Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

YEGANLI S.T.. HACHEV E. M. 
turist  səfəri  (tur  poezdka)  və  ya  qısaca  tur  deyilir.  Turist  məhsuluna  bu  cür 
yanaşmada bütün xidmətlər bir «paketə» toplanır və turist paketdə cəmlənən 
xidmətlərin hamısının haqqını bir dəfəyə putyovkanın (turist səfərinin) qiyməti 
kimi ödəyir.'jXaricdə buna «pekidj-tun> da deyirlər./Tu- rist məhsulunu başqa 
mallardan ayıran özünə məxsus xüsusiyyətləri var: 
1.
 
Turist məhsuluna kompleks şəklində daxil olan komponentlər və onları 
istehsal  edən  müəssisələr  biri-birilə  mürəkkəb  əlaqələrlə  bağlıdır.  Turist 
məhsulu  alınan  gəlirə  və  məhsulun  qiymətinə  görə  elastikdir.  Turizmdən 
əldə olunan gəlir və məhsulun qiyməti siyasi və sosial vəziyyətdən asılıdır. 
2.
 
Məhsulu alan turist, turist məhsulundan istifadə etməyincə onu görmür. 
ona  görə  də  onu  qiymətləndirə  bilmir.  Kobud  desək,  o  turist  məhsulunu 
«gözü  bağlı»  alır,  onunla ancaq  səfər  zamanı  tanış  olmaq  imkanı  olur  və 
səyahət bitdikdən sonra «qiymət» verə bilir. Turizmin xüsusiyyəti belədir 
ki.  eyni  turist  mərkəzi,  eyni  turist  səyahətinə  müxtəlif  səviyyələrdə 
(fəsillərdən  asılı  olaraq,  qrupda  olan  başqa  turistlərin  xarakterindən, 
personalın əhval-ruhiyyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq) 
xidmət göstərir. 
3.
 
Turist məhsulu geniş mənada müxtəlif müəssisələrin gərgin əməyi ilə 
yaranır.! Hər təşkilatın öz iş üslubu, öz xüsusiyyətləri və öz maraqları olur. 
Cüzi  miqdarda  nöqsan  və  ya  səhv  buraxılarsa,  yüksək  səviyyədə  xidmət 
təşkil etmək mümkün olmür. Ona görə ki, turistlərə göstərilən xidmət belə 
xırda  elementlərdən  asılıdır.'Turist  xidmətlərinin  keyfiyyətinə  yerli  əhali, 
qrupun tərkibi və nəhayət, fors-major hadisələr də təsir göstərir.', 
(__ÜTT  təşkilatı  turizmdə  marketinqin  funksiyalarını  3  hissəyə  bölür: 
müştərilərlə təmasın qurulması, inkişaf və nəzarətdir. Müştərilərlə əlaqələrin 
yaranma məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu 
onların istədiyi və axtardığı məhsuldur. İnkişaf məhsulu irəlilətmək üçün yeni 
üsulların  planlaşdırılmasıdır.  Nəzarət  isə  görülən  işlərə  nəzarət  etmək, 
buraxılan  səhvləri  düzəltmək  və  təhlil  etmək  məqsədini  güdür,  j  Marketinq 
təkcə reklam və ya xidmətlərin satışı, ya da sadəcə olaraq xidmətlərin işlənib 
hazırlanması  deyil.  Bu  marketinqin  konsepsiyasına  uyğun  olaraq  bütün 
funksiya  və  ya  fəaliyyəti  özündə  cəmləşdirən  bir  sistemdir.  Bu  sistem  isə 
marketinqi  ticarətdən  prinsipial  surətdə  ayırır.  Əgər  kommersiya  fəaliyyəti 
bütün  qüvvə  və  bacarığını  xidmətlərin  satışını  aktivləşdirməyə  yönəldirsə, 
marketinqin  əsas  məqsədi  bazarın  tələblərinə  uyğun  olaraq  istehsal  və 
xidmətlərin  satışının  vəhdətini  yaratmaqdır.  Turist  məhsulunun  istehsalı 
yoxdursa, deməli marketinq də yoxdur. 
134
*
 


T U R İ Z M  
n 
1
 
3. Turist xidməthrinin spesifik xüsusiyyətləri 
! ‘ '' 
( Turist xidmətlərinin spesifik xüsusiyyətləri bunlardır: 
1.
 
Turist  xidməti  özü-özlüyündə  müştəriyə  göstərilənə  qədər  mövcud 
deyil,  yəni  məhsul  yalnız  xidmət  göstərilən  prosesdə  yaranır.  Göstərilən 
xidmətlər  eyni  zamanda  göstərilməsinə  baxmayaraq,  bir-biri  ilə  rəqabət 
aparan  iki  firmanın  göstərdiyi  xidmətlərin  keyfiyyətini  müqayisə  etməyə 
imkan vermir. Yalnız xidmətlər göstərildikdən sonra onları müqayisə etmək 
olar, halbuki, eyni maddi malları alınmamışdan əvvəl müqayisə etmək olar. 
2.
 
Əksər hallarda xidmətlərin  göstərilməsi sifarişçilər tərəfindən çətin 
başa  düşülə  bilən  və  qiymətləndirilə  bilən  bilik  və  ustalıq  tələb  edir. 
Göstərilən  xidmətin  son  dərəcədə  qeyri-müəyyənliyi  alıcını  son  dərəcədə 
qeyri-əlverişli  vəziyyətə  salır.  Buna  görə  də,  alıcı  xidmət  göstərən  tərəfə 
inanmağa məcburdur. 
Xidmətlərin çoxşaxəli olmasından asılı olmayaraq onların hamısının eyni 
xüsusiyyətləri  də  mövcuddur:  onların  hiss  edilməməsizliyi,  istehsalın  və 
istehlakın  fasiləsizliyi,  keyfiyyətin  dəyişkənliyi  və  qorunub  saxlanıla  bi- 
linməməsi.  Xidmətlərin  hiss  edilməməzliyi  o  deməkdir  ki.  onu  qabaqcadan 
nümayiş etdirmək, görmək, sınamaq və tanış olmaq mümkün deyil. İstehsalın 
fasiləsizliyi  isə  o  deməkdir  ki,  xidmət  yalnız  müştərinin  olduğu  halda 
göstərmək  mümkündür.  Bu  da  öz  növbəsində  turist  xidmətlərini  malların 
satışından ayıran xüsusiyyətdir. 
İstehsal  ilə  istehlakın  əlaqələrinin  qırılmamazlığınm  labüd  nəticəsi 
xidmət  keyfiyyətinin  dəyişkənliyidir.  Xidmətin  keyfiyyəti  əhəmiyyətli 
dərəcədə onun harada, nə zaman, nə vaxt və kim tərəfindən göstərilməsin-dən 
asılıdır. 
Deyək ki, eyni dərəcəli iki mehmanxananın birində keyfiyyət yüksəkdir. 
digərində  isə  səviyyə  aşağıdır.  Xidmətçilərin  biri  nəzakətli  və  xeyirxahdır, 
digəri isə kobud və üzügülməzdir. Hətta eyni xidmətçi də gün ərzində xidməti 
müxtəlif tərzdə göstərir. Günün axırına ola bilsin ki, yorulur. 
Bütün  bunlar  kadrların  seçilməsindən  və  müştərilərin  fərdi 
keyfiyyətlərindən  asılıdır.  Bu  dəyişkənlikləri  yumşaltmaq  üçün  xidmətin 
standartları işlənib hazırlanır. 
Turist  məhsulunun  xarakterik  xüsusiyyətlərindən  biri  də  onun  qorunub 
saxlanıla bilinməməsidir. Xidmət tələbatdan artıq olduqda gəlir azalır. Tələbat 
xidmətdən artıq olduqda isə, məhsul istehsal olunana qədər vəziyyəti dəyişmək 
mümkün deyil. 
1 3 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə