Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası


S. Turist sorğusunun formalaşmasına tosir göstərən faktorlar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   114

T I R İ Z M  
S. Turist sorğusunun formalaşmasına tosir göstərən faktorlar 
Turist sorğusuna və onun formalaşmasına təsir göstərən faktorları 2 qrupa 
bölmək  olar:  sosial  iqtisadi  və  psixo-fizioloji  faktorlar.  I  qrupa  turist 
məhsulunun  istehsalı,  onun  həcmi  və  strukturu  aiddir.  Bu  qrup  sorğunun 
formalaşmasının  əsas  mənbəyidir,  onun  hesabına  şəxsi  və  ictimai  is-  tehlak 
fondları  yaranır.  Başqa  bir  faktor  əhalinin  illik  gəliridir,  onun  məbləğindən 
turizmə  sərf  olunan  xərclərin  miqdarı  təyin  olunur.  Vacib  faktorlardan  biri 
turizm mallarına və xidmətlərinə və onların keyfiyyətinə sərf olunan pulların 
mütənasibliyidir. 
Sosial faktorlar böyük bir qrupu əhatə edir. Bura əhalinin miqdarı, cinsi, 
yaşı, sosial inkişaf səviyyəsi, turist xidmətlərindən və mallarından istifadə etmə 
xüsusiyyətləri, milli ənənələri, tarixi şəraiti aiddir. Ailənin tərkibi də böyük rol 
oynayır. 
Psixo-fizioloji  faktorların  tərkibində  əsas  rolu  ayrı-ayrı  turistlərin 
psixologiyası. mənəvi-psixoloji faktoru, moda, reklam, onların mədəni inkişaf 
səviyyəsi əsas yer tutur. 
Turist  sorğusunu  formalaşdıran  və  onun  dəyişməsinə  təsir  göstərən 
faktorları qarışdırmaq olmaz. Lakin ola bilsin ki. eyni faktor iki formada özünü 
göstərsin;  birinci  formada  məhsulun  keyfiyyətinə,  ikinci  formada  isə  onun 
miqdarına təsir göstərsin. 
Turist sorğusuna təsir göstərən faktorlar mənfi və müsbət xarakter daşıya 
bilərlər. Başqa sözlə desək, onlar sorğunun inkişafına, ya da ki. tənəzzülünə 
səbəb ola bilərlər. Bu keyfiyyətdə bəzi faktorlar turist sorğusunun elastikliyinə 
səbəb  olurlar.  Elastiklik  turist  bazarına  məxsus  olan  kəmiyyətdir.  O,  turist 
sorğusu  ilə  hər  hansı  bir  faktorun  funksional  əlaqəsini  göstərir.  Bu  əlaqənin 
səviyyəsi elastiklik əmsalı ilə ölçülür. Elastiklik əmsalı turist sorğusunun hər 
hansı bir faktorun dəyişməsindən asılı olaraq dəyişməsini göstərir. Elastiklik 
əmsalı rəqəmlərlə və qrafıklə göstərilir. 
Ədəbiyyatda  ən  çox  turist  sorğusunun  turist  məhsulunun  qiymətindən 
asılılığı  tədqiq  olunur.  Lakin  iqtisadiyyatçılar  göstərirlər  ki,  turist  sorğusu 
başqa faktorlardan asılı olaraq da dəyişir. Məsələn, başqa malların (ərzaq və s.) 
qiymətlərinin  dəyişməsindən,  turistlərin  gəlirinin  miqdarından,  boş  vaxtının 
olmasından asılı dəyişir. 
Ümumiləşdirərək  belə  deyə  bilərik  ki.  turist  sorğusunun  funksiyası  üç 
qrup dəyişənlərdən - tələbat və istəkdən, məhsulun münasib qiymətlərindən və 
müştərinin ödəniş qabiliyyətindən və azad vaxtın strukturundan asılıdır. Turist 
xidmətlərinin qiymətləri isə məhsulun maya dəyərindən və keyfiyyətindən asılı 
olaraq dəyişir. 
151 


YEGANLI S.T.. HACIYEV 
E. M.
 
XVffl 
FƏSIL
 
18.1.
 
TURİST BAZARI 
/. 
Turist bazanmn xarakteristikası 
Turist  bazarı  turist  mallarının  alış-verişini  təmin  edən,  sorğu  ilə  təklifi 
tarazlaşdıran ictimai və iqtisadi bir hadisədir. Turist bazarına hər şeydən əvvəl 
müxtəlif turist mallarının və xidmətlərinin satışı çıxarılır. Turist bazarı onun 
bütün iştirakçılanni təyin edir: turist məhsulunu satanlan, onların rəqiblərini, 
alıcıları, vasitəçiləri, turist məhsullarını, bazarın fəaliyyət şərtlərini və s. 
Başqa  mal  bazarları  kimi  turist  bazarı  da  çox  müxtəlifdir.  Onun 
strukturunda öz masştabına görə xırda bazarlar da olur. Bununla əlaqədar, turist 
bazan  öz  əlamətlərinə  görə  marketinq  üçün  vacib  olan  müxtəlif  qruplara 
bölünür: 
^  Daxili  turizm  bazarını  qeyd  elmək  olar.  Daxili  bazar  ölkə  daxilində 
turistlərin bir rayondan başqa rayona olan səyahətləridir
^ Beynəlxalq turist bazarı özü də iki cür olur, ölkəyə gəlmə turist bazarı və 
ölkədən xaricə gedən turist bazarı; 
Səyahət məqsədinə görə turist bazarları: 
Rekreasiya, işgüzar, elmi, idman, dərketmə, mədəni, dini, etnik və s. 
bazarlar; 
Nəqliyyat formasına görə: 
^ Piyada, dəmiryolu, aviaturist, dəniz və çay turisti, avtoturist, veloturist 
vəs. 
Marketinq fəaliyyətinə görə: 
Məqsədyönlü, məsələn, reklam məqsədi ilə yeni turist marşrutu ilə 
tanışlıq və s. 
^ Gələcəyi olmayan və ya perspektivli turist bazarı; 
Əsas və ya köməkçi istiqamətli turist bazarı. 
Turist bazarları  keyfiyyət  əlamətlərinə  görə  də  bir-birindən fərqlənirlər. 
Ümumiyyətlə, turist bazarı böyük və sonsuzdur. Əhalinin 10 %-dən bir az çoxu 
bu nəhəng bazardan istifadə edir və turist səfərlərində iştirak edirlər. Ola bilsin 
ki,  daha  çox  əhali  bu  bazardan  istifadə  etmək  istəyir.  Lakin  tək  istəməklə 
arzuya  çatmaq  mümkün  olmür.  İstəyi  olanlann  40%-i  səyahət  etməyə  real 
imkana malikdir və onların səfərin qiymətini ödəməyə imkanı var. Ona görə də, 
həiTiin 40 % əhali turist bazarının iştirakçısıdır. Mənimsənilmiş turist bazarı o 
bazardır ki, müştərilər artıq orada turist xidmətlərindən istifadə edirlər. Onlar 
potensial bazarın 5 %-ni təşkil edirlər. 
Ümumi  bazarın  bu  cür  qruplara  bölünməsi  turizm  marketinqinin 
planlaşdırılması üçün çox vacibdir. Satışın miqdarından narazı qalan fır- 
152 


T U R İ Z M  
malar  gələcəyi  təhlil  edir  və  xidmət  göstərdiyi  bazann  seqmentində  öz 
fəaliyyətini genişləndirirlər. 
Beləliklə,  müxtəlif  əlamətlərinə  görə  qruplara  bölünməsi,  bazann 
öyrənilməsini asanlaşdırır və onun iş xüsusiyyətlərini təyin edir. 
2.
 
Bazav konyunkturasının qiymətləndirilməsi 
Konyunktura  -  müxtəlif  faktorlann  və  şəraitin  təsiri  nəticəsində  turist 
sorğusu ilə turist təklifi arasında mütənasibliyi və qiymətlərin səviyyəsini və 
dəyişmə dinamikasını araşdıran, konkret zamanda iqtisadi vəziyyətdir. Turist 
bazarını  öyrənəndə,  birinci  olaraq  konyukturanı  təyin  edirlər.  Madam  ki, 
konyunktura  bazarın  müəyyən  zamandakı  vəziyyətini  təyin  edir,  deməli  o, 
kommersiya məsələlərinin, həlli üçün lazımdır. Lakin belə qərar çıxaran zaman 
ümumi iqtisadi əlaqələri nəzərə almaq lazımdır. 
Turist  bazannın  konyunkturası  müxtəlif  faktorların  təsiri  nəticəsində 
formalaşır  və  inkişaf  edir.  Onlardan  ən  əsası  -  iqtisadi,  siyasi,  sosial,  elmi- 
texniki və sairədir. Konyunkturanı öyrənəndə, onun əsas dəyişmə səbəblərini 
təhlil  etmək  kafi  deyil.  Hansı  faktorun  nə  dərəcədə  təsir  göstərməyini  və 
proqnozlaşdırmasını bacarmaq lazımdır. Hər zamanın öz hökmü var. Ona görə 
də,  faktorlar  müxtəlif  zamanlarda  necə  dəyişə  bilər?  Bunları  təyin  etmək 
lazımdır. Bu məsələni o zaman düzgün həll etmək olar ki. bazarda baş verən 
son hadisələr və proseslər tədqiqat zamam nəzərə alınsın. 
Turist  bazarımn  konyunkturası  sorğu  ilə  təklifin  mütənasibliyini, 
qiymətlərin səviyyəsini, bazara çıxmaq üçün törənən maneçilikləri, rəqabətin 
vəziyyətini, bazarda dövlət tərəfindən gedən tənzimləmə proseslərini, məhsulu 
satmaq üçün kommersiya şəraitini, sorğunun mövsüm dəyişmələrini və başqa 
parametrlərin dəyişmələrini xarakterizə edir. Bir bazarda olan konyunkturanın 
vəziyyətini  mexaniki  olaraq  başqa  bazara,  onlar  nə  qədər  yaxın  olsalar  da. 
tətbiq  etmək  olmaz.  Əgər  turist  bazarı  qeyri-sabit  olarsa,  o  zaman  ardı 
kəsilmədən bazarda müşahidələr aparmağa ehtiyac yaranır. 
Turist  bazannın  konyunkturasının  öyrənilməsi  müəyyən  ardıcıllıqla 
aparılır; hazırlıq mərhələsi, konyunkturanın inkişafı prosesində müşahidələrin 
aparılması, konyunktura haqqında cəmlənən məlumatlann təhlili və nəhayət, 
proqnozların verilməsi. 
Hazırlıq mərhələsində tədqiqat apanlan obyekt təyin olunur, informasiya 
mənbələri dəqiqləşdirilir və konyunkturanın əsas parametrləri öyrənilir. 
İkinci  mərhələdə  konyunkturanın  inkişafı  istiqamətində  müşahidələr 
aparılır,  məlumatlar  toplanır,  yoxlanılır,  məlumatlarda  düzəlişlər  aparılır  və 
obyektin vəziyyəti öyrənilir. Konyunktura haqqında toplanan məlu 
1 5 3  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə