Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   114

,V' I, 
T U R İ Z M  
~ ictimai turist təşkilatlarının marketinqi
~ turist xidmətləri istehsalçılarının marketinqi (mehmanxanalar, 
nəqliyyat müəssisəsi, kempinq. sanatoriyalar, pansionatlar və s.); 
~ ərazi və regionların marketinqi. 

Turist müəssisələrinin marketinqi istehlakçının imkanı və tələbini uz- 
aşdıran prosesdir. Bu uzlaşmanın nəticəsi turist xidmətlərinin göstərilmə- 
si. tələbatın ödənilməsi və müəssisənin gəlir əldə etməsidir. 
Turist xidmətləri istehsalçılarının marketinqi xidmətlər göstərilməsi- 
nin təşkili məqsədi ilə tələb və təklifin kompleks şəkildə öyrənilməsi siste- 
mi kimi baxılır. 
Növbəti iki səviyyə turizmdə qeyri-kommersial səviyyəni təmsil edir. 
Turizm sayəsində istehsalçıların marağını təmsil edən ictimai təşkilatların 
marketinqi əlverişli ictimai fikri formalaşdırır və dəstəkləyir. Bu da öz növ- 
bəsində marketinqin idarə edilməsi deməkdir. 
Beləliklə, turizm tərəfindən marketinqə müxtəlif təşkilatlar inteqrasiya 
edilmişlər. Bu halda alıcıların, müəssisələrin və ictimaiyyətin marağından 
çıxış edərək bir-birini təkrarlamamaq üçün tədbirlərin vertikal idarə edil- 
məsi problemi ortaya çıxır. 
Turizm sahəsində dövlət və yerli idarəetmə təşkilatlarının vəzifəsi 
məqsədəuyğun bazarın proqnozlaşdırılması və inkişaf etdirilməsi, bazarın 
inkişaf təmayüllərinin öyrənilməsi məqsədəuyğun turist qruplannın mü- 
əyyənləşdirilməsi və s. təşkil edir. 
Turist müəssisələrinin isə öz növbəsində əsas rolu bazar imkanlarının 
öyrənilməsində, perspektiv bazarın seçilməsində, turist xidmətlərinin işlə- / 
nib hazırlanmasında, milli, regional və yerli səviyyədə turizm marketinqin- / 
də iştirak etməkdir. I 
\/ 
D' 
16.3.
 
TURİZM MARKETİNQİNİN MİLLİ SƏVİYYƏDƏ APARILMASI 
Beynəlxalq turizmin arenası müxtəlif ölkələrin kəskin rəqabət sferasına 
çevrilmişdir.  Onların  çoxu  üçün  turizm  milli  ixracın  vacib  hissəsidir.  Bu 
rəqabət mübarizəsinin nəticələri ölkələrin turizm siyasətindən asılıdır. 
Ölk.min turist siyas<)ti - turist sənayesinin inkişafına yönəldilntiş-, turist 
sərvətlərindən səmərəli istifadə edih turizm fəaliyyətinin iqtisadi effektliyini 
təmin  edən,  dövlət  tərəfindən  görülən  bütün  tədbirlərin  cəmidir.  Turist 
siyasəti  ölkə  .siyasətinin  bütün  xü.susiyyətlərini  özündə  əks  etdirir.  Əgər 
dövlət  əhalinin  gtizaranını  ya.xşılaşdırmaq  və  həyal  səviyyəsini  qaldırmaq 
istəyirsə.  deməli  onun  turist  siyasəti  də  çe\  ik  və  səmərəli  olmalıdır.  Belə 
dövlət 
39 


YEGANLI S.T.. HACIYEV E. M. 
İmkan  tapır  və  turizmə  çoxlu  sərmayə  qoyur,  iş  yerləri  açır  və  turizm 
sənayesini  inkişaf  etdirir.  Turizm  sənayesinin  inkişafı  turizmin  inkişafına 
səbəb olur. 
Turizm  siyasətinin  məqsədi,  konkret  iqtisadi  və  siyasi  şəraitlə  və  turist 
sənayesinin kamilliyi ilə sıx bağlıdır. Bu məqsədlərdən ən vacibi milli turist 
məhsulunun beynəlxalq turist bazarlarına çıxarılması və satılmasıdır. Bundan 
ötrü,  turizm  sahəsində  marketinq  tədbirlərinin  görülməsi  vacibdir.  Milli 
səviyyədə  aparılan  turizmin  marketinqinin  strategiyası  dövlətin  beynəlxalq 
səviyyədə turist imicini yaratmaq və xarici turistləri ölkəyə cəlb etməkdir. J 
^ölkənin  imici,  ÜTT-a  görə  -  ölkənin  bütün  xüsusiyyətlərindən,  şəxsi 
təcrübədən,  şaiyələrdən,  toplanmış  məlumatlardan,  ölkə  (turist  mərkəzi) 
haqqında yaranan təsəvvürlərdir. İmicin məqsədi insan təsəvvüründə pis. yaxşı 
və ya əla təsəvvür yaratmaqdır. İmic bir neçə səviyyədə yarana bilər:- məişət, 
sosial-iqtisadi və işgüzar səviyyələrdə. 
Ölkənin  sosial-iqtisadi  imici.  Dünya  Bankının  nəzərincə,  adam  başına 
düşən milli məhsulun payı, təbii sərvətlərin bolluğu və əhalinin maariflənmə 
dərəcəsi ilə təyin olunur. 
İşgüzar imic: milli iqtisadiyyatın və maliyyə sisteminin dinamik olması, 
insan  resurslan,  təbii  sərvətlərin,  infrastrukturun  olması,  ölkənin  sərmayə 
qoymaq  bacarığı  ilə  ölçülür.  Sadalanan  faktorları  cəm  halında  götürdükdə 
rəqabət  qabiliyyətinə  görə  işgüzar  imicin  birinci  yerlərini  ABŞ.  Yaponiya, 
Danimarka, Niderland, İsveçrə, Almaniya tuturlar. 
Turizm  sahəsində  ölkənin  imicinin  yaradılması  marketinqin  əsas 
vəzifəsidir  və  bu  vəzifəni  ölkənin  Milli  Turist  Təşkilatı  (MTT)  yerinə 
yetirməlidir.  Bu  da  onun  göstərdiyi  səylərdən,  başqa  orqanlara  etdiyi 
təsirlərdən, qanunvericilikdə, vergi siyasətində, maliyyə, iqtisadi, siyasi, sosial 
sahələrdə  göstərdiyi  təşəbbüslərdən  asılıdır.  MTT-dan  başqa,  turizm 
siyasətində  qanunvericilikdə  başqa  orqanlarda  iştirak  edirlər.  Lakin  MTT-in 
əsas vəzifəsi milli turist məhsulunu xarici bazarlarda hərəkətə gətirməkdir. Bu 
fəaliyyəti görmək üçün bir çox tədbirlərin həyata tətbiqi nəzərdə tutulur. Bu 
tədbirlər reklam-informasiya xüsusiyyətlərini daşıyırlar. 
Nümunə  üçün  bir  neçə  ölkələrin  bu  sahədə  gördüyü  işlərlə  tanış  olaq. 
Məsələn. ABŞ-ın turizm və səyahətlər Baş İdarəsinin tərkibində marketinqlə 
məşğul olan xüsusi büro var. Bu büroya aşağıdakı vəzifələrin yerinə yetirilməsi 
tapşırılmışdır: 
-  Turizm  sahəsində  lazım  olan  məlumatların  toplanması  və  turist 
müəssisələrinə  ötürülməsi,  turizmin  ixracına  işləyən  müəssisələrin 
mükafatlandırılması: 
140 


T U R İ Z M  
-
 
Müəssisələrə və xarici ölkələrdə reklamla məşğul olan təşkilatlara 
yardım göstərilməsi; 
-
 
Marketinq sahəsində olan layihələrin və proqramların 
əlaqələndirilməsi; 
-
 
ABŞ-na turist səfərlərinin stimullaşdınlması; 
-
 
Xaricdə ABŞ-nı təbliğ edən turoperatorlara yardımların göstərilməsi; 
-
 
Beynəlxalq nümayəndələrin ABŞ-da konfranslarda, simpozium və 
konqreslərdə iştirakına köməklik göstərmək; 
-
 
Potensial turistlərə turist marşrutları haqqında məlumat vermək. 
Almaniyada xarici marketinq Alman Turizm Mərkəzi tərəfindən aparılır. 
Bu  Təşkilat  Almaniya  hökuməti  tərəfindən  yaradılmış  və  xaricdə  14 
Nümayəndəliyi  və  ölkə  daxilində  4000  partnyoru  var.  O,  ölkə  imicinin 
yaradılması  və  qorunması,  ölkəyə  xarici  turistlərin  cəlb  olunması  və 
beynəlxalq turizmdə Almaniyanın payının artırılması ilə məşğuldur. 
Fransada  bu  fəaliyyətlə  «Mezon  de  la  France»  məşğul  olur.  Onun 
büdcəsi Turizm Nazirliyinin və xaricdə, Fransa turist məhsulunu təbliğ edən və 
fəaliyyət  göstərən  özəl  şirkətlərin  hesabına  formalaşır.  Fransa  milli  turist 
təşkilatının dünyanın 27 ölkəsində nümayəndəliyi var. Fransa turizm sahəsində 
xaricdə öz nümayəndəliklərinin sayını çoxaltmağa çalışmır, əksinə onların iş 
fəaliyyətini  təkmilləşdirməyə  səy  göstərir.  Belə  olan halda,  risk  minimaldır, 
xərclər də azdır, turizmdən əldə olunan gəlir isə maksimaldır. «Mezon de la 
France»in  əsas  fəaliyyəti  başqa  ölkələrin  dövlət  turist  təşkilatları  ilə  əlaqə 
yaradılması,  xarici  nümayəndəliklərə  azad  və  rahat  işləmək  üçün  şərait 
yaratmaqdır. 
«Mezon de la France»ın marketinqi turist bazarlarında olan yenilikləri 
diqqətlə  izləyir,  aktiv  rəqabət  siyasəti  aparır  və  bazara  keyfiyyətli  məhsul 
çıxartmaqda rəqibləri olan İspaniya və İtaliyadan heç də geri qalmır. Müxtəlif 
qiymətlərlə,  cürbəcür  və  İspaniyada  heç  olmayan  turist  məhsullarını  baz;;.a 
çıxardır.  Tələbatı  formalaşdırmaq  və  satışı  şirinləşdirmək  üçün  müxtəlif 
ölkələrdə cürbəcür reklam-informasiya kompaniyaları keçirdir. 
Bundan  başqa,  mərkəzin  xarici  nümayəndəlikləri  müstəqil  olaraq 
kommersiya fəaliyyəti ilə də məşğul olurlar. «Mezon de la France» optimal 
qiymət  siyasəti  aparır  və  tələb  edir  ki.  onun  turoperatorlan  turları  münasib 
qiymətlərlə satsınlar, ona görə ki. turistlər «qiymət və keyfiyyət» probleminə 
çox həssasdırlar. 
1 4 1  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə