Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

YEGANLl S.T.. HACIYEV E. M. 
14.2.
 
TURİZMİN İŞSİZLİYƏ TƏSİRİ 
Ölkədə olan siyasi sabitliyin səviyyəsi birinci dərəcədə işsizlərin miqdarı 
ilə  ölçülür.  İşsizləri  çox  olan  ölkədə  milli  gəlir  əhali  arasında  qeyri-bərabər 
bölünür, bu da siyasi ədalətsizliyə və əhali arasında narazılığa səbəb olur. 
-
 
İşsizlik ölkədə baş verən ağır cinayətlərin sayını çoxaldır; 
-
 
Milyonlarla vətəndaş ölkəni tərk edib, başqa ölkələrə iş axtarmağa 
getməyə məcbur olur; 
-
 
İşsizlik insanı alçaldır, onun şəxsiyyətinə toxunur və hüququnu 
tapdalayır; 
-
 
İşsizliyin həddi müəyyən %-i aşarsa, bu ölkədə siyasi partlayışa və 
hökumətin növbədən kənar dəyişməsinə səbəb ola bilər. 
Ona görə də, bütün ölkələrdə işsizliyə qarşı kəskin mübarizə aparılır. Son 
zamanlarda ölkələrin çoxunda işsizliyin qarşısını ala bilən, turist sənayesinin 
bütün  sahələrlə  əlaqəsi  olan  nəhəng  bazası  yaradılmışdır.  Dünyanın  turist 
sənayesində  əmək  qabiliyyəti  olanların  7 %-i  işləyir  ki.  bu  da  turizmdə  işlə 
təmin olanların 300 mln nəfərini əhatə edir. 
1995-ci  ildə  turizm,  iqtisadiyyatın  aktiv  sahəsi  kimi,  neftqayırmanı 
ötərək  dünyada  öz  potensiyasına  görə  birinci  yerə  çıxmışdır.  Beynəlxalq 
turizm  sənayesində  ildə  2,1  trln  $  dövr  edir.  Sürətlə  inkişaf  edən  və  tam 
avtomatlaşması  və  mexanikləşməsi  mümkün  olmayan  beynəlxalq  turizm 
işsizlərin  miqdarını  tənzimləyən  bir  sahəyə  çevrilmişdir.  Məsələn, 
qonaqpərvərlik  sahəsində  hər  gələn  10  xarici  turistə  3  iş  yeri  açılır. 
Mehmanxananın ulduzu çox olduqca, insan əməyinə ehtiyac da çoxalır. Ona 
görə  ki,  yeni  xidmət  sahələri  yaranır.  Məsələn,  «5-ulduzlu»  mehmanxanada 
1200 qonağa xidmət göstərməyə 600 nəfər personal tələb olunur. 
Turist sənayesinin inkişafı, yeni-yeni insan resurslarını turistlərə xidmət 
etmək üçün özünə cəlb edir, müxtəlif malların və xidmətlərin istifadəsinə və 
istehsalına səbəb olur. İşçiləri işlə təmin edə bilən turist sənayesinə aşağıdakı 
müəssisələr daxildir
Turistləri  yerləşdirmə  müəssisələri  -  mehmanxanalar,  motellər, 
otellər,  apartamentlər  və  s.  Bunların  tərkibinə  restoranlar, 
yeməkxanalar, kababxanalar, kafelər, barlar və s. daxildir; 
Turizmin idarə orqanları, elmi-tədqiqat və təhsil müəssisələri; 
-V* Turist firmaları - turoperatorlar və turagenlliklər. turist dövlət və 
ictimai təşkilatlan, assosiasiyalar, klublar, birləşmələr və s.; 
O- Nəqliyyat təşkilatları; 
114 


T U R İ Z M  
^ Turist mallarını istehsal edən müəssisələr
^ Turist mallarını satan müəssisələr; 
Turizm reklam-informasiya müəssisələri. 
Turizm sənayesi müəssisələrindən başqa, turistlərə başqa müəssisələr də 
xidmət  göstərirlər.  Onlar  turistlər  olmadan  fəaliyyət  göstərir,  yerli  əhaliyə 
xidmət edirlər. Turist sezonu başlayanda öz fəaliyyətini aktivləşdirirlər. Belə 
müəssisələrə  yerli  nəqliyyat,  mağazalar,  kommunikasiya,  avtomobil, 
apartament icarə müəssisələri, muzeylər, teatr və konsert zalları, pul dəyişmə 
məntəqələri və s. aiddirlər. 
Turizmin  inkişafı  mehmanxanaların,  aeroportların  inşasını  və  mo- 
dernləşdirilməsini,  yolların  salınmasını,  şəhərlərin  və  kəndlərin  abadlaşdı- 
rılmasını, tarixi və memarlıq abidələrinin bərpasını və qorunmasını tələb edir. 
Turizm,  ənənəvi  bağlı  olduğu  sahələrdən  başqa,  avtomobil,  yeyinti,  tekstil, 
ayaqqabı və başqa sahələrin inkişafına da təsir göstərir. 
Turizmin  inkişafı  xüsusilə  yeyinti  sənayesinin  inkişafına,  bağ-bostan, 
meyvə və tərəvəz məhsullarının artmasına səbəb olur. Xarici turistlərin çoxu öz 
qohumlarının və tanışlarının evində qalır və bu məhsullardan bolluca istifadə 
edirlər.  Fransız  ekspertlərinin  hesablamalanna  görə,  ümumi  yeyinti 
məhsulunun  9  %-ni  xarici  turistlər  istifadə  edirlər.  Bu  məhsulun  xaricilər 
tərəfindən  alınması  ölkəyə  çoxlu  valyuta  gətirir.  Fransaya  çoxlu  avto-  turist 
gəlir. Onların maşın yağı, yanacaq alması və yol polisinə verdiyi cərimələr və 
avtomaşınların  təmirindən  əldə  olunan  gəlir  xarici  turistlərin  xidmətindən 
alınan gəlirlərin 20 %-ni təşkil edir. 
Turizmin  inkişafı  böyük  kapital  qoyuluşunu  tələb  edən  və  ölkə 
iqtisadiyyatını  qaldıran  yolların  salınmasına  səbəb  olur.  Yollann  salınması 
çoxlu iş yerləri tələb edir. 
Beləliklə,  turizmin  inkişafı  çoxlu  iş  yerləri  yaradır,  işsizlik  kimi  ağır 
sosial-iqtisadi  problemi  aradan  qaldırır.  Turist  axınlarının  çoxalması  yerli 
kustar malların və suvenirlərin istehsalını çoxaldır. Xüsusilə «lüks» malların 
istehsalını  və  satışını  qeyd  etmək  lazımdır.  «Lüks»  mallara  incəsənət 
nümunələri,  zinyət  əşyaları,  ətriyyat  və  kosmetika,  modalı  paltar  növləri, 
İsveçrə  saatları.  Yapon  audio  və  video  texnikası,  Yunanıstan  şubası  və  s. 
aiddir. «Lüks mallar istehsalı» sahəsi maliyyə dövriyyəsinə görə, qara metal 
sənayesinin  həcminə  bərabərdir.  Onun  dünyada  on  minlərlə  müəssisələri 
fəaliyyət göstərir və bu müəssisələrdə milyonlarla insanlar işləyirlər. Tək Paris 
şəhərində 1984-cü ildə 2643 «lüks malları» satan mağazalar turistlərə xidmət 
göstərirdilər. 
Turist  mərkəzlərinin  dənizlərin,  göllərin  və  okeanların  sahillərində 
yaranması katerlərin, katamaranların və gəmilərin, su motorollerlərinin və 
1 1 5  


YEGANLl S.T.. HACIYEV E. M. 
yelkənli qayıqlann istehsalını genişləndirmişdir. O cümlədən, dağ turizminin 
müxtəlif  növlərinin  hesabına  Avstriya  ildə  ölkədə  qəbul  olunan  turistlərin 
sayını 20 mln nəfərə çatdırmışdır. Müxtəlif regionlarda turizmin müxtəlif yeni 
növləri  dövriyyəyə  buraxılır  və  yeni  cazibədar  turist  məhsulları  hazırlanır. 
Bunlar  hamısı  beynəlxalq  turist  mübadiləsini  aktivləşdirir  və  turizmin 
inkişafına  səbəb  olur.  Hal-hazırda  turizmin  100-dən  artıq  növü  turizm 
praktikasında istifadə olunur. 
Turizmin  vacib  xüsusiyyətlərindən  biri  də  onun  fəsillərdən  asılı 
olmasıdır.  Bu,  potensial  turist  kütləsinin  yay  mövsümündə  məzuniyyətə 
çıxması ilə əlaqədardır. Turistlərin fəsillərdən asılı olaraq azalması turizmdə 
problemlər  yaradır.  Personalın  kütləvi  surətdə  işdən  azad  olması, 
mehmanxanalarda  və  restoranlarda  qonaqlann,  nəqliyyatda  sərnişinlərin 
azalması  gəlirin  kəskin  azalmasına  səbəb  olur.  Ona  görə  də,  fəsillərin 
dəyişməsi  ilə  əlaqədar  turizm  fəaliyyətinin  iqtisadi  effektliyini  təyin  etmək 
olur. Dövlət orqanları və təşkilatlanmn çoxu bu problemin kəskinliyini nəzərə 
alaraq  müəyyən  tədbirlər  görürlər.  Məsələn,  işçilərə  məzuniyyəti  qış  və  ya 
payız  vaxtı  verirlər.  Turist  mərkəzləri  və  kurortlar  öz  məhsullarını  güzəştlə 
satırlar, bayramların vaxtını qış aylarına salırlar və s. 
Bundan başqa, verilən məzuniyyətlər iki hissəyə bölünür: bir hissəsi yaz, 
yay  və  bir  hissəsi  isə  qış  aylanna  düşür.  Dünyanın  əksər  ölkələrində  xarici 
ölkələrə turist səfərlərinin 70 %-ə qədəri turist mövsümünə təsadüf edir. Şimal 
yarımkürəsi  ölkələrində  turist  mövsümünün  sərhədləri  may-  sentyabr  ayları 
olsa da, ayrı-ayrı ölkələrin təbii iqliminə uyğun olaraq mövsümün sərhədləri 
bir qədər dəyişdirilə bilər. 
Planetimizin  iqlim  şəraiti  elədir  ki,  bəzi  regionlarda  qış  və  yay  ayları 
iqlim  çox  az  dəyişir.  Bu  ən  çox  Asiya.  Okeaniya  ölkələrinə  (Tayland, 
Sinqapur,  Malayziya,  Filippin,  İndoneziya)  aiddir.  Bu  ölkələrdə  fəsillərin 
dəyişməsindən asılı olmayaraq, havanın temperaturu 1-2° S-dən çox dəyişmir. 
Qış,  yay  hər  tərəf  yaşıllıqla  örtülüdür.  Bu  ölkələrdə  mövsümün  dəyişməsi 
turistlərin  qəbuluna  çox  az  təsir  göstərir.  Onlar  bütün  ili  Avropadan  və 
Amerikadan turist qəbul edirlər. 
Təsadüfi  deyil  ki,  qısa  tarixi  zamanda  Okeaniya  ölkələri  geridə  qalmış 
koloniyalardan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə çevrilmişlər. Turizmin 
rolu bu inkişafda az olmamışdır. 
Əgər  1970-1995-ci  illərdə  turist  səfərlərinin  sayı  dünya  üzrə  3,4  dəfə 
artmışdırsa,  həmin  artım  Asiya  və  Sakit  Okean  regionu  üçün  15,7  dəfə 
olmuşdur. Əlbəttə, bu regionda turizmin dinamik inkişafının əsas səbəbi siyasi 
faktorlardır. Onların ən başlıcası kolonializmin yer üzərindən silin- məsidir. bu 
ölkələrin azad bazar iqtisadiyyatına inamla addımlaması, azad 
116 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə