Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

YEGANU S.T.. HACIYEV E. M, 
16.2.
 
TURİZMDƏ MARKETİNQİN KONSEPSİYASI 
/. Turizmdə marketinq konsepsiyasının mahiyyəti 
]  Turizmdə  marketinq  konsepsiyasının  əsas  ideyası  xidmətlərə  və  turist 
malTanna  olan  tələbatın  yaradılmasıdır.  Bütün  səviyyələrdə  qəbul  olunan 
qərarlar  bu  tələbatın  ödənilməsinə  tabedir.)  Ona  görə  də,  turist  müəssisələri 
bazardakı  vəziyyətlə  hesablaşmalı  və  ona  münasib  öz  işlərini  qurmalıdırlar. 
Onlar  potensial  alıcıların  istirahətə  olan  istək  və  arzularını,  maliyyə 
imkanlarını  diqqətlə  öyrənməli  və  gələcəkdə  bu  arzular  və  imkanların  hansı 
istiqamətdə dəyişməsini düzgün qiymətləndirməyi bacarmalıdırlar. 
Turist müəssisəsi hansı turist məhsulunu, hansı səviyyədə və keyfiyyətdə, 
hansı  miqdarda  edə  biləcəyini  yox,  yalnız  alıcının  tələbatına  uyğun  məhsul 
istehsal etməlidir. Turizm marketinq konsepsiyasının əsas ideyası budur. Bəzi 
Azərbaycan turist müəssisələri bu konsepsiya ilə hesablaşmadan dəbdəbəli və 
olduqca bahalı turist məhsulu hazırlayır və sonra da təəccüblənirlər ki, nəyə 
görə bu məhsulu sata bilmirlər. Məsələn, bir gün Al- tıağacda yerləşən «Cənnət 
bağı»nda  istirahət  adam  başına  100  $-a  başa  gəlir.  Yerli  turistlər  tək-tək, 
yeganə hallarda bu məhsuldan istifadə edirlər. Xarici turistləri isə bu məhsul 
təmin  etmir,  onların  zövqünə  uyğun  gəlmir.  Bu  səbəbdən,  baxmayaraq  ki, 
«Cənnət  bağı»  turist  mərkəzinə  yerli  iş  adamları  külli  miqdarda  sərmayə 
qoyur, onu yüksək gəlirlə işlədə bilmirlər. 
Deyilənləri 
ümumiləşdirsək,(mrist 
marketinqin 
konsepsiyasına 
aşağıdakıları aid edə bilərik: 
■alıcının ehtiyacı, sorğu və tələblərinin müəyyənləşdirilməsi: 
■bazara çıxarılan məhsullar alıcıların istək və tələblərinə uyğun 
hazırlanmalı; 
■qiymətlərin təyin olunması alıcılara münasib və istehsalçıya kifayət 
qədər gəlir gətirməlidir; 
■məhsulun alıcıya çatdırılması mümkün qədər əlverişli və rahat 
olmalıdır; 
■tələbatı formalaşdırmaq məqsədi ilə turist bazarına aktiv təsir vasitələri 
axtarıb tapmalı.! 
Adları  çəkilən  istiqamətlərin  hər  biri  ayrılıqda  vacibdir.  Lakin  onların 
birlikdə, cəm halında tətbiqi daha yaxşı nəticələr verir və turizmin marketinq 
konsepsiyasını gerçəkləşdirir. Marketinq konsepsiyasını həyata keçirən turist 
müəssisəsi alıcıların tələb və ehtiyaclarını yaxşı öyrənir və rəqib 
136 


T U R İ Z M  
lərinə nisbətən yüksək səviyyədə fəaliyyət göstərir, yaxşı nailiyyətlər qazanır. 
Gəlirin  təmin  olunmasını  alıcını  məhsulu  almağa  vadar  və  ya  məcbur 
etməklə  deyil,  ona  qarşı  son  dərəcədə  diqqətli  olub,  onun  bütün  tələblərini 
təmin etmək yolu ilə gerçəkləşdirmək olar. Ancaq belə olduqda istehsalçı ilə 
alıcıların maraqları tarazlaşmış olur. Gəlir götürmək, tələbatın ödənilməsi əsas 
amil  kimi  qəbul  oluna  bilər.  Lakin  I  yerdə  tələbatın  ödənilməsi,  sonra  isə 
gəlirin əldə olunması gəlir. 
Beləliklə,  alıcının  tələbləri,  marağı  I  yerdə  durur  və  əsasdır.  Bu 
konsepsiyanın əsas şərtlərindən ən vacibidir. 
Eyni  zamanda,  dövrümüzdə  «vəhşi»  manipulyator  üsulu  da  özünə  yol 
tapmışdır.  Bu  üsulun  vasitəsi  ilə  alıcıya  təzyiq  göstərilir  və  hər  hansı  bir 
məhsula  qarşı  süni  tələbat  yaradılır.  Məsələn,  götürək  son  zamanlar 
Azərbaycanda  çörəyə  yaradılmış  süni  tələbatı.  Bəzi  iş  adamları  buğdanı 
anbarlara toplayıb satışını dayandırmış, nəticədə taxıl qıtlığı əmələ gəlmiş və 
qiymətlər  qalxmışdır.  Çörək  hazırlayanların  çoxu  müflisləşmiş,  hazırlanan 
çörəklərin  çəkisi  2 dəfə  azalmışdır.  Deməli,  kimsə  çörək  qıtlığından  istifadə 
edib varlanır. 
Belə hallar baş verməməsi üçün bazara sərbəstlik vermək, onun ehtiyacını 
və  marağını  əvvəlcədən  öyrənib  bazarda  tarazlıq  yaratmaq  və  bununla  da. 
ədalətli sosial-əxlaqi marketinq formalaşdırmaq lazımdır. 
2.
 
Tuıizmdə marketinqin yaranma tarixindən 
Marketinqin  meydana  gəlməsi  bazar  münasibətlərinin  formalaşması  və 
rəqabətin  kəskinləşməsi  ilə  əlaqədardır.  Bu  faktorlar  formalaşmış  bazar 
münasibətləri sisteminin təkmilləşdirilməsini irəli sürürdü. Marketinq zaman 
keçdikcə öz simasını dəyişirdi. İlk mərhələdə marketinq istehlak fəaliyyətini 
nəzərdə  tuturdu.  1910-1930-cu  illərdə  marketinqin  həqiqi  mahiyyətini 
fundamental surətdə açmağa təşəbbüs göstərildi və ilk elmi əsərlər nəşr olundu. 
1926-cı  ildə  ABŞ-da  Marketinq  və  Reklamın  ilk  Milli  Assosiasiyası  təşkil 
olundu.  Sonralar  belə  təşkilatlar  Avropada  və  Yaponiyada  yaradıldı. 
1929-1932-ci illərin böhranı marketinqin inkişafında böyük rol oynadı. Böhran 
göstərdi  ki.  dünyada  iqtisadiyyatın  güclü  inkişaf  etdiyi  dövrdə  marketinqin 
ilkin  təsviri  məqbul  sayıla  bilməz.  Beləliklə,  marketinq  malların  bazara 
yönəldilməsi,  alıcılar  üçün  əlverişli  şərait  yaradılması  və  idarə  etmə  işində 
fəaliyyətin tərkib hissəsinə çevrilir. Bu isə öz növbəsində marketinqin müasir 
konsepsiyasının formalaşmasına imkan yaratdı. 
L“??
 


YEGANLI S.T.. HACIYEV E. M. 
Marketinqin  konsepsiyasına  müvafiq  olaraq  firmanın  bütün  fəaliyyəti 
bazann vəziyyətini mütəmadi nəzarətdə saxlamaq, potensial alıcılann təklif və 
tələblərini  daim  öyrənmək  və  gələcəkdə  mümkün  ola  biləcək  dəyişiklikləri 
nəzərə almaqdır. 
Hal-hazırda  mütəxəssislər  marketinqə  idarəetmənin  bazara  istiqa- 
mətləndirilməsini təmin edən dinamik sistem kimi baxırlar. 
Turizmdə  isə  marketinq  müxtəlif  ölkələrin  iş  adamlarının  kollektiv 
yaradıcılığının  məhsuludur.  Marketinq,  həm  də  zaman  çərçivəsində  inkişaf 
edir.  Bazar  münasibətlərinin  hər  mərhələsində  turizmdə  kommersiya 
fəaliyyətinə  özünəməxsus  xüsusi  münasibət  formalaşmışdır.  Əvvəlcə  turist 
məhsulunun istehsal konsepsiyası meydana gəlmişdir. 
İstehsal  konsepsiyası  turist  müəssisələri  tərəfindən  50-ci  illərdə  geniş 
istifadə olunurdu. Bu dövrdə turist xidmətlərinə tələbat, xidmətlərin özündən 
çox idi. Xidmətin keyfiyyətinə isə az diqqət yetirilirdi. 
Altmışıncı  illərdə  tələb  və  təklif  münasibətlərində  dəyişmələrin 
əlamətləri görünməyə başladı. Bu dövr reklam və stimullaşdırılma vasitəsi ilə 
xidmətin satışının maksimum həcminə çatması ilə xarakterizə olunur. 
70-ci  illərin  ortalarında  turizm  sahəsində  tamamilə  başqa  «oyun 
qaydaları» nəzərdə tutan alıcı bazarı formalaşdı. Bu şəraitdə alıcılara az tanış 
olan və ya tanış olmayan bazarla işləmək turist müəssisəsinə turist məhsulunu 
satmağa  heç  bir  təminat  vermirdi.  Bu  zamanlar  turist  müəssisələri  nəinki 
bazarın  tələblərinə  uyğunlaşır,  həm  də  öz  alıcılarının  tələblərini 
formalaşdırırdı.  «Tələbatı  tapın  və  onu  təmin  edin»  -  bu  ifadə  turizmdə 
marketinq konsepsiyasının mahiyyətini kifayət qədər dolğun xarakterizə edir. 
i. Turizmdə marketinqin səviyyəsi və koordinasiyası 
Turizm  sisteminə  ixtisaslaşdırılmış  müəssisələr,  təşkilatlar  və  idarələr 
daxildir. Praktiki olaraq onların hamısı bu və ya digər dərəcədə marketinqlə 
məşğul olurlar. Həm də qeyd etmək lazımdır ki, səyahətlər bürosu, restoran, 
nəqliyyat müəssisəsi və ya turizmi idarə edən təşkilatların həyata keçirdikləri 
marketinqin  məzmunu  eyni  deyildir.  Belə  ki,  turist  firması  alıcılarını  təmin 
etmək  yolu  ilə  öz  gəlirini  artırmağa  çalışır,  milli,  regional  və  munisipial 
təşkilatlar  isə  mümkün  qədər  çox  turist  cəlb  etməyə  çalışırlar.  İctimai 
təşkilatlar (assosiasiyalar, turist klubları və s. təşkilatlar) isə özlərini qiymətə 
mindirmək  və  peşələrinin  yararlığını  qabarıq  şəkildə  göstərməyə  çalışırlar. 
Bütün  bunlar  turizm  sahəsində  marketinqin  aşağıdakı  amillərini  seçməyə 
imkan verir. 
-- turist müəssisələrinin marketinqi (turoperator və luragenllər); 
1.^8 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə