Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
Beləliklə/rniHilurist  siyasətinin  əsas  mahiyyəti  ölkədə  turist  bazarının 
formalaşmasıdır.'Bazara çıxarılan məhsul orijinal və rəqabətli olmalıdır/ Qaldı 
ki, mehmanxana, nəqliyyat qiymətlərinə, onlar turistlərin mali>^ə imkanlarına 
və  zövqünə  uyğun  olan  turist  məhsulunun  qiymətinin  bir  hissəsidir.  Bu  da 
sərbəst  bazar  istiqamətində  özü-özünə  inkişaf  edən  Azərbaycan  turizminin 
vacib  faktorlarından  biridir.  Burada  turist  məhsulunu  yaratmaq  arzusu  və 
təşəbbüsü «aşağıdan», regionlarda əmələ gəlir. Təşəbbüs göstərən o şəxslərdi 
ki, riskə gedərək öz sərmayəsini (topladığı pulu) sərf edərək turist müəssisəsi 
açır,  alıcıların  imkanını  nəzərə  alaraq  turist  məhsulu  yaradır,  onu  münasib 
qiymətlərlə  satır,  gəlir  götürür  və  götürdüyü  gəlirin  bir  hissəsini  yenidən  öz 
işinin (biznesinin) genişlənməsinə sərf edir. 
Şbn  zamanlarda  Abşeronda  minlərlə  2-3  mərtəbəli,  içərisində  hər  bir 
rahatlığı  olan  (basseyn,  sauna,  meyvə  bağı,  gül  bağçası  və  s.)  imarətlər 
tikilmişdir. Yay mövsümündə bu villalar icarəyə verilir və onlann sahibləri az 
pul  qazanmırlar.  Turizmin  özü-özünə  inkişafını  təsdiq  edən  başqa  bir  misal 
göstərək.  Azərbaycanın  müxtəlif  regionlarında  son  3  ildə  tikilən  turist 
mərkəzlərinin, əyləncə ocaqlarının sayı 2 dəfə artmışdır. Azərbaycanın işgüzar 
adamları Azərbaycan turizminin inkişafına çoxlu sərmayə qoymuşlar. Lakin bu 
qoyulan sərmayə turizmin infrastrukturunu sürətlə inkişaf etdirmək üçün çox 
azdır.  Beynəlxalq  Bank  və  başqa  təşkilatlar  Azərbaycanda  yolların  və 
körpülərin  salınmasına,  tarixi  abidələrin  bərpasına  maliyyə  köməyi  edirlər, 
lakin bu da azdır. Azərbaycanın işgüzar adamları xarici firmalarla birgə kapital 
qoyuluşu əsasında turist mərkəzləri, mehmanxanaları tikirlər. 
Əgər  Azərbaycan  hökuməti  neftdən  əldə  olunan  gəlirlərin  bir  hissəsini 
Azərbaycan turizminin inkişafına yönəltmiş olarsa, bu proses sürətlənə bilər. 
Azərbaycan hökuməti eyni zamanda, turizm sahəsində kadrların hazırlanmasını 
müasir  səviyyəyə  qaldırmalıdır.  Onun  turizm  sahəsində  vergi  siya.səli  dünya 
təcrübəsinə uyğun apanimalıdır. Bütün ölkələrdə turizm -iahəsində himayəçilik 
vergi siyasəti aparılır. Məsələn. Fransada bütün sahələrdə ƏDV (əlavə dəyər 
vergisi) 22 %-dirsə, turizm sahəsində 10 %-dir. Əgər biz də turizm sahəsində 
belə addım atmış olsaq, turizm Azərbaycanda sürətlə inkişaf edə bilər. Turist 
şirkətlərinin sayı artar, minlərlə işsizlər özlərinə iş yerləri tapa bilər. 
—Turizm sahəsində ən vacib məsələlərdən biri də ölkəmizdə əsrlərdən bəri 
kök  salmış  özünə  məxsus  qonaqpərvərliyi  bərpa  etməkdir.  Bundan  ötrü,  öz 
kəndlərimizi,  şəhərlərimizi  düşmən  tapdağından  azad  elmək,  qaçqınları  öz 
torpaqlarına  qaytarmaq,  kəndləri  və  şəhərləri  bərpa  etmək,  yollar  salınaq, 
turbazaları bərpa etmək lazımdır. 
126 


T U R İ Z M  
Turist  müəssisələrinin  iş  fəaliyyətinin  keyfiyyətini  yaxşılaşdırmaqdan 
ötrü ən kəsərli vasitə turist rentasmm tətbiq olunmasıdır. Turist rentası turist 
sərvətlərinin keyfiyyətindən asılı olan əlavə gəlir formasıdır.  Mədəniyyət və 
tarixi  abidələrdən,  çimərliklərdən,  memarlıq  komplekslərindən,  etnoqrafik 
obyektlərdən  əldə  olunan  əlavə  gəlir  regionlarda,  onların  icra  orqanlarının 
sərəncamına verilməlidir. Özəl müəssisələrdən daxil olan renta gəlirin 50 %-i 
dövlət büdcəsinə daxil olur, nəticədə dövlət əlavə heç bir vəsait qoymadan gəlir 
götürür və varlanır. Renta gəlirinin başqa 50 %-i müəssisədə qalır. Müəssisə bu 
vəsaiti ancaq genişlənməyə və inkişafa xərcləyə bilər. Vergi müfəttişliyi rast 
gəlsə ki. bu vəsait başqa məqsədə istifadə olunub. həmin vəsaiti dövlət fonduna 
keçirdir.  Turist  rentası  müəssisənin  iqtisadi  cəhətdən  möhkəmlənməsi  və 
rəqabətli  turist  məhsulu  hazırlamaq  üçün  sərmayə  mənbəyidir.  Bütün  dünya 
ölkələrində  ondan  məqsədyönlü  sərmayə  mənbəyi  kimi  istifadə  edib 
müəssisələrdə  dövriyyə  kapitalı  yaradırlar.  Turizmdən  yerli  orqanların 
sərəncamına  daxil  olan  gəlirlər  yerli  orqanlar  tərəfindən  turizmin 
infrastrukturunu  yaxşılaşdırmaq  üçün  istifadə  olunur,  eyni  zamanda,  yeni  iş 
yerlərinin açılmasına səbəb olur. 
Təxmini  hesablamalar  göstərir  ki,  artıq  bu  gündən  başlayaraq  turist 
səfərləri  və  ekskursiyalardan  əldə  olunan  gəlirlər  kəndlərin  və  şəhərlərin 
abadlaşmasında və iş yerlərinin açılmasında vasitəçi rolunu oynaya bilər. 
Milli turist təşkilatının əsas üç funksiyası olmalıdır: 
1.
 
Gələcəyi olan turist siyasətini tərtibi və həyata keçirilməsi və turizm 
sahəsində standartlaşma
2.
 
Turizmin əlaqədar sahələrində və regionlar arası koordinasiya 
aparmaq; 
3.
 
Turizm sahəsində kadrların hazırlanmasının və elmi-tədqiqat işlərinin 
təşkili. 
Milli  kadrların  dünya  standartlarına  uyğun  hazırlanması,  onların 
kompüter və yeni kommunikasiya texnologiyasına tam yiyələnməsi, turizmin 
marketinq  və  müasir  idarəetmə  üsullan  ilə  silahlanması  milli  turist 
təşkilatlarının əsas vəzifələrindən biridir. 
15.3.
 
BEYNƏLXALQ TURİZMİN İQTİSADİ ÜNSÜRLƏRİ 
!  Beynəlxalq turizm beynəlxalq xidmətlərin ayrılmaz tərkib hissəsidir. 
Ona görə də. xarici ticarətdə qəbul olunmuş bütün əməliyyatlar və o cümlədən, 
ixrac  və  idxal  əməliyyatları  da  beynəlxalq  turizmdə  öz  yerini  tapmışdır. 
Beynəlxalq xidmətlərin alınması və satılması adi xarici ticarət əmə 
1 2 7  


YEGANLI S.T.. HACIYEV E. M, 
liyyatı  kimi,  xarici  firmalar  və  ya  bilavasitə  xarici  turist  tərəfindən  təşkil 
olunur. 
Lakin  beynəlxalq  turizmin  əsas  xüsusiyyətlərindən  biri  də  odur  ki, 
xidmətlərin ixracı,  adi  malların  ixracından  fərqli  olaraq,  xarici  turistin  ixrac 
edən  ölkəyə  özünün  gəlməsi  və  xidmətlərdən  istifadə  etməsilə,  idxal 
əməliyyatı  isə  ölkə  turistlərinin  xaricə  göndərilməsi  ilə  bağlıdır.  Bununla 
əlaqədar, turizmin ixracı - xaricdən turist qəbul olunması, idxalı isə - ölkədən 
turistin  xaricə  getməsidir.  Turizmdə  beynəbcalq  mal  dövriyyəsində  qəbul 
olunmuş iqtisadi siyasət apanlır. Məsələn, gömrük qaydalarına oxşar - ölkəni 
tərk etmək və ölkəyə daxil olma qaydaları, malların ticarətinə münasib - ölkəyə 
daxil  olma  lüzumu,  malların  ixracına  və  idxalına  qoyulan  məhdudiyyətlər 
əvəzinə  -  turistlərin  getməsinə  və  onlann  apardığı  mallara  qoyulan 
məhdudiyyətlər və s. Valyuta məzənnəsinin dəyişmə siyasəti xarici turistlərin 
ölkəyə  gəlməsini  stimullaşdırmaq,  ölkədən  gedən turistlərin  sayını  azaltmaq 
məqsədini güdür. 
Beynəlxalq  turizmdə  «dempinq»  xarici  turistlər  üçün  malların  və 
xidmətlərin qiymətlərini aşağı salmaq məqsədini güdür. 
Beynəlxalq  turizmin  valyuta  problemləri  beynəlxalq  turist  bazarının 
formalaşması  və  inkişafı  ilə  bağlıdır.  Beynəlxalq  turist  bazan  malpul 
mübadiləsi sferasıdır. Bu sfera turist xidmətlərinə və mallanna olan təklif və 
tələbdən əmələ gəlir. Turizmin vacib göstəricilərindən biri turizmin ixracından 
əldə  olunan  gəlirin  ölkənin  ümumi  ixracında  tutduğu  yerdir.  Bəzi  ölkələrdə 
beynəlxalq  turizmdən  əldə  olunan  gəlir,  başqa  məhsulların  ixracından  gələn 
gəlirdən.çox  olur  ki,  bu  ölkə  üçün  beynəlxalq  turizmin  tutduğu  mövqeyi 
göstərir Jdəsələn, Norveç ildə 20 mln tondan çox neft istehsal edir. Lakin bu 
ölkənin beynəlxalq turizmdən götürdüyü gəlir neftdən aldığı gəlirə yaxındır. 
Barbadostda o, 3,6 dəfə qəndin ixracından alınan gəlirdən çoxdur, Panamada 2 
dəfə  banan  ixracından  çoxdur,  Misirdə  1,7  dəfə  pambıq  ixracından  alınan 
gəlirdən çoxdur. 
Beynəlxalq turizmin üstün cəhətlərindən biri də xarici ticarət əlaqələrində 
xidmətlərin və turist mallarının qiymətlərinin başqa ənənəvi mallara nisbətən 
sabit  qalmasıdır.  Bu  onunla  izah  olunur  ki,  birinci  turizm  xidmətlərinə  olan 
tələbat  daim  artır  və  təklif  tələbatla  ayaqlaşa  bilmir,  ikincisi  turizm 
məhsulunda  strateji  ehtiyatlar  saxlamaq  və  sonra  spekulyativ  qiymətlərlə 
satmaq mümkün deyil. Turist məhsulu real turistin olduğu vaxt istehsal olunur. 
Turist yoxdursa, deməli xidmətlər də yoxdur. 
Beynəlxalq  turizm  ixracın qeyri-adi  formasıdır. Turist  özü  öz  hesabına 
xidmətlərin  hazırlanan  yerinə  gəlir.  Halbuki,  ənənəvi  malların  ixracında 
malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu 
128 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə