Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   114

T U R İ Z M  
XIX FƏSİL 
19.1.
 
TURİZMDƏ QİYMƏT VƏ QİYMƏT ƏMƏLƏGƏLMƏ 
/. Turist ttwhsulumm qiyməti marketinq 
kompleksinin vacib elementi kimi 
Turist  məhsulunun  qiyməti  marketinq  kompleksinin  vacib  faktorudur. 
Müəssisələr  çalışırlar  ki,  bazarda  baş  verən  qiymət  qalmaqalından  asılı 
olmasınlar,  özləri  müştərilərə  və  özlərinə  münasib  qiymət  formalaşdırsınlar. 
Qiymət marketinq vasitələrinin adi bir elementidir, lakin vacib bir funksiyanı 
daşıyır  -  o,  satışdan  əldə  olunan  gəliri  formalaşdınr.  Turizm  biznesinin 
nailiyyətləri  məhsulun  qiymətindən  asılıdır.  Düzgün  seçilmiş  qiymət 
strategiyası uzun müddət rəqabətə dözməyə və müəssisənin iş fəaliyyətinə təsir 
göstərir. 
Bazar şəraitində turist məhsulunun qiyməti ancaq bazar tövsiyyələri- nə 
əsaslanmır,  eyni  zamanda  bir  çox  faktorların  da  təsirinə  məruz  qalır.  Lakin 
qiymət  əmələgəlmə  strategiyasına  məsuliyyətlə  yanaşma  və  onu 
konyunkturadan asılı tənzimləmə firma marketinqinin vəzifələridir. Təəssüf ki. 
bir çox firmalar, o cümlədən Azərbaycanda da, turist məhsuluna qiymətlərin 
təyin olunmasını marketinqin strategiyası ilə əlaqələndirmirlər. Onlar bazara 
təsir göstərmək üçün bu cür qüvvətli silahdan istifadə etmirlər. Bu problemin 
aktuallığı  ondadır  ki,  qiymət  formalaşması  əldə  olunan  gəlirin  həcmini 
formalaşdırır.  Kiçik  firmaların  resurs  imkanlan  az  olduğuna  görə,  onların 
qiymət rəqabəti aparmağa və bazara təsir göstərməyə imkanlan yoxdur. Ona 
görə də, Azərbaycanda turist bazan çox ləng formalaşır, faktiki olaraq turist 
xidmətlərinin bazarı satıcıların baza-rıdır. 
Marketinq  fəaliyyətində  qiymət  çox  vacib  rol  oynayaraq  alıcılarla 
satıcıların  maraqlarını  tarazlaşdırır.  Qiymət  turizm  marketinqinin  nəzarəti 
altındadır, ona görə də, qiymət strategiyasının tərtib olunması turist firmasının 
vacib  problemlərindən  biridir.  Qiymət  strategiyası  müəssisənin  ümumi 
strategiyası  ilə  sıx  bağlıdır.  Qiymət  strategiyasının  tərtib  olunması  bir  neçə 
ardıcıl  mərhələlərdən  ibarətdir:  xarici  faktorların  qiymətin  formalaşmasına 
təsiri;  qiymət  əmələgətirmə  üsulunun  seçilməsi  və  müəssisənin  qiymət 
strategiyasının təyin olunması. 
i.
 
Xarici faktorların qiymətin formalaşmasına təsiri 
Qiymət  əmələgəlmə  strategiyasının  I  mərhələsinin nəticəsi  müəssisənin 
qiymətləri təyin etməsində  onun  azad sərhədlərinin  təyin  olunmasıdır.  Yəni, 
müəssisə hər hansı bir intervalda sərbəst özü qiymət təyin edə bilər. 
16
.> 


YEGANLI S.T.. HACIYEV E. M. 
Turist xidmətlərinə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan 
mütənasibliyi,  rəqabət  aparan  qiymətlərin  səviyyəsini  və  dəyişmə 
dinamikasını,  dövlət  tənzimləmələrini  və  alıcıların  imkanlarını  nəzərə 
almalıdır. Qiymətlərin təyin olunmasında turist müəssisəsinin imici də nəzərə 
alınmalıdır. Turist xidmətlərinə müxtəlif müştərilərin fərdi sorğusu və tələbatı 
vardır. Firma öz məhsulunu bazara çıxardanda, onda inam olmalıdır ki, onun 
məhsulunu kimsə alacaqdır. Firmanın hörməti nə qədər yüksək olarsa, bir o 
qədər də  ona  çox etibar  olar  və  onun  məhsulundan istifadə  etmək  daha  çox 
populyar olar. 
Müxtəlif  müştərilər  firmanın  imicini  müxtəlif  cür  qəbul  edirlər.  Ona 
görə  ki,  onların  sorğu  və  tələbləri  də  müxtəlifdir.  Deməli,  qiymət 
strategiyasında  hər  seqmentə  fərdi  yanaşmaq  lazımdır.  Məsələn,  kiçik  firma 
varlı  müştərilər  tərəfindən  inamsız  qəbul  oluna  bilər.  Lakin  çox  da  imkanı 
olmayan  müştərilər  məmuniyyətlə  həmin  firmanın  məhsulundan  istifadə 
edərlər.  Qiymət  əmələgəlməsi  prosesinə  təsir  göstərən  faktorların  araşdınl- 
ması qiymətlərin obyektiv təyin olunmasına yardımçıdır. Qiymət əmələgəlmə 
strategiyası  müxtəlif  məqsədləri  güdə  bilər.  Onlardan  bir  neçəsi  3  nömrəli 
şəkildə göstərilmişdir. 
 
Şokil
 i. Qiymət əmələgəlməsinin əsas məqsədləri 
Gəlirin  maksimallaşdınlması  bir  çox  hallarda,  yəni  bazara  rəqiblərdə 
olmayan unikal turist məhsulunu çıxardanda və ya bəzi mallara sorğu təklifdən 
çox olanda istifadə olunur. Lakin bəzən bazara çıxarılan yeni məhsula alıcılar 
ehtiyatla yanaşırlar. Bu cür hallar, xüsusən reklam və marketinq fəaliyyəti zəif 
olanda baş verir. 
Yüksək  rəqabət  şəraitində  bəzən  də  belə  ola  bilər  ki.  firma  bazarı 
itirməmək  marağındadır.  Bu  zaman  o,  qiymətləri  aşağı  salmaq 
məcburiyyətində olur. 
Əgər qiymət strategiyasının məqsədi dəyişərsə, yəni o. bazarda liderlik 
mövqeyini saxlamaq istəyirsə, onda elə qiymətlər seçir ki. uzun müddət 
164 


T U R İ Z M  
bazarda fəaliyyət göstərə bilsin. Bundan ötrü, firma müştəriləri itirməmək üçün 
məhsulun  keyfiyyətini  qaldırmalıdır.  Keyfiyyətin  qaldıniması  əlavə  xərclər 
tələb edir. Firma qiymətləri qaldırmadan bu xərclərə razılaşır. Nəticədə, uzun 
müddət bazarda qalır və çoxlu gəlir götürür. Bu zaman artıq o, bazarda liderlik 
uğrunda mübarizə aparmır, bu ona artıq lazım deyil. 
3. Qiymət əmələgəlmə ttsulumm seçilməsi 
Məqsəd  aydın  olduqdan  sonra  qiymət  təyin  edən  üsul  seçilir. 
Ümumiyyətlə. qiymətin əmələ gəlməsi məhsulun hazırlanmasına sərf olunan 
xərclərdən,  sorğunun  və  rəqabətin  səviyyəsindən  asılıdır.  Qiymət 
strategiyasının  tərtibində  firma  bu  üç  üsulun  qarşılıqlı  təsirindən  istifadə 
etməlidir.  Ona  görə  ki.  onlardan  birinə  üstünlük  vermək  çevik  qiymət 
strategiyası ola bilməz və bəzən də itkilərə səbəb ola bilər. 
Birinci üsul məhsulun hazırlanmasına sərf olunan xərclərin hesablanması. 
xidmətlər, əmək haqqı və gözlənilən gəlirin əsasında tərtib olunur. Bu zaman 
son qiymət təyin olunur və nəticədə, bu qiymətdən aşağı qiymət ola bilməz. Bu 
üsul bir neçə başqa faktları nəzərə almır, özü də «israflı» üsul adlanır: turist 
sorğusunun səviyyəsi, alıcıların qiymətə olan münasibəti və rəqiblərin qiymət 
səviyyəsi kənarda qalır. Bu da qiymətin düzgün təyin edilməsinə mənfi təsir 
göstərir.  Eyni  zamanda,  «israflı»  üsulun  müəyyən  üstünlükləri  də  var. 
Birincisi,  firma  öz  xərclərinin  strukturunu  yaxşı  bilir.  İkincisi,  bu  üsulun 
rəqiblər  tərəfindən  tətbiq  olunması  qiymət  rəqabətini  aşağı  salır.  Nəhayət 
üçüncüsü,  firma  üçün  imkan  yaranır  ki,  turist  məhsuluna  olan  sorğunun 
dəyişmələrinə az fikir versin. 
Sorğunun  səviyyəsi  əsasında  tərtib olunan  qiymət  strategiyası alıcıların 
istək və arzularını nəzərə alır və məhsulun satılmasını təmin edən ən əlverişli 
haldır. Bu üsul o vaxt tətbiq olunur ki, məhsulun satılmasında onun qiyməti 
həlledici  rol  oynayır.  Bu  halda  turist  məhsuluna  alıcının  verə  biləcəyi  ən 
yüksək qiymət təyin olunur. 
Rəqabət səviyyəsinə əsaslanan üsul onunla fərqlənir ki, firma öz xərcləri 
ilə məhsulun qiyməti arasındakı asılılığı sabit saxlamağa çalışmır. 
4.
 
Qiymət strategiyasmm təyin olunması və gerçəkləşməsi 
Qiymət  strategiyası  -  müəssisənin  məqsədinə  uyğun  qiymət  dəyişmə 
dinamikasının  seçilməsidir.  Qiymət  strategiyası  məhsulun  yeni  və  ya  köhnə 
olmasından asılıdır. 
Məhsulun yenilik dərəcəsi qiymət əmələgəlməsində mühüm rol oynayır. 
Ona görə ki. yeni \ ə xüsusilə, unikal turist məhsulunun qiymətinin tə 
1 6 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə