Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

 
 
230 
sal fəhlələrinin əmək haqqı məsrəflərinə proporsional ola-
raq  məhsulun  ayrı-ayrı  növlərinin  maya  dəyərinə  daxil 
edilir. 
“Sex xərcləri” maddəsində avadanlığın işinə aid olan 
xərclərdən başqa sexin saxlanması üzrə olan bütün xərclər 
uçota  alınır.  Sex  xərclərinə,  sex  heyətinin  saxlanılması 
xərcləri, sex binalarının, tikililərinin və inventarının saxla-
nılması,  cari  təmiri  və  amortizasiyası  xərcləri,  səmə-
rələşdirmə və ixtiraçılıq xərcləri, əmək mühafizəsi xərcləri 
və  sex  xarakterli  başqa  xərclər  daxil  edilir.  Sənaye 
sahələrinin əksəriyyətində sex xərcləri məhsulun ayrı-ayrı 
növlərinin  maya  dəyərinə  əsas  istehsal  fəhlələrinin  əmək 
haqqına  (mükafatlı  –  mütərəqqi  –  işəmuzd  üzrə  verilən 
əlavə  əmək haqqı nəzərə  alınmamaq şərtilə)  proporsional 
olaraq daxil edilir. 
“Ümumzavod xərcləri” maddəsində zavod idarəsinin 
saxlanılması  ilə  əlaqədar  olan  bütün  xərclər  və  müəssisə-
nin  ümumistehsal  ehtiyacları  üçün  çəkilən  xərclər  uçota 
alınır. Ümumzavod xərcləri məhsulun ayrı-ayrı növlərinin 
maya  dəyərinə  sex  xərcləri  kimi  bölüşdürülür.  Sex  və 
ümumzavod  xərclərinin  tərkibində  qeyri-məhsuldar  xərc 
adlanan  xərclər  ayrıca  uçota  alınır.  Bunlara  cərimələr, 
peniyalar, dəbbələmə pulları, materialların və bitirilməmiş 
istehsalın əksik gəlməsi, brak və anbarlarda saxlanılan ma-
terialların xarab edilməsi, işsiz dayanmalar və sairə nəticə-
sində əmələ gələn itkilər daxil olur. 
“Brak  nəticəsində  olan  itkilər”  maddəsində  qəti  ola-
raq  brak  edilmiş  məhsulun  maya  dəyəri  və  həmin  brakın 
düzəldilməsi  məsrəfləri  göstərilir.  Burada  həmin  məsrəf-
lərdən keyfiyyətsiz material və yarımfabrikatlar verdiyi və 
bunun  nəticəsində  vurulan  zərərin  ödənilməsi  üçün  mal 


 
 
231 
verənlərdən  alınmış  məbləğ,  brak  müqəssirlərindən  tutul-
muş məbləğ və habelə brak edilmiş məhsulun ehtimal rea-
lizə qiymətləri üzrə dəyər çıxılır. Plan kalkulyasiyalarında 
“brak  nəticəsində  olan  itkilər”  maddəsi  üzrə,  bir  qayda 
olaraq xərc nəzərdə tutulmur. 
“İstehsaldan  kənar  xərclər”  maddəsi  üzrə,  başlıca 
olaraq hazır məhsulun satılması üzrə olan xərclər (məhsul 
üçün tara və onun qablaşdırılması xərcləri, satışla əlaqədar 
olan nəqliyyat xərcləri), standartlaşdırma və elmi-tədqiqat 
işləri ilə əlaqədar olan xərclər, kadr hazırlığı üzrə mərkəz-
ləşdirilmiş  xərclər  və  i.a.  uçota  alınır.  İstehsaldan  kənar 
xərclər ayrı-ayrı məhsulların maya dəyərinə bir qayda ola-
raq fabrik-zavod  maya dəyərinə  proporsional olaraq daxil 
edilir. 
“Yeni  məhsul  növləri  istehsalının  mənimsənilməsi 
üzrə xərclər” maddəsinə məmulatın yeni növlərinin isteh-
salını  hazırlamaq  üçün  çəkilən  xərclər  əks  etdirilir.  Bu 
xərclər yeni hazırlanmış məhsulun maya dəyərinə plan üz-
rə müəyyən edilmiş miqdarda daxil edilir. 
“Müəyyən  məqsədli  alət  və  uyğunlaşdırıcıların  köh-
nəlməsinin  ödənilməsi”  maddəsinə  müəyyən  məmulatın 
hazırlanması üçün işlədilən alət və uyğunlaşdırıcıların  də-
yərinin ödənilməsi uçota alınır. Bu məsrəflər o məmulatla-
rın maya dəyərinə daxil edilir ki, alət və xüsusi uyğunlaş-
dırıcılar onlar üçün hazırlanmış olsun. 
Məhsulun  maya  dəyərinin  kalkulyasiyalaşdırılması 
böyük əhəmiyyətə malikdir. Məhsul vahidinin istehsalı və 
realizasiyası  üçün  çəkilən  məsrəflərin  hesablanmasına 
məhsulun maya dəyərinin kalkulyasiyası deyilir. Kalkulya-
siya  hər  sənaye  sahəsində  qəbul  edilmiş  xərc  maddələri 
üzrə tərtib edilir. Hazırda üç növ kalkulyasiya mövcuddur; 


 
 
232 
bunlar  plan,  normativ  və  hesabat  kalkulyasiyasından  iba-
rətdir. 
Plan  kalkulyasiyası  ayrı-ayrı  məmulatlar  üzrə  maya 
dəyəri  tapşırığından  ibarətdir.  Bu  tapşırıq,  ayrı-ayrı  xərc 
maddələri  üzrə  olan  məsrəflərin  hesablanması  yolu  ilə 
müəyyənləşdirilir; burada əmək məsrəfləri, material, yana-
caq  və  elektrik  enerjisi  sərfiyyatı  və  avadanlıqdan  istifadə 
edilməsi üzrə qabaqcıl normalar əsas tutulur. İstehsala xid-
mət və onun idarə edilməsi üzrə olan xərclər hesablanarkən 
ciddi qənaət üsulunun həyata keçirilməsi nəzərdə tutulur.  
Normativ kalkulyasiya məhsul vahidinə çəkilən xərc-
lərin  miqdarını  həmin  müəssisədə  müəyyən  dövr  ərzində 
tətbiq edilən normalar üzrə hesablamaq yolu ilə müəyyən-
ləşdirilir.  Normativ  kalkulyasiyanın  plan  kalkulyasiyasın-
dan  fərqi  ondadır  ki,  plan  kalkulyasiyası  nəinki  əldə 
edilmiş  məsrəf  normalarına  əsaslanır,  bu  kalkulyasiya 
habelə  təşkilat-texniki  tədbirlərin  və  hər  şeydən  əvvəl 
əmək məhsuldarlığının artmasına  və qənaət üsulunun hə-
yata keçirilməsinə kömək edən tədbirlərin görülməsi nəti-
cəsində  xərc  normativlərinin  müəyyən  dərəcədə  aşağı  sa-
lınmasını nəzərdə tutur. Təşkilat-texniki tədbirlərin həyata 
keçirilməsi  nəticəsində  məmulat  vahidinə  düşən  material 
və  pul  vəsaiti  xərclərinin  normaları  dəyişilir.  Normativ 
kalkulyasiyada bu dəyişikliklər nəzərə alınır və buna görə 
də normativ kalkulyasiyası, bir qayda olaraq, hər ay yeni-
dən nəzərdən keçirilib tərtib olunur; halbuki, maya dəyəri 
üzrə  təsdiq    edilmiş  plan  tapşırıqları  plan  dövrü  ərzində 
dəyişilmir. 
Müəssisələrin fəaliyyətinin təhlilində məhsulun maya 
dəyərinin  planlaşdırılması  əsas  yer  tutur.  Məhsulun  maya 
dəyəri planı məhsul vahidi üzrə əmək və material məsrəf-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə