YEGANLI S.T.. HACIYEV E. M.
ranmamışdır. Qiymətlə məhsulun keyfiyyəti arasında böyük uyğunsuzluq var.
Ona ‘görə də, hələ ki, valyuta ölkədən xaricə gedən turistlərlə çıxarılır.
Müasir zamanda ekzotikalı ölkələrə (Çinə, Yaponiyaya, Taylanda,
İndoneziyaya və s.) səfərlərin sayı artmaqdadır.
Beləliklə, turist xidmətlərində baş verən struktur dəyişmələr, rəqabətin
formalannm və turistlərin davranışlarının dəyişilməsi turist müəssisələrini
marketinq sahəsində yeni tədbirlər axtarıb tapmağa məcbur edir. Bu
funksiyalar arasında müştərilərlə təmasda olmaq ön plana keçir. Müştərilərlə
uzun müddətli münasibətlərin qurulması marketinqə
sərf olunan xərclərdən az
olsa da daha effektli olur. Məsələn, məlumdur ki, yeni müştərinin tapılması,
firmaya məhsulun köhnə müştəriyə satılmasından altı dəfə baha başa gəlir.
Əgər müştəri səfərin təşkilindən narazı qalarsa, onun etimadını təkrar
qazanmaq firmaya 25 dəfə baha başa gəlir. Bu onu göstərir ki, turistə
(müştəriyə) göstərilən xidmət nə qədər düşünülmüş və hazırlıqlı olmalıdır ki,
onu itirməyəsən.
Turizm xidməti elə bir qarşılıqlı sahədir ki, orada təklifin keyfiyyəti
xidmətin keyfiyyətindən fərqlənməməlidir, yəni ayrılmazdır. Müştəriyə satıcı
qismində firmanın bütün işçiləri iştirak edirlər. Onlar faktiki olaraq təklif
olunan turist məhsulunun bir hissəsidirlər. Ona görə də. marketinq bütün
personalın fəlsəfəsinin ayrılmaz hissəsidir və marketinq funksiyasını onların
hamısı aparmalıdır. Bu cür şəraitin yaranması marketinqə yeni baxışlarla
yanaşmağı tələb edir. Bu cür yanaşmanın nəzəri əsaslan
marketinq
münasibəihrinm konsepsi yasıdır.
17.2.
MARKETİNQ MÜNASİBƏTLƏRİNİN KONSEPSİYASI
Bu konsepsiya ona əsaslanır ki, marketinqin klassik üsulları turist
müəssisəsi qarşısında duran məsələləri həll etməyə qadir deyil. Müəssisənin
mədəniyyəti, personalın şəxsi keyfiyyətləri və turistlərlə kontaktı olmadan,
turizmdə marketinq inkişaf edə bilməz və bu sahədə görülən tədbirlərin
səmərəliliyi çox aşağı olar.
Beləliklə, marketinq münasibətləri konsepsiyası ağırlıq mərkəzini
marketinqin texnologiyasından alıcılarla yaradılan və uzun müddət sürən
münasibətlərə, yəni sosial münasibətlərə yönəldir. Marketinqin burada əsas
məqsədi dəyişmir, əvvəlki kimi alıcıların bütün tələblərinin ödənilməsi kimi
qalır. Ancaq bu məqsədə aparan üsullar dəyişir. Alıcılarla uzun müddət səmimi
münasibətlərin saxlanılması «sinerqiçeski» efiekt yaradır. Bu efiektin mənası
ondadır ki. alıcılarda satıcıya qarşı sədaqət və sabitlik yaranır. alıcıda
konservalizm yaranır, o, turist məhsulunu almaq üçün satıcı
144