T D R t Z M
/ Beynəlxalq turizmdə və xarici ticarətdə əmək bölgüsü belə yaranmış-
dıı^i, turistlərin gəlməsində, yəni beynəlxalq turizmin ixracında aparıcı yerləri
sənaye cəhətdən inkişaf etmiş ölkələr tutur. Bu cəhətdən ölkələr iki
kateqoriyaya bölünürlər: turist göndərən və turist qəbul edən ölkələr. Turist
göndərən ölkələrə iqtisadi potensialı yüksək olan ölkələr aiddir. Bu ölkələrdə
adam başına düşən gəlir çox yüksəkdir. Bu ölkələrdə xaricə gedən turistlərin
sayı da çox olur. Ümumiyyətlə, bu ölkələrdə əhalinin 10 %-i xaricə səyahət
edir. İnkişaf etmiş bu ölkələr nəinki turist göndərir, eyni zamanda, qəbul da
edirlər. Belə ölkələrə Almaniya, Fransa. İngiltərə, Avstriya. İtaliya, ABŞ və s.
aiddir.
Qəbul edən ölkələrə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, Portuqaliya və
s. ölkələr aiddir. Bu ölkələr iqtisadi cəhətdən orta vəziyyətdədirlər və özləri də
turist göndərirlər. /
j
ƏDƏBİYYAT
1.
Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. Международный
туризм. Баку, «Сада» - 2000.
2.
Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие
туризма в Азербайджанской Республике. «Полиг-рафия», 2003.
3.
Квартальнов В.А., Романов А.А. Международный туризм: политика
развития. М. Советский спорт, 1998.
4.
Зорин И.В., Квартальнов В.А. Энциклопедия туризма. «Фин. и
Стат.», М., 2003.
5.
Сенин В.С. Организация международного туризма. «Фин. и Стат.»,
М., 2000.
1 3 1
YEGANLI S.T.. HACIYEV E. M.
DÖRDÜNCÜ HİSSƏ
TURİZMİN MARKETİNQİ
XVI FƏSİL
16.1.
TURİZMDƏ MARKETİNQİN MƏQSƏDİ VƏ ƏSAS ANLAYIŞLARI
/.
Marketinq - iqtisadi bir proses kimi
«Marketinq» sözü ingilis sözündəki market (bazar) sözündən əmələ
gəlmişdir və onun mənası bazar fəaliyyəti, daha döğrusu bazar fəaliyyətinin
öyrənilməsi deməkdir. Lakin bu anlayış «marketinq» sözünün mahiyyətini
bütövlüklə açmır, çünki «marketinq» sözü özü-özlüyündə daha geniş məna
daşıyır və iqtisadi anlayış kimi daha çox sahəlidir.
Hər şeydən əvvəl «marketinq» - iqtisadi bir prosesdir. Bu prosesi aydın
təsəvvür etmək üçün «marketinq» sözünün mənasını hərtərəfli izah etməyə
ehtiyac duyulur. «Marketinq» iqtisadi proses kimi istehsal olunan məhsulu
istehsalçıdan alıcıya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan «marketinq»
istehsalçı ilə istehlakçı arasında təmas yaradır, bununla da. xidmətlərin və
malların satışını asanlaşdırır və əks əlaqə yaradır, bu isə alıcılara lazım olan
malların istehsalına kömək edir.
«Marketinq»in iqtisadi mahiyyətini dərk etməkdən ötrü sosializm
sistemində mövcud olan istehsal prinsipini yada salmaq kifayətdir. Aısıbarlar
mallarla doludur, alan yoxdur. İstehsal qabaqcılları isə həmin malları 200%
normadan artıq intuziazmla buraxırlar. Onlar nəinki yüksək əmək haqqı alır,
hətta orden və medallarla da təltif olunurlar. Mağaza və bazarlarda isə əhaliyə
lazım olan mallar çatışmır. Hər yerdə, hər sahədə defısit- dir: ərzaq malları
çatışmır, paltar modadan düşmüşdür, mebel keyfiyyətsizdir. Piştaxta altından
bir-bir xarici mallan çıxardıb satırdılar. Gənc nəsil bunu görməyib və ola bilsin
ki, lazımi dərəcədə qiymətləndirə bilməsin. İstehsalla alıcılar arasında əks
əlaqələrin olmaması sosialist planlı iqtisadi sistemin məğlub olmasının əsas
səbəblərindən biridir.*
«Marketinq»in əsas prinsipi isə - «... tələbatı tapın və ancaq alıcıya lazım
olan malları və xidmətləri istehsal edin və tələbatı ödəyin». Deməli,
«marketinq» bazarın potensial tərəfləri arasındakı (satıcılar və alıcılar)
münasibətləri təkcə mallar və xidmətlər mübadiləsi ilə deyil, eyni zamanda
informasiya mübadiləsi ilə də tənzimləyir. Məhsulun istehsalçıları artdıqca.
marketinqə olan tələbat da bir o qədər artır. Bu şəkildə qurulan bazar
münasibətləri rəqabətli bazar iqtisadiyyatı adlanır.
" Bel."'
varadaıı bazar \ o azad bazar mrınasib.'>ll,'>ridir.
132
TIT R 1 Z M
Güclü inkişaf etmiş bazar münasibətləri marketinqin səmərəli fəaliyyəti
üçün zəmin yaradır, bu isə istehsal ilə istehlak arasında sıx əlaqələrin
yaranmasını təmin edir.
İstehsalat sahəsində yaradılmış marketinq, turizm sahəsində uzun zaman
öz yerini tapa bilmirdi. Lakin turizm sahəsində tələb və təklillərin artması,
rəqabətin kəskinləşməsi və nəhayət, turizm bazarının formalaşması turizmdə
marketinqin yaranmasına səbəb oldu. Eyni zamanda, göstərilən xidmətlərin
növündən asılı olaraq turizmin özünə məxsus satış formaları var.
Özünün bu xüsusiyyətlərinə görə turizmdə «marketinq» yeni bir xətt üzrə
inkişaf etmiş və təhsil sahəsində öyrənilməsinə böyük ehtiyac olan vacib bir
kursa çevrilmişdir. Bazar iqtisadiyyatında turizmin marketinqini etibarlı bir
vasitə kimi istifadə etmək üçün turist müəssisələrinin rəhbərləri və
mütəxəssisləri marketinqin metodologiyasını və konkret şəraitdə yaradıcı
şəkildə mənimsəməlidirlər^iEyni zamanda qeyd etmək lazımdır ki, öyrənilən
bu fənn turizm sahəsində ortaya çıxa bilən bütün suallara cavab vermək
iqtidarında deyil. Bu onunla izah olunur ki, turizm fəaliyyəti çox mürəkkəb və
dinamikdir. Ona çoxlu təsir göstərən daxili və xarici faktorlar var. Bu faktorlar
özləri çox dəyişkəndirlər. «Marketinq» isə turizm sahəsində məqsədə çatmaq
üçün təhlükəsiz yolla-rı axtarır. Eyni zamanda «marketinq» yaradıcı prosesdir,
onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur.
' /
2. Turizmdə marketinqin məqsədi və əsas anlayışları
Turizm öz xüsusiyyətlərinə görə başqa təsərrüfat fəaliyyətlərindən prinsip
etibarı ilə fərqlənmir. Ona görə də, marketinqin əsas müddəaları bütövlüklə
turizmə tətbiq oluna bilər. Eyni zamanda, turizm öz spesifik xüsusiyyətlərinə
görə xidmətlərin və malların [onların nisbəti (75:25) %- dir] satılmasında
fərqlənir. Adi malların istehsalında marketinq anlayışı konkret xarakter və
məzmun daşıyır. Turizmdə isə bu anlayış fərqli olaraq başqa xarakter
daşıyır|Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsalı və
satışı^ nəticələnir. Turist məhsulu turistə göstərilən və qiyməti turist tərəfindən
ödənilən müxtəlif xidmət növləridir.) Bura mehmanxana. nəqliyyat, transfer,
ekskursiya, əyləncə, qidalanma və s. xidmət növləri aiddir.
Turist məhsuluna iki cür yanaşmaq olar. Dar çərçivədə - məsələn, konkret
xidmət çərçivəsində, yəni mehmanxana və ya ayrıca nəqliyyat xidməti. Bir də
geniş çərçivədə. Geniş mənada turist məhsuluna kompleks şəklində yanaşırlar.
Xidmətlərin turistə kompleks şəklində göstərilməsinə
Dostları ilə paylaş: |