Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   114

T U R İ Z M  
İqtisadi zonaların yaradılmasıdır. İqtisadiyyatın dinamik inkişafı adam başına 
düşən  gəlirin  artmasına,  boş  vaxtın  çoxalmasına  səbəb  olmuşdur.  Regionda 
turizmin  çevik  modeli  yaranmış  və  turizmə  ardı  kəsilməyən  sərmayələr 
yönəldilməkdədir. 
Bundan  başqa,  turizmin  sürətlə  inkişafına  beynəbcalq  münasibətlərdə 
olan gərginliyin dəyişməsi və region daxili proseslərin genişlənməsidir. Çin və 
inkişaf etmiş Yaponiya regiona güclü təsir göstərir. Region daxili turistlərin 77 
%- i bu ölkələrin hesabına formalaşır. 
Turizmdə  başqa  bir  problem  turist  mövsümündə  nəqliyyatın  çatışma- 
masıdır. Belə problem ona görə yaranır ki. turist mövsümü zamanı nəqliyyatın 
bir hissəsi mallann və  ərzağın daşınmasında istifadə olunur. Bu vəziyyətdən 
çıxmaqdan ötrü turist mövsümündə mümkün qədər nəqliyyatın sayını çoxalt 
maq lazımdır. 
14.3.
 
İNKİŞAF ETMƏKDƏ OLAN 
ÖLKƏLƏRDƏ TURİZMİN İNKİŞAF 
SİYASƏTİ’ 
Azərbaycan  -  inkişaf  etməkdə  olan  ölkələrdən  biridir.  Ona  görə  də,  bu 
mövzu Azərbaycan oxucularını həddindən artıq maraqlandınr. Eyni zamanda, 
başqa inkişafda olan ölkələrdən Azərbaycan mürəkkəb, maraqların toqquşan, 
özü  də  müharibə  vəziyyətində  olan  geosiyasət  məkanında  yerləşməsi  ilə 
fərqlənir. Bu cür fərqlərə baxmayaraq, mövzuda olan iddialar Azərbaycana da 
aid ola bilər. 
Professor  Kvartalnov  Rusiya  Beynəlxalq*’  Turizm  Akademiyasının 
rektorudur. Onun 100-ə qədər turizm sahəsində çap olunmuş əsərləri var. O, 
MDB  ölkələrinin  turizm  universitetinin  təşkilatçısıdır.  Aşağıda  onun  bir 
məqaləsinin tərcüməsi müəyyən komentariyalar ilə verilir. 
V.A.  Kvartalnov  yazır  ki.  son  zamanlar  bir  çox  inkişafda  olan  ölkələr 
Avropa ölkələri ilə. turist qəbul etməkdə cəsarətlə rəqabət aparırlar. Onların bir 
çoxunda  eyni  turist  sən'ətləri  -  dəniz,  günəş,  bol  yeyinti  məhsulları  və 
meyvə-tərəvəzləri  vardır.  Bu  ölkələrdə  valyuta  əldə  etmək  üçün  turizmin 
əhəmiyyəti gündən-günə artır. Məsələn, Meksikada xarici turistlərə göstərilən 
xidmətlərdən alınan gəlir, ölkə ixracının 50 %-ni təşkil edir. Meksika hökuməti 
beynəlxalq turizmə vacib gəlir mənbəyi kimi yanaşır və onun inkişafına xüsusi 
fikir verir. Neftin ixracından alınan gəliri turizmin infrastrukturuna yönəldir. 
Öz müstəqilliyini saxlamaqdan ötrü bu ölkələr 
14.3 bəndini haxırluyurkən В.Л. Кваргаамюи. Л./\ Романов «Мс/К.чупаролпыГ| г\рпчм; 
поаптика pa 
tBiırııa» 
kitabından istifadə olunmuşudur. 
1 1 7  


YECANLI S.T.. HACIYEV E, M. 
xarici  kompaniyaların  fəaliyyətini  öz  ölkələrində  turizm  sahəsində 
məhdudlaşdırırlar. Xarici kompaniyalara və firmalara müəssisə aksiyalarının 
ancaq 19 %-nə sahib olmağa icazə verirlər. 
Braziliyada  beynəlxalq  turizm,  kofedən  sonra  ikinci  gəlir  mənbəyidir. 
Balaca  bir  ölkə  olan  (Azərbaycandan  da  balaca)  Panama  ildə  0,5  milyona 
qədər xarici turist qəbul edir. 
Lakin  turist  sərvətlərinin  olması  Avropa  ölkələri  ilə  rəqabət  aparmaq 
üçün  kafi  deyildir.  Turizmin  infrastrukturunu  yaratmaq  lazımdır.  Buna 
inkişafda olan ölkələrin gücü çatmır. Bundan ötrü, onlar inkişaf etmiş ölkələrə 
müraciət etməyə məcbur olurlar. 
Bir  qayda  olaraq,  turist  kompaniyaları  xarici  şirkətlər  tərəfindən  ek- 
zotikası  və  turist  sərvətləri  ilə  zəngin  ölkələrdə  yaradılır.  Yaradılan  bu 
kompaniyaların  müasir  texnologiya  ilə  təmin  olunması  xarici  şirkətlərin 
hesabına  olur.  Yerli  hakimiyyət,  rəqabət  aparan  başqa  ölkələrdən  geridə 
qalmamaq üçün (ona görə ki. başqa ölkələrdə də həmin turist sərvətləri - dəniz, 
günəş, tropik bitkilər və s. var) xarici kompaniyalara ucuz torpaq sahəsi ayırır, 
onları vergilərdən azad edir və yol salınmasını öz üzərinə götürürlər. 
İndoneziya, Filippin, Pakistan. Şri-Lanka və bir sıra başqa inkişafda olan 
ölkələr  vergi  güzəştlərindən  başqa  xarici  kompaniyaları  ölkəyə  gətirilən 
avadanlıqlardan,  maşın  və  mexanizmlərdən  vergiləri  ləğ\'  edirlər.  Xarici 
kompaniyalar  yüksək  gəlirlə  işləyir  və  5  il  müddətində  qoyduğu  kapitalı 
çıxardır və əlavə gəlir də götürürlər. Zəif inkişaf etmiş ölkələr isə ölkədə turist 
bazarının  infrastrukturunu  yaratmaqdan  ötrü  zayom  və  kreditlərdən  istifadə 
etməyə məcbur olurlar. 
Yerli  hökumət  orqanları  xarici  kompaniyaların  yaratdığı  turist 
mərkəzlərinin  idarə  olunmasını,  təchizatını  və  gəlir  götürməsini  xarici 
kompaniyaların  sərəncamına  verməyə  razılıq  verirlər,  ona  görə  ki,  onların 
lazım olan nə texnologiyası və nə də təcrübəli kadrları yoxdur. 
Seneqalda,  məsələn,  beş  beynəlxalq  şəbəkə  bütün  ölkənin  mehmanxa- 
nalannı  öz  əlinə  keçirtmişdir.  Belə  vəziyyət  Konqoda.  Suriyada,  Syera-Li- 
onda  və  bir  çox  başqa  ölkələrdə  də  əmələ  gəlmişdir.  Bu  ölkələrdə  milli 
mehmanxana şəbəkəsi yoxdur. Nəhəng mehmanxana kompleksləri beynəlxalq 
monopolist  «Frantel».  «Meridian»,  «Şeraton».  «Novatel»  birləşmələrinə 
məxsusdur. Bəzi ölkələrdə milli mehmanxana şəbəkəsi olsa da. onların yerləri 
beynəlxalq  mehmanxana  fondunda  çox  azdır.  Məsələn.  Filippində  milli 
mehmanxana  fondu  bir  neçə  dəfə  «Xolidey  unnz».  «interkontinental». 
«Şeraton»-dan azdır. 
18 


T U R İ Z M  
Turlann satışı bir qayda olaraq, xarici operatorlann əlində cəmlənir. Bu 
səbəbdən turist səfərlərinin qiymətləri turist qəbul edən ölkə tərəfindən nəzarət 
olunmurlar.  Bu  ölkələrin  turist  sərvətləri  kapital  qoyan  firmalar  tərəfindən 
amansızcasına istismar olunur. Bu ölkələrin bəziləri (Filippin, İndoneziya və 
b.)  xarici  şirkətlərə  qazancların  və  turist  müəssisələrindən  əldə  olunan 
gəlirlərin ölkədən çıxanimasına heç bir məhdudiyyət qoymurlar. 
Avropadan  və  Amerikadan  Afrika  ölkələrinə  turist  səfərlərinin  qiyməti 
olduqca yüksək olduğu bir halda, qəbul edən ölkəyə bu məbləğin azacıq bir 
hissəsi  düşür.  Avropadan  səfərə  çıxan  turist  səfərin  (turun)  haqqını  öz 
ölkəsində ödəyir və bir az özü ilə cib xərci götürür. O. balaca cib xərci qəbul 
edən ölkənin valyuta mənbəyidir. 
Turizmin bu yolla inkişafı belə bir sxemlə gerçəkləşir: turizmin inkişafı 
yerli iqtisadiyyatdan yan keçir, ona görə ki. onun ölkə iqtisadiyyatı ilə heç bir 
əlaqəsi olmur. Xarici kapital qoyuluşundan alınan gəlir bütövlüklə xaricə gedir. 
Turist sərvətlərinin sahibi olan (inkişafda olan) ölkə beynəlxalq turizmdən əldə 
olunan gəlirin kiçik bir hissəsinə sahib olur. Ölkənin iqtisadiyyatı turizmdən 
bəhrələnmir. 
Bir  tərəfdən  biz  deyirik  ki.  turizm  -  iqtisadi  inkişafın  vacib 
komponentidir.  Lakin  yuxarıda  baxdığımız  halda,  inkişafda  olan  ölkənin 
iqtisadiyyatı  turizmin  inkişafından  bəhrələnmir.  Belə  bir  sual  ortaya  çıxır  - 
turizmin  hansı  inkişaf  modelini  qəbul  etmək  lazımdır  ki,  turizmə  qoyulan 
xarici  kapital  ölkə  iqtisadiy}'atının  inkişafına  səbəb  olsun?  O  model  belə 
olmalıdır: 

 
yaradılan turist mərkəzində yerli işçi qüvvəsi iştirak etməlidir; 

 
turist kompleksinin inşasında və avadanlıqla təmin olunmasmda yerli 
materiallardan və avadanlıqdan istifadə etmək lazımdır; 
■qonaqların qidalanması üçün yerli kənd təsərrüfatı məhsullanndan istifadə 
etməli; 

 
turist kompleksi xarici şirkətlərlə birgə turist müəssisəsi əsasında 
yaradılmalı və xarici firmanın payı 49 %-dən çox olmamalıdır. 
Turizmin  iqtisadiyyata  müsbət  təsir  göstərməsi  üçün  gərək  turist 
müəssisələri yerli kadrlardan və resurslardan maksimum istifadə etsinlər. Əgər 
kapitalın  böyük  hissəsi  xarici  şirkətin  əlində  qalırsa,  ölkə  iqtisadiyyatı  bu 
kapitaldan  asılı  vəziyyətə  düşür.  Uzun  müddət  turist  .sərvətlərinin  xarici 
şirkətlər  tərəfindən  istiiadə  olunması  bu  sərvətlərin  tükənməsinə  səbəb  ola 
bilər.  Elə bir  hal  yarana  bilər  ki.  xarici  bazarlarda  bu  turist  məhsuluna  artıq 
tələbat olmasın. Milli iqtisadiyyatın xarici turizmdən bu cür asılılığı inkişafda 
olan ölkə üçün böyük təhlükə yaradır. Turi.st mərkəzi xarici kapitalın hesabına 
tikiləndə və ölkə iqti.sadiyyatı ilə heç bir əlaqəsi olmayan 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə