Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

 
 
209 
Yeniləşdirmə (əvəzetmə) investisiyaları – mal və xid-
mət  istehsalının  mütəmadiliyini  təmin  etmək  məqsədilə 
kapitalın  ayrılmasıdır.  Bu  investisiya  növünə  texniki  cə-
hətdən  əlverişli  olmayan,  mövcud  üsulların  və  təchizatın 
yeniləşdirilməsi  daxildir.  Yeniləşdirmə  investisiyaları  de-
dikdə, ilk mərhələdə köhnəlmiş texnologiyanın eyni növü-
nün yenisi ilə dəyişdirilməsi düşünülə bilər. 
Tamamlama  investisiyaları  –  istehsal  amillərinin 
(xammal, kapital, iş gücü və s.) məhdud olması və ya tələ-
bin istənilən səviyyədə olmaması səbəbi ilə bəzi müəssisə-
lər investisiyalarını ilk vaxtlar məhdudlaşdıra bilərlər. Da-
ha sonra istehsal amillərinin artması və tələb həcminin ge-
nişlənməsinə  mütənasib  olaraq  investisiyalarını  əvvəlcə-
dən planlaşdırılmış səviyyədə həyata keçirmək üçün əskik 
qalmış  hissələrini  tamamlamaq  məqsədilə  bu  investisiya 
növünə müraciət edilir. 
Modernləşdirmə  investisiyaları  –  yeni  bir  istehsal 
üsuluna və ya yeni texnologiyaya, köhnəsi ilə müqayisədə 
daha  səmərəli  istehsal  üsuluna  keçirilməsinə  şərait  yara-
dan investisiyalardır. 
Çatışmazlıqların aradan qaldırılması investisiyaları – 
investisiya layihələrinin ilk mərhələdə çox geniş və müfəs-
səl hazırlanmasına baxmayaraq, istehsala başladıqdan sonra 
bəzi  mənfi  və  gözlənilməz  vəziyyətlərlə  qarşı-qarşıya  qal-
maq  mümkündür.  Bu  cür  investisiya  istehsalda  durğunluq 
baş verdiyi zaman qoyulur ki, buna da çatışmazlıqların ara-
dan qaldırılması investisiyaları deyilir.  
Keyfiyyətin  yaxşılaşdırılması  investisiyaları  –  müəs-
sisələr arasında amansız rəqabətin  və texnologiyanın inki-
şafı ilə əlaqədar keyfiyyətli malın istehsalı hər zaman mü-


 
 
210 
hüm məsələ olaraq qalmışdır. İstehsal edilən malın keyfiy-
yətini yüksəldərək, müəssisənin bazardakı payını qorumaq 
və ya onu daha da artırmaq üçün malın keyfiyyətini artıra-
caq investisiyalara ehtiyac duyulur ki, buna da keyfiyyətin 
yaxşılaşdırılması investisiyaları deyilir. 
İcarə investisiyaları. İcarə –  əmlaka, torpağa və di-
gər  təbii  ehtiyatlara  müqavilə  əsasında  əvəzi  ödənilməklə 
müddətli  sahib  olmaq  və  bunlardan  istifadə  etməkdir. 
Müəssisələr  istehsalatda  istifadə  etdikləri  təchizatın  mül-
kiyyət  hüququnu  müəyyən  bir  müddətdə  özündə  saxlaya 
bilərlər. Bu təchizatın hamısının  və ya bir qisminin müəy-
yən bir  müddət üçün istifadə hüququnun alınmasına icarə 
investisiyaları deyilir. 
Strateji  investisiyalar  –  müəssisələrin  investisiyala-
rın qorunması və inkişaf etdirilməsi məqsədini daşıyan in-
vestisiyalardır. Bu investisiyaları başlıca olaraq, iki qrupa 
ayırmaq mümkündür.  Bunlar: a) rəqabət və texnologiya-
nın  məruz  qalacağı  riski  azaltmaq  məqsədini  daşıyan  in-
vestisiyalar; b) müəssisədə münasib sosial şəraitin yaradıl-
ması üçün qoyulan investisiyalar. 
Sosial məqsədli və ətraf mühitin qorunması investisi-
yaları – işləyənlərin  iş şəraitini yaxşılaşdırmaq məqsədilə 
qoyulan investisiyalara sosial məqsədli investisiyalar deyi-
lir. Buna nümunə olaraq, iş yerinin insan sağlamlığına zə-
rərli  təsirlərdən  qorunmasını,  idman  qurğularının  tikilmə-
sini və s. göstərmək mümkündür. Ətraf mühitin qorunması 
investisiyaları  isə  ekologiyanın  pozulmasının  qarşısının 
alınması məqsədilə qoyulur. Ümumiyyətlə, bu cür investi-
siyalar qanunvericiliyin təsiri ilə qoyulur. 


 
 
211 
 2. Maliyyə investisiyaları – kapitalın mal və xidmət 
istehsal  xaricindəki  sahələrə  istiqamətləndirilməsidir.  Bu 
cür  investisiyaların  əsas  məqsədi  qoyulan  kapitala  müəy-
yən  bir  faiz  gəlirinin  təmin  edilməsi,  uzun  müddətli  ehti-
yat  yaratmaq  və  müəssisənin  iqtisadi  gücünü  artırmaqdır. 
Bu cür investisiyaların istehsalatla birbaşa əlaqəsi yoxdur 
və  hər  hansı  bir  istehsalat  obyektinin  qurulması  üçün  nə-
zərdə tutulmamışdır. Səhmlərin, daşınan və daşınmaz əm-
lakın,  valyutanın  və  qızılın  alınmasını  da  maliyyə  inves-
tisiyalara  aid  etmək  mümkündür.  Vacibliyinə  görə  maliy-
yə  investisiyaları  istehsal  investisiyalarından  sonra  gələr. 
Çünki  sənaye  müəssisələrinin  ən  çox  üstünlük  verdiyi 
investisiyalar istehsalatla əlaqədardır. İstehsala yönəlik və 
maliyyə  investisiyalar  istifadə  sahəsindən,  təyinatından, 
məqsədlərindən və s. asılı olaraq, müxtəlif proseslərə cəlb 
olunurlar və müəyyən xərclər vasitələrlə həyata keçirirlər.  
İnvestisiya qoyuluşunun tərkibinə  daxil  olan  xərclər 
arasındakı  nisbətin  faizlə  ifadəsi  onun  quruluşunu  təşkil 
edir. İnvestisiya qoyuluşunu sahəvi, texnoloji və təkrar is-
tehsal  quruluşu  ilə  fərqləndirirlər.  İnvestisiya  qoyuluşu-
nun  sahəvi  quruluşu  müəssisənin  ayrı-ayrı  bölmələri  üzrə 
investisiya qoyuluşu həcmləri arasındakı  nisbəti; texnoloji 
quruluşu – qurğuların tikintisinə, maşın və avadanlıqların 
(əsas fondların aktiv hissəsinin) alınmasına və onların qu-
raşdırılmasına  çəkilən  məsrəflər  arasındakı  nisbəti;  təkrar 
istehsal quruluşu isə – bir tərəfdən yeni obyektlərin tikinti-
sinə, digər tərəfdən isə mövcud istehsalın texnika ilə silah-
lanma  səviyyəsinin  yüksəldilməsinə  yönəldilmiş  xərclər 
arasındakı nisbəti xarakterizə edir.  
 


 
 
212 
8.3. İnvestisiya qoyuluşunun obyektləri və  
maliyyələşdirilməsi mənbələri 
 
İnvestisiya  –  gəlir,  əlavə  vəsait  və  ya  müəyyən  növ 
səmərə  əldə  etmək  məqsədi  ilə  müxtəlif  fəaliyyət  növləri 
obyektlərinə  qoyulan  maddi,  maliyyə  vəsaitlərdən  və  in-
tellektual sərvətlərdən ibarətdir. 
Bazar iqtisadiyyatının formalaşdırılmasında,  müəssi-
sənin inkişafında düzgün və səmərəli fəaliyyətində investi-
siya  siyasətinin  həyata  keçirilməsi  onun  obyekt  və  sub-
yektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. 
İnvestisiya  qoyuluşunda  başlıca  məqsəd  əhəmiyyət 
kəsb  edən  əsas  istehsal  sahələrinə  və  bununla  bağlı  xidmət 
göstərən, xüsusilə də, ümumilikdə sosial infrastrukturun ya-
radılması  və  son  nəticədə  lazımi  mənfəət  əldə  edilməsidir. 
Odur  ki,  investisiya  fəaliyyətinin  obyekti  dedikdə,  iqtis-
adiyyatla  bağlı  bütün  sahələrdə  əmlak,  o  cümlədən  əsas 
fondlar,  dövriyyə  vəsaiti,  qiymətli  kağızlar,  məqsədli  pul 
əmanətləri,  intellektual    sərvətlər,  elmi  –  texniki  məhsullar 
və digər mülkiyyət obyektləri, habelə, əmlak hüquqları və s. 
investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Beləliklə, 
cəmiyyətdə  investisiya  qoyuluşlarının  obyektləri  konkret 
olaraq ölkənin qarşısında duran ictimai – iqtisadi və sosial 
vəzifələrdən  asılı  olaraq  müəyyənləşdirilir.  Onlarda  müx-
təlif obyektlərə sərf edilməsinin nəzərdə tutulması maraqlı 
tərəflərin  mənafelərinə  tam  uyğun  formada  həyata  keçiri-
lir.  Sənaye  müəssisələrində  investisiya  qoyuluşu,  əsasən, 
yeni obyektlərin tikintisinə, mövcud istehsalların genişlən-
dirilməsinə,  yenidən  qurulmasına  sərf  edilir.  Odur  ki,  sə-
naye müəssisələrində həmin  obyektlər investisiya qoyulu-
şunun obyektləri hesab edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə