Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

 
 
226 
ulun  maya dəyəri həmin  müəssisədə onun hazırlanmasına 
çəkilən  xərclərin  fərdi  kəmiyyəti  ilə,  dəyəri  isə  –  ictimai 
zəruri əmək məsrəfləri ilə müəyyən edilir. 
Məhsulun maya dəyəri ilə onun qiyməti arasında sıx 
qarşılıqlı  əlaqə  vardır.  Belə  ki,  məhsulun  maya  dəyəri 
onun  qiymətinin  əsasını  təşkil  edir(adətən,  məhsulun  qiy-
mətinin tərkibində onun maya dəyərinin xüsusi çəkisi təq-
ribən 80%-ə qədər  olur). Deməli,  məhsulun  qiyməti onun 
maya dəyərindən aşağı ola bilməz, çünki belə halda müəs-
sisə  zərərlə  işləmiş  olar.  Odur  ki,  məhsulun  qiymətini 
azaltmaq üçün, digər şərtlər eyni qalarsa, onun maya dəyə-
rini  aşağı  salmaq  lazımdır.  Bu,  istehsalın  səmərəliliyinin 
yüksəldilməsinin zəruri şərtidir. 
Sənaye  müəssisələrində  məhsulun  maya  dəyərinin 
aşağı salınması texniki tərəqqi və əmək kollektivinin mə-
dəni-texniki  səviyyəsinin  yüksəldilməsi  əsasında  əmək 
məhsuldarlığının  müntəzəm  surətdə  artması,  maddi-enerji 
və əmək ehtiyatlarından səmərəli istifadə olunması, isteh-
salın təşkilinin və üsullarının təkmilləşdirilməsi sayəsində 
aşağı  salınır.  Məhsulun  maya  dəyərinin  aşağı  salınması 
müəssisənin  mənfəətinin  artırılmasının,  deməli,  istehsalın 
rentabellik səviyyəsinin yüksəldilməsinin əsas mənbəyidir 
və  həm  də  məhsul  buraxılışı  həcminin  artırmağın  vacib 
amilidir.  Məhsulun  maya  dəyərini  canlı  və  maddiləşmiş 
əməyə  qənaət  etmək  hesabına  aşağı  salmaq  olar.  Maddi 
ehtiyatlarda  maddiləşmiş  keçmiş  əməyə  qənaət  eyni  miq-
darda  materialdan daha çox məhsul istehsal  etməyə, canlı 
əmək  məsrəflərinə  qənaət isə, onun  məhsuldarlığını artır-
mağa və beləliklə də, istehsal həcmini yüksəltməyə imkan 
verir.  


 
 
227 
Sənaye  müəssisələrində  məhsulun  maya  dəyərinin 
aşağı salınmasının əhəmiyyəti böyükdür, onu aşağıdakılar 
göstərir: 
a) yeni texnikanın müntəzəm surətdə tətbiq edilməsi – 
istehsalın  texnika  cəhətdən  təchiz  olunması  səviyyəsini 
yüksəldir; 
b) istehsalın ixtisaslaşdırılması və kooperativləşdiril-
məsi səviyyəsinin yüksəldilməsi
c) maddi istehsal sahələrində  çalışan işçilərin əməyi-
nin  məhsuldarlığının  yüksəldilməsi  –  eyni  şəraitdə  əmək 
haqqı və digər xərclərin qənaətini təmin edir
d) ümumzavod və sex xərclərinin  ixtisar edilməsi – 
idarəetmə  aparatının  sadələşdirilməsi  və  ucuzlaşdırılması 
nəticəsində əldə edilir; 
e)  brak  və  qeyri-məhsuldar  məsrəflər  nəticəsində 
əmələ gələn hər cür itkilərin ixtisar edilməsi
f)  buraxılan  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  
müəssisəyə  imkan  verir  ki,  eyni  miqdarda  xərc  qoyduğu 
halda məhsulun realizəsindən daha çox gəlir, mənfəət əldə 
etsin. Çünki məhsulun keyfiyyəti pis olarsa, onun qiyməti 
də aşağı olar. 
 
9.2. Məhsulun maya dəyərinin tərkibi, quruluşu və 
növləri 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1996-
cı il 16 avqust 111 saylı qərarı ilə təsdiq edilmiş “Məhsulun 
(işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi 
haqqında” Əsasnaməyə [8] görə məhsulun (işin, xidmətin) 
maya dəyəri istehsal prosesində istifadə olunan təbii ehti-
yatların,  xammalın,  materialın,  yanacağın,  enerjinin,  əsas 
fondların,  əmək  ehtiyatlarının  qiymətləndirilmiş  dəyərini, 


 
 
228 
həmçinin  onların  istehsalına  və  satışına  sərf  edilən  digər 
xərcləri özündə əks etdirir. 
Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərki-
bi  haqqında  Əsasnaməyə  görə  məhsulun  maya  dəyərinə 
daxil edilən xərclərin tərkibinə istehsalın təşkili və texno-
logiyasından irəli gələn, buraxılan məhsulların, görülən iş-
lərin və  yerinə  yetirilən xidmətlərin keyfiyyəti və istehsal 
prosesinə nəzarət üzrə məsrəflər də daxil olmaqla, məhsu-
lun  (işin,  xidmətin)  istehsalı  ilə  bilavasitə  əlaqədar  olan 
xərclər daxil edilir. 
Məhsulun  maya  dəyərinin  aşağı  salınması  uğrunda 
fəal  surətdə  mübarizə  aparmaq  üçün  onun  hansı  xərclər-
dən ibarət olduğunu və onun miqdarına hansı amillərin tə-
sir göstərdiyinin bilmək lazımdır. 
Məhsulun  maya  dəyəri  məsrəflərin  iqtisadi  ünsürləri 
və xərc maddələri üzrə planlaşdırılır və uçota alınır. 
Məhsulun  istehsalı  prosesində  müəssisə  xammal  və 
material, yanacaq və enerji sərf edir, əsas fondların amor-
tizasiyasını  həyata  keçirir,  fəhlə  və  qulluqçulara  əmək 
haqqı verir  və  başqa işlər üçün pul xərcləyir. Bu xərclər, 
iqtisadi əlamətə əsasən (istehsal təyinatından asılı olmaya-
raq) qruplaşdırıldıqda, bunlar məsrəflərin iqtisadi ünsürləri 
adlanır. 
Hazırda  sənayedə  məsrəflərin  iqtisadi  ünsürlərinə 
əsasən  aşağıdakı  qruplaşdırma  qəbul  edilmişdir:  1)  xam-
mal və əsas materiallar; 2) köməkçi materiallar; 3) kənar-
dan alınan yanacaq; 4) kənardan alınan enerji; 5. əsas və-
saitlərin  amortizasiyası;  6)  əmək  haqqı;  7)  ictimai  sığorta 
üçün ayırmalar; 8) başqa pul xərcləri. 
Xərclərin  ayrı-ayrı  maddələrinin  məzmunu  onların 
təyinatında və istifadəsində əhəmiyyətli  yer tutur. Məhsu-


 
 
229 
lun  istehsalına  sərf  edilmiş  xammal  və  əsas  materialların 
dəyəri  istifadə  üçün  yararlı  olan  istehsal  tullantıların 
dəyərini  çıxmaq  şərtilə  “xammal  və  materiallar”  maddəsi 
üzrə  uçota  alınır:  tullantıların  dəyəri  isə  preyskurant  qiy-
mətləri  üzrə  və  ya  onların  ehtimal  realizə  qiymətləri  üzrə 
təyin edilir. Başqa müəssisələrdən kooperativləşdirmə şək-
lində  alınmış  yarımfabrikatlar  (əgər  bunlar  müstəqil  xərc 
maddəsində ayrılmamışsa) yenə həmin “xammal və mate-
riallar” maddəsi üzrə uçota alınır. 
“Yanacaq  və  enerji”  maddəsində  yalnız  müəyyən 
məhsulun hazırlanması üzrə texnoloji ehtiyaclar üçün sərf 
olunmuş yanacaq və enerji uçota alınır. 
“Əsas  əmək  haqqı”  maddəsində  məhsulun  hazırlan-
ması  üçün  əsas  istehsal  fəhlələrinə  verilən  əmək  haqqı 
uçota alınır. 
“Avadanlığın saxlanması və istismarı xərcləri” mad-
dəsində  avadanlığın,  ona  xidmət  göstərilməsi  ilə  və  onun 
cari təmiri ilə əlaqədar olan xərclər, yəni avadanlığın sax-
lanılması  və  işlədilməsi  üçün  sərf  olunmuş  materialların, 
yanacaq  və  enerjinin  dəyəri,  avadanlığa  xidmət  edən  fəh-
lələrin əmək haqqı, avadanlığın cari təmir xərcləri, istehsal 
avadanlığının  amortizasiyası  (onların  müstəqil  xərc  mad-
dəsinə  ayrılmadığı  sahələrdə),  az  qiymətli  və  tez  xarab 
olan alətlərin köhnəlməsi dəyəri və sair xərclər uçot alınır. 
Avadanlığın saxlanılması və istismar edilməsi ilə əlaqədar 
olan xərclər qeyri-müstəqim xərclərə aiddir. Bir sıra isteh-
sal sahələrində bu xərclər maşın və avadanlığın iş saatları-
na  və  ya  avadanlığın  işinin  başqa  natura  göstəricilərinə 
proporsional  olaraq  məhsulun  ayrı-ayrı  növlərinin  maya 
dəyəri  üzərinə  bölüşdürülür.  Bəzi  istehsal  sahələrində  isə 
avadanlığın saxlanılması və işlədilməsi xərcləri əsas isteh-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə