mədəniyyətini qaldırmağa qadirdir. 
Azərbaycan dövləti sözdə yox, iclasHrda ağız dolusu turist sərvətlərinin 
olmasından  danışmaqla  yox.  deklarasiya  qəbul  etməklə  yox,  konkret 
addımlarla,  Azərbaycan  turizminin  vəziyyətini  mütəmadi  analiz  etmək  və 
düzgün qiymət verməklə özünün turizm sahəsində siyasətini göstərə bilər. 
I Turizm çox şaxəli və iqtisadiyyatın bütün sahələri ilə sıx əlaqəsi olan bir 
sahədir.  İlk  növbədə  turizmin  infrastrukturu  yaranmalıdır.  Lakin 
infrastrukturun  yaranması  iqtisadiyyatın  başqa  sahələri  ilə  birgə  (paralel) 
yarana  bilər.  Bundan  ötrü,  ölkənin  lazım  olan  iqtisadi  potensialı  olmalıdır. 
Turizmi düzgün idarə etmək lazımdır. Lakin necə? Turizm sahəsi sənayenin 
başqa sahələri ilə sıx bağlı olduğuna görə, onu heç bir mərK:əzdən idarə etmək 
qeyri-mümkündür.  Turizm  özü-özünü  bazar  qanunlan  əsa  sında  idarə  edir. 
Dövlət orqanları, icra hakimiyyətləri turizm müəssisələrinin işinə qarışmadan 
turoperatorlann  (turist  məhsulunu  hazırlayanların)  sayını  artırmağa  yardım 
göstərməlidirlər.  Turoperator  və  turagentliklərin  hüquqları  dövlət  orqanlan 
tərəfindən qorunmalıdırlaıİ^ünya təcrübəsi göstərir ki. turizmdə və onun idarə 
olunmasında regiönlara böyük səlahiyyət vermək lazımdır. Ona görə ki, turist 
məhsulu əsas regionlarda yerləşən turist mərkəzlərində istehsal olunur. Mərkəz 
yox, turoperator turistləri turist mübadiləsinə cəlb edir və öz məhsulunu sərfəli 
qiymətlə .salır. 
1 2 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə