Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

YECANLI S.T.. HACIYEV E. M. 

xm FƏSİL 
13.1.
 
TURİZMİN öz TƏŞKİLİNƏ GÖRƏ NÖVLƏRİ 
Öz təşkilinə görə turizm fəaliyyəti geniş spektora malikdir. Turizmin 
növləri müxtəlif əlamətlərinə görə qruplara bölünürlər: 

 
ərazi əlamətinə görə - daxili turizm və xarici, yəni beynəlxalq turizm; 

 
müddətinə görə - qısa müddətli (1-2 günlük, istirahət günləri), uzun 
müddətli (7 gündən çox); 

 
turistlərin sayına görə - fərdi turizm (1-3 nəfər), qrup şəklində (15 
nəfərdən çox); 

 
turistlərin hərəkət formasına görə - piyada və ya hər hansı bir 
nəqliyyatın növü ilə

 
nəqliyyatın növünə görə - avtoturist. dəmir yolu sərnişini, aviatu- rist. 
gəmi turisti vəs.; 

 
məqsədinə görə - istirahət və müalicə, ekskursiya turisti, elmi, etnik, 
işgüzar, macəra turizmi, dini, əyləncə, idman turizmi və s.; 

 
yaşa görə - uşaq, gənc, orta yaşlı və yaşlı adamların turizmi.^/ 
Turizmin hər hansı bir növünə üstünlük verilməsi, turistin arzusundan, 
turist regionunun xüsusiyyətlərindən və turist səfərlərinin olmasından asılıdır. 
Məsələn,  alpinizmlə  (idman  turizmi)  məşğul  olmaq  üçün  hündür  dağların 
olması gərəkdir, dəniz kənarı istirahət üçün dənizin özünün olması lazımdır və 
s. 
Özfəaliyyət turizmi (hərdən onu «dikiy» turizm də adlandırırlar) kiçik 
qruplar  üçün  turizmin  çox  maraqlı  növüdür.  Qrup  turistlərin  marağına  və 
dünyagörüşünə görə formalaşır. Bu cür turizmin təşkilatında çox vaxt turistlər 
bir-birini yaxşı tanıyır və bir yerdə istirahət onlar üçün çox maraqlı olur. Səfər 
zamanı  onlar  gözlənilməyən  macəralarla  və  ya  sürprizlərlə  rastlaşırlar.  Ola 
bilsin ki. bu səyahətlərdə komfort çox az olsun, lakin bu turistləri o qədər də 
narahat etmir. Turizmin özfəaliyyət növü ucuz başa gəlir, ona görə də. qismən 
gənclərin ən çox sevdiyi turist növüdür. Ümumiyyətlə. özfəaliyyət turist qrupu 
15 nəfərdən çox olmur. 
Planlı  turizm  turoperator  tərəfindən  əvvəlcədən  hazırlanmış  plan 
əsasında təşkil olunur. Bundan ötrü, hazırlanmış marşrut seçilir, nəqliyyat və 
mehmanxanada yer sifariş olunur, tarixi abidələr və gəzməli yerlər əvvəlcədən 
qeyd  olunur.  Uzun  müddətli  istirahət  üçün  sanatoriyalar  və  turbaza-  lar. 
pansionatlar hazırlanır. 
Bir  çox  regionlarda  əgər  təbii  şərait  imkan  verirsə,  kurort  -  turist 
kompleksləri yaradılır. Müasir turist mərkəzlərində kurortla (o cümlədən. 
102 


T U R İ Z M  
sanatoriya)  turist  müəssisələri  arasında  sərhəd  silinmişdir.  Aydındır  ki,  hər 
hansı sanatoriyada istirahətdən başqa insanlar müəyyən xəstəliklərdən müalicə 
olunurlar.  Lakin  sanatoriya  və  hər  hansı  kurort  xəstəxana  deyil,  birinci 
növbədə sağlamlıq ocağıdır. SSRİ dövründə sanatoriyalara müalicə ocağı kimi 
yanaşırdılar.  Götürək  «Bilgəh»  koordialoji  sanatoriyasını.  Sanatoriyaya 
gələnlərin  QOVo-i  istirahət  və  sağlamlıq  məqsədi  ilə  daxil  olan  turistlərdir. 
Lakin onların hamısını baha başa gələn analizlərdən və başqa tibbi yoxlama 
proseduralardan  keçməyə  məhkum  edirlər,  külli  miqdarda  bahalı  və  müalicə 
əhəmiyyəti şübhə doğuran dərmanları almağa və istifadə etməyə təkid edirlər. 
Bu  bahalı  dərmanlar  birbaşa  sanatoriyanın  aptekində  satılır.  Eyni  zamanda, 
sanatoriyada sağlamlıq proqramları yox dərəcəsindədir. 
Xarici ölkələrdə sanatoriyalar və kurort ocaqlan otellərdə turistləri qəbul 
edir  və  xidmətin  sahələrini  genişləndirirlər.  Eyni  zamanda,  bu  yerlərdə  tibb 
məntəqələri olur və ehtiyacı olan ora müraciət edə bilər. 
Turizmin  yeni  növlərinin  üstündə  dayanmaq  maraqlı  olardı.  Məsələn, 
elmi  turizm.  Bu  növ  elmi-texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədardır.  Elmi 
turizm iclasların, konfransların və simpoziumların təşkili ilə əlaqədardır. Hər 
təşkil  olunmuş  belə  bir  tədbirdə  çoxlu  adam  iştirak  edir.  Çox  vaxtı  elmi 
turistləri ailə üzvləri müşayiət edirlər, onda onların sayı on minə çatır. Bəzən 
belə tədbirləri böyük gəmilərdə təşkil edirlər. Səyahətin iştirakçılarına əyləncə 
proqramları tutulur və 1-2 banket planlaşdınlır. Onlar bahalı mehmanxanalarda 
yerləşdirilir, onlara aviabiletlər sifariş olunur, konsertlər təşkil olunur. Əgər bu 
tədbirlər böyük gəmilərdə təşkil olunursa, uzun illər yaddan çıxmır. Yeməyin, 
yerləşmənin, nəqliyyatın təşkilinin ağırlığı turist şirkətlərinin üstünə düşür və 
onlar bundan yaxşı pul qazanırlar. 
Xarici əlaqələrin inkişafı ilə əlaqədar işgüzar turizm də genişlənir. Xüsusi 
ilə neft kontraktlarının bağlanması ilə əlaqədar Azərbaycanda işgüzar səfərlər 
kütləvi hal almışdır. Turist şirkətləri bununla əlaqədə işgüzar adamlara kömək 
edirlər;  onlar  biznesmenlərə  apartament  icarəyə  götürür  və  ölkədəki 
konyunktura haqqında məlumat verir, iş adamlarının görüşlərini təşkil edirlər 
və s. 
İşgüzar  səfərlər  hər  şeydən  əvvəl  ölkələr  arasında  olan  iqtisadi 
münasibətlərə  əsaslanır.  Bu  cür  səfərlər  turist  xidmətlərinə  yüksək  tələbatla 
bağlıdır;  lüks  otaqlarda  yerləşmə,  bütün  günü  avtomobillə  təmin  olunması, 
tərcüməçinin təhkim edilməsi və s. vacib müqavilələrin bağlanması, sərgi və 
ekspozisiyaların  təşkili,  müxtəlif  komissiya  üzvlərinin  səfəri,  ekspertlərin. 
mütəxəssislərin gəlməsi işgüzar turizmi daha da canlandırır. 
1 0 3  


YEGANLI S.T,. HACIYEV E. M. 
Azərbaycanı  misal  gətirmək  olar.  Son  zamanlar  neft  kontraktlanmn 
bağlanması  ilə  əlaqədar  işgüzar  adamların  Azərbaycana  gəlməsi  kütləvi 
xarakter daşıyır. Çoxlu işgüzar xarici vətəndaşlar Azərbaycanda yaşayır, evləri 
icarəyə götürür, mağazalardan mallar alır və onlara istirahət və əyləncə üçün 
yeni iş yerləri açılır. Bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərir. İşgüzar 
turizmin mahiyyəti o zaman daha artıq olur ki, ölkədə iqtisadi zonalar yaradılır 
və qonşu ölkələrlə kapitalın, turistlərin, malların sərbəst hərəkatı baş verir. 
Burada Uzaq Şərq və Okeaniyanı yada salmaq yerinə düşərdi. Bu region 
ölkələrində  azad  iqtisadi  zonanın  yaranması  iqtisadiyyatın  və  o  cümlədən, 
turizmin  sıçrayışlı  inkişafına  səbəb  olmuşdur.  Məsələn,  bu  regiona  gələn 
turistlərin sayı 1970-1995-ci illərdə 15,7 dəfə artmışdır, halbuki həmin illərdə 
bu  artım  bütün  dünya  üzrə  3,4  dəfə  olmuşdur. Turizmdən  əldə  olunan  gəlir 
həmin  illəri bu  regionda  63  dəfə  artmışdır, halbuki  dünya  üzrə  həmin  artım 
20,8  dəfə  olmuşdur.  Sıçrayışlı  iqtisadi  artımın  əsas  səbəblərindən  biri  də 
turizmin inkişaf siyasəti olmuşdur, turizmin çevik modelinin yaranmasına və 
turizm mərkəzlərinə müntəzəm sərmayələrin qoyuluşuna imkan yaratmışdır. 
Müqayisə üçün qeyd edək ki, 10 ildən artıqdır ki, MDB məkanında azad 
iqtisadi zonaların yaranması və vahid turizm məkanının yaranmasından söhbət 
gedir.  Bu  məsələyə  yüksək  səviyyədə  onlarla  görüşlər,  konfranslar  həsr 
olunmuşdur.  Lakin  MDB  ölkələrinin  maraqlan  üst-üstə  düşmür  və  nəticədə 
bağlanmış müqavilələr heç bir nəticə vermir. MDB məkanında vahid turizmin 
inkişaf  siyasətini  formalaşdırmaq  mümkün  olmur.  Bu  faktor  turizmin 
siyasətinin onun inkişafında nə qədər böyük, həlledici rolunu göstərir. 
Turizm növlərinin bütün rəngarəngliyinə baxmayaraq, turist səfərlərinin 
əksəriyyəti (70 %) - istirahət məqsədini daşıyır. Onlardan 13 %-i işgüzar, 6 %-i 
isə  dini  və  başqa  növləridir.  Bu  faiz  mütənasibliyi  bütün  regionlarda  eyni 
deyildir. Məsələn. Afrika ölkələrində istirahətə gedən turistlərin sayı 30 %-dən 
çox  olmur,  işgüzar  turistlərin  sayı  isə  dünya  səviyyəsindən  yüksəkdir.  Ən 
yüksək istirahət səviyyəsi (76 %) ABŞ-dadır. Cənubi Asiyada bu göstərici 73 
%-ə, Avropada isə (68 %)-ə çatır. 
XX  əsrin  90-cı  illərində  turist  məhsuluna  olan  tələbatın  strukturu 
dəyişmişdir. Dünya turist bazarı müxtəlif təbəqələrin tələblərinə uyğunlaşaraq 
parçalanmış,  bir  çox  bazarlara  bölünmüşdür.  ÜTT-nin  fikrincə  yeni  turist 
bazan - yaşlı adamların turist bazarı əmələ gəlmişdir. 55 yaşından yuxarı olan 
adamların sayı başqa yaşlara nisbətən sürətlə artmaqdadır. Beynəlxalq turist 
bazarı 3 sektora bölünmüşdür: 
104 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə