Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   114

T U R t Z M  
əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, 
xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli 
xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərakəndə 
qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına 
səbəb olur. 
Ölkələrin  çoxunda  bu  daxili  ixraca  sənayenin  ayrı-ayrı  sahələri  qulluq 
edir. Məsələn, Azərbaycanda milli naxışları və şəkilləri olan xalça, nərdtaxta, 
İsveçrədə  -  saatlar,  Almaniyada  -  avtomaşınlar,  Yaponiyada  audio  və  video 
texnika,  Fransada  modalı  paltarlar,  parfümeriya  və  s.  məşhur  mallara  çoxlu 
tələbat olur. 
Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə olunan 
gəlir əhali arasında müxtəlif təbəqələr üzrə nisbətən bərabər bölünür. Turizm 
xidmətlərini hazırlayan da. suvenir hazırlayan və satan da, öz mənzilini kirayə 
verən  də,  fermerlər  də,  yeyinti  məhsullarını  hazırlayan  da  gəlir  götürür. 
Məsələn. Cənubi Afrika Respublikasında qızıldan əldə olunan gəlir. BƏƏ-də 
neftdən gələn gəlir kiçik miqdardakı oliqarxların və ya mafioz qrupların əlində 
cəmləşir.  Beynəlxalq  turizmdə  isə  bu  mümkün  deyil.  Ona  görə  ki,  turist 
xidmətlərinin və mallarının istehsalında çox adam iştirak edir. 
Beynəlxalq turizmdən cəmiyyətin bütün təbəqələri udmuş olur. Gəlirin 
ədalətli paylanması milləti birləşdirir və əhalinin həvəslə və birgə işləməsinə, 
ölkənin iqtisadi inkişafına səbəb olur. 
Turist məhsulunun qiyməti sabit kəmiyyət deyil. O, bir çox faktorlardan 
asılıdır.  Birinci  o.  məhsulun  alıcılar  tərəfindən  lazımi  bir  məhsul  kimi 
subyektiv  qiymətləndirilməsindən  asılıdır.  Ümumiyyətlə,  qiymət  siyasəti  bir 
neçə  faktordan  asılıdır:  turist  mövsümündən,  xərclərin  miqdarından, 
beynəlxalq  qiymətlərdən,  rəqiblərin  davranışından,  alıcıların  maliyyə 
vəziyyətindən  və  s.  Turistlər  tərəfindən  olan  tələbat  qiymətləri  ölkələr  üzrə, 
regionlar,  operatorlar,  məqsədyönlü  qruplar  və  təşkil  olunmuş  turlar  üzrə 
müxtəlif olur. 
Çox təəssüf ki. bəzi turist müəssisələri və turoperatorlar  Azərbaycanda 
qiymətləri  təyin  edəndə  bütün  reallıqla  hesablaşmırlar  və  turist  məhsuluna 
həddən  artıq  qiymət  qoyurlar. Məsələn,  istirahət  zonası  «Cənnət  bağı»  (Altı 
ağac) bir günlük istirahətə yeməksiz 40 $ istəyir. Bəlkə də xarici turistlərə bu 
çox  deyil,  lakin  «Cənnət  bağı»nda  servisin  səviyyəsi  xarici  turistləri  təmin 
etmir.  Daxili turistlər  üçün  isə  qiymətlər  münasib  deyil.  Bu  onu  göstərir  ki. 
qiymət siyasəti turizmin inkişaf siyasətində önəmli yer tutur. 
Əg,?r  fiırisr  nulisuhmdü  l.^klif  t,)h}hat(kuı  çoxJursa,  nuyhsuhm  qiyməti 
cışağt (Hlsüy. Bu cür hal məhsulun isfchsalmm qar.'^ısmı alır. Əgər tələbat lək- 
129 


VEGANU S.T.. HACn EV E. M. 
lifdən çoxdur sa, qiymətlər qalxmağa bağlayır, məhsulun istehsalı davam edir. 
Hər hansı bir ölkə üçün beynəlxalq turizmin iqtisadi səmərəliliyi o zaman 
artır ki, ixrac idxaldan çox olsun. Ümumi halda bu artım 30 % olur. 
Dünya ölkələrinin çoxu beynəlxalq turizmin müsbət xüsusiyyətlərindən 
istifadə edərək çoxlu gəlir götürürlər. 
Azərbaycan  turist  bazarı  formalaşmaq  üzrədir.  Onun  möhkəmlənməsi 
üçün  istehsal  olunan  məhsulun  qiyməti  ilə  keyfiyyəti  arasında  harmoniya 
yaratmaq lazımdır. Bu cür harmoniyanın yaranması xüsusilə daxili turizmdə 
çox  vacibdir.  Sərhədlər  açıldıqdan  sonra  bizim  vətəndaşlarımız  münasib 
qiymətlərlə keyfiyyətli turist məhsulunu ölkədə yox, xaricdə axtarıb tapırlar. 
Turist məhsulunun qiymətləri ilə keyfiyyəti arasında uyğunluq yaratmaq 
üçün  hər  şeydən  əvvəl  Azərbaycan  turist  müəssisələrinin  madditexni-  ki 
bazasını  təkmilləşdirmək  və  müasirləşdirmək,  yeni  reklam-informasiya 
texnologiyası  ilə  təchiz  eləmək  lazımdır.  Bundan  ötrü,  kapital  qoyuluşu 
gərəkdir. Azərbaycan dövləti uzun illərdi ki, turizmə sərmayə qoymur. Xarici 
şirkətlər az çox turizmə kapital qoysalar da, ancaq öz mənafelərini güdürlər. 
Beləliklə, rəqabət vəziyyəti beynəlxalq turist bazarında Azərbaycanın xeyrinə 
inkişaf  etmir.  Çox  da  böyük  olmayan  bu  bazarda  xarici  şirkətlərin  azad  yer 
tapması  və  fəaliyyəti  Azərbaycan  firmalarını  tədricən  beynəlxalq  turizm 
sahəsindən  sıxışdırıb  çıxardır.  Öz  nəqliyyat  vasitələrinə  arxalanan  xarici 
kompaniyalar onlarla kartel müqavilələri bağlayırlar. Bu da milli nəqliyyatın 
və  mehmanxalarm  dolmamasına  və  ümumiyyətlə,  zəifləməsinə  səbəb  olur. 
Bundan başqa, Azərbaycanda azad fəaliyyət göstərən xarici kompaniyalar öz 
səfirliklərinin  himayəsindən  istifadə  edərək  ölkəmizə  dəvət  etdiyi  turistlərə 
asan yolla viza alırlar. Halbuki, Azərbaycan şirkətləri xətti ilə gələn turistlərə 
viza məsələsi problem olur. 
Təbii ki, bu nöqsanları aradan qaldırmaqdan ötrü, xarici kompaniyaların 
sərbəst  Azərbaycan  turist  bazarına  çıxması  üçün,  bütün  dünya  ölkələrində 
olduğu  kimi,  müəyyən  məhdudiyyətlər  qoymaq  lazımdır.  Bu  tədbirlər  milli 
şirkətləri  birləşdirərdi  və  onların  hüquqlarını  qoruyardı.  Əlbəttə,  bu  ancaq 
lazım  olan  tədbirlərin  bir  hissəsidir.  Azərbaycanda  turizmin  inkişafı  və 
rəqabəlli turist məhsulunun istehsalının mümkün olması üçün infrastrukturun 
yaradılmasına  fikir  vermək  lazımdır.  İnfrastrukturun  yaradılması  külli 
miqdarda  kapital  qoyuluşu  və  vaxt  tələb  edir.  Avropa  ölkələrində  turist 
infrastrukturu yüz illər ərzində yaradılmışdır. Azərbaycanda sovet hakimiyyəti 
illərində yaradılmış infrastruktur köhnəlmiş və özü də artıq dağılmışdır. 
130 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə