Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

 
 
219 
hazırlanmasıdır.  Layihənin  hazırlanması  bu  əsas  dörd  bö-
lümdən ibarətdir və biri digərini tamamlayır. 
Layihənin bu bölmələrində texniki-iqtisadi əsaslandı-
rılmasında  tikiləcək  obyektin  yeri,  investisiya  qoyuluşu-
nun  kəmiyyəti,  tikinti-quraşdırma  işlərinin  həcmi  və  yeri-
nə  yetirilməsi  müddəti,  tikinti  üçün  ayrılmış  sahədən  – 
ərazidən istifadə olunması, təsərrüfat əlaqələri və s. həllet-
mələri müəyyən edilir. 
Sənaye  müəssisələrində  tikinti-quraşdırma  işlərini 
yüksək səviyyədə həyata keçirmək üçün xüsusi şöbə –əsaslı 
tikinti şöbəsi yaradılır və bu şöbə tikinti-quraşdırma işlərini 
sənədləşdirir və onun yerinə yetirilməsinə nəzarət edir. 
Tikinti-quraşdırma  işlərinin  layihələşdirilməsində  ti-
kinti  smeta  dəyərinin  müəyyənləşdirilməsi,  işlənib  hazır-
lanması  mühüm  yer  tutur.  Çünki  bu  sənədlərə  əsasən  ti-
kinti-quraşdırma işləri həyata keçirilir. 
Müəssisə  üzrə  kapital  qoyuluşunun  ümumi  məbləği 
ayrı-ayrı  tikinti  və  qurğu  obyektlərin  smeta  dəyərinə  və 
habelə alınan maşın və avadanlığın plan üzrə dəyərinə əsa-
sən müəyyən edilir. 
Smeta  sənədləri  əsasında  investisiya  qoyuluşunun 
ümumi  həcmi  müəyyən  edilir,  tikinti-quraşdırma  işləri 
maliyyələşdirilir,  podratçılar  ilə  sifarişçilər  arasında  (əgər 
tikinti-quraşdırma  işləri  podratçı  təşkilatlar  tərəfindən  hə-
yata  keçirilirsə)  hesablamalar  həyata  keçirilir.  Beləliklə, 
tikintinin smeta dəyəri işlənib hazırlanmış layihəyə uyğun 
olaraq  əsas  fondların  tikilməsi  və  istifadəyə  verilməsi 
üçün lazımi məsrəflərin pul ilə ifadəsidir,  yəni tikinti-qu-
raşdırma işlərinə, maşın və avadanlıqların quraşdırılması-
na  və s. əsaslı məsrəflər öz əksini smeta dəyərində tapır.  


 
 
220 
Bundan  başqa,  kapital  qoyuluşunun  maliyyələşdiril-
məsinə təkcə görülən işlərin haqqının ödənilməsi məbləği 
deyil,  həm  də  lazımi  avadanlıq  və  tikinti  materiallarının 
dəyəri  daxil  edilir.  Bununla  əlaqədar  olaraq,  müəssisənin 
maliyyə  planında  maliyyələşdirmə  məbləği    smeta  dəyəri 
üzrə hesablanmış əsaslı tikintinin həcminə uyğun gəlməyə 
bilər. Əsaslı tikintinin smeta dəyəri, tikinti materialları eh-
tiyatlarının və avadanlığın planlaşdırılan artım məbləği qə-
dər maliyyələşdirmə həcmindən az olacaq, yaxud müəssi-
sədə  olan  material  və  avadanlığın  faktik  qalıqlarının  plan 
üzrə azaldılan məbləği qədər maliyyələşdirmə həcmindən 
çox olacaqdır.  
Əsas vəsaitin təmirinə çəkilən xərclər, yaxud avadan-
lığın  modernləşdirilməsi  və  yenidən  qurulması  xərcləri 
müəssisə  rəhbərliyi  tərəfindən  təsdiq  edilmiş  illik  plana 
əsasən  müəssisənin  bankda  xüsusi  hesablarında  saxlanan 
vəsaitdən maliyyələşdirilir.  
Əsaslı  inşaata  qoyulan  maddi  və  maliyyə  vəsaiti 
maksimum dərəcədə səmərəli istifadə edilməlidir ki, tikin-
ti-quraşdırma  işləri  sürətlə  ucuz  və  yaxşı  keyfiyyətli  icra 
edilsin.  
Tikilib  qurtarmış  və  istismara  verilmiş  binalar  və 
qurğular, qurulmuş  yeni dəzgahlar və avadanlıq təsərrüfat 
təşkilatlardan pulsuz qəbul edilən maşın və əsas fondların 
başqa növləri  öz ilk qiymətləri üzrə müvafiq müəssisənin  
işləyən,  yaxud  ehtiyatda  olan  əsas  vəsaiti  tərkibinə  daxil 
edilir.  
Müəssisənin  əsaslı-tikinti  şöbəsi  tikinti-quraşdırma 
smetadan başqa əlavə tikinti titul siyahısını işləyib hazırlayır.  
Tikintinin titul siyahısında hər bir obyektin tikilməsi 
yeri, gücü, dəyəri, müddəti, tikilməyə başlanması və qur-


 
 
221 
tarması vaxtı,  investisiya qoyuluşunun illər üzrə bölüşdü-
rülməsi  göstərilir.  Bu  sənəd  sifarişçi,  podratçı,  maliyyə, 
bank,  təchizat  orqanları,  maşın  və  avadanlıqlar  göndərən 
təşkilatlar üçün əsas sənəd hesab edilir. Sənaye müəssisə-
lərində tikinti-quraşdırma işləri iki üsulla: podrat və təsər-
rüfat üsulu ilə  həyata keçirilir.  
Podrat  tikinti  üsulu  –  müstəqil,  daimi  fəaliyyətdə 
olan tikinti-quraşdırma təşkilatlarının sifarişçi təşkilatlarla 
podrat müqaviləsi üzrə həyata keçirdikləri tikinti tsiklinin 
təşkili formasıdır. Sifarişçinin podrat tikinti təşkilatları ilə 
qarşılıqlı  münasibəti  obyektin  tikintisi  və  ya  yenidən  qu-
rulması  haqqında  qərar  qəbul  olunmasından  və  işin  pod-
ratçı təşkilatın planlarına daxil edilməsindən sonra meyda-
na çıxır. Podrat işləri planlarının həm həcmi, həm də  bü-
tün  keyfiyyət  göstəriciləri  üzrə  işlənib  hazırlanmasını  ti-
kinti təşkilatları ilə sifarişçilər birgə həyata keçirirlər; bu iş 
obyektin  titul  siyahısından  nəzərdə  tutulan  və  işə  salınma 
müddətlərinə  uyğun  olaraq  aparılır.  Əsaslı  vəsait  qoyulu-
şunun planlaşdırılmasında iştirak edən sifarişçi təşkilat ti-
kintini  layihə  –  smeta  sənədləri,  texnoloji,  enerji  və  digər 
avadanlıqlarla    və  ayrı  –  ayrı  material  növləri  ilə  təmin 
edir,  başa  çatdırılmış  işləri  qəbul  edir  və  haqqını  ödəyir. 
Podratı  tikinti  üsulu  təsərrüfat  tikinti  üsuluna  nisbətən 
daha mütərəqqi üsul hesab edilir. Çünki bu zaman tikinti-
quraşdırma  işləri  xüsusi  ixtisaslaşdırılmış  podrat  təşkilat-
ları  tərəfindən  aparılır  ki,  bu  da  ixtisaslaşdırılmış  tikinti 
maşın  və  avadanlıqlardan  istifadə  etməyə  imkan  verir. 
Podrat  tikinti  üsulu  ilə  tikinti-quraşdırma  işlərini  həyata 
keçirmək  üçün  sifarişi  ilə  podrat  təşkilatı  arasında  podrat 
müqaviləsi bağlanılır. 
Təsərrüfat-tikinti  üsulunda  tikinti  quraşdırma  işləri 
podratçı təşkilatlar cəlb edilmədən, bilavasitə müəssisənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə