Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

 
 
195 
orta  illik  normativi  orta  rüblük  normativlərə  əsasən 
müəyyən edilir. 
Normallaşdırılmayan  dövriyyə  vəsaiti  üzrə  yalnız 
faktiki orta qalıqlar müəyyən edilir, çünki bu vəsaitin dövr 
surəti üzrə plan göstəriciləri müəyyən edilmir.  
Normalaşdırılmayan vəsaiti dövretmə sürətini hesab-
layarkən  pul  vəsaitinin  hamısı  hesaba  alınmır.  Müəssi-
sələrin  Dövlət  bankındakı  hesablaşma  hesablarında  olan 
pul  vəsaiti  nəzərə  alınmır.  Bu,  ondan  irəli  gəlir  ki,  döv-
riyyə vəsaitlərinin dövranı prosesində  müəssisələr dövret-
mə  surətini  artırmaq  və  daxili  ehtiyatları  səfərbərliyə  al-
maq yolu ilə vəsaiti, material ehtiyatlarından, bitməmiş is-
tehsalından,  hazır  məhsul  ehtiyatlarından  debitor  borcla-
rından saldırıb pul formasına çevirir və Dövlət bankındakı 
hesablaşma hesabında saxlayır. 
Bununla  əlaqədar  olaraq,  dövretmə  sürətini  hesabla-
yarkən hesablaşma hesabında olan  pul vəsaitini müəssisə-
nin normalaşdırmayan dövriyyə vəsaiti tərkibinə daxil et-
mək olmaz. Bununla bərabər müəssisələrin əsaslı təmir və 
əsaslı tikinti üzrə plandan əlavə apardıqları kapital qoyulu-
şunu qanunsuz olaraq dövriyyə vəsaiti hesabına təmin et-
dikləri  bir  çox  hallara  və  müəssisənin  müxtəlif  xüsusi 
fondlardan  artıq  xərclərə  yol  verməsinə  də  təsadüf  edilir. 
Dövriyyə vəsaitindən bu cür qeyri – düzgün istifadə edil-
məsi nəticəsində onların dövr surəti ləngidilir. 
Bu və digər ləngiməni aşkara çıxarmaq üçün aşağıda-
kı halları nəzərə almaq və müəssisənin sərəncamındakı nor-
malaşdırılmayan dövriyyə vəsaitinə əlavə etmək lazımdır: 
Sənaye  bankına  yaxud  baş  idarələrə  amortizasiya 
ayırmaları hesabına artıq verilmiş məbləğlər; əsaslı təmirə 
və kapital qoyuluşuna qanunla mənbələrdən əlavə sərf edi-


 
 
196 
lən  dövriyyə  vəsaiti,  xüsusi  fondlar  və  digər  məqsədli 
mənbələr  hesabına  maliyyələşdirilən  məsrəflər  üzrə  artıq  
xərclər və habelə fərdi mənzil tikintisi üzrə haqq – hesabın 
bank tərəfindən verilən müvafiq borclardan artıq olan his-
səsidir. 
Mövsümlə  əlaqədar  olaraq  əmtəə  –  material  vəsaiti 
yığılıb qalmış müəssisələrdə normalaşdırılan vəsaitin plan 
üzrə orta qalıqlarını müəyyən etmək üçün normativ məb-
ləğinə bu məqsəd üçün faktiki alınan kreditlər və müəssisə 
kreditləşdirilən zaman mal verən təşkilatların Dövlət bankı 
tərəfindən  ödənilmiş  borcu  əlavə  edilir. Əmtəə  –  material 
vəsaitinin  mövsümlə  əlaqədar  olmayan  normadan  artıq 
qalıqları, Dövlət bankı tərəfindən kreditləşdirilmiş olsa da, 
belə normativə əlavə edilmir. 
Dövriyyə vəsaitinin dövr etməsinin sürətləndirilməsi 
əsas  yer  tutur  bu  səbəbdən  bu  prosesi  nəzərdən  keçirir. 
Dövriyyə  vəsaitinin  dövretmə  sürətini  artırmaq  hər  bir 
müəssisənin  ən  mühüm  iqtisadi  vəzifəsidir.  Sənayedə 
bütün  dövriyyə  vəsaitinin  dövr  müddətinin  təkcə  bir  gün 
azaldılması  müəssisələrdə  bir  neçə  milyon  manat  vəsaitin 
azad olunmasına imkan yaradır. Dövriyyə vəsaitinin dövr-
etmə surətinin artırılması dövlətə minimum vəsait sərf et-
məklə  istehsalı  genişləndirməyə,  xalq  təsərrüfatının  möv-
cud resursları ilə təsərrüfatımızın inkişaf surətini artırmağa 
imkan verir. 
Müəssisələrin  vəsaitinin  dövretmə  surətini  artırmaq 
üçün məhsulun istehsalı sferasında, material – texniki təc-
hizat  sahəsində,  müəssisələrin  satış  fəaliyyətində  və  mal 
təhvil  verən,  habelə  mal  alan  təşkilatlarla  haqq  –  hesabın 
təşkilində bir sıra tədbirlərin həyata keçirilməsi lazımdır. 


 
 
197 
İstehsal  sferasında  vəsaitin  dövretmə  surətini  artır-
maq üçün əsas yollar aşağıdakılardan ibarətdir: a) daha sə-
mərəli  istehsal  üsuluna  keçməklə  istehsal  tsiklinin  ixtisar 
edilməsi  və  bitirilməmiş  istehsalın  həcminin  azaldılması; 
b) istehsal ehtiyatlarının artıq hissəsinin ləğv edilməsi. 
İstehsal  tsiklinin  ixtisar  edilməsi,  yəni  xammal  və 
material istehsalata daxil olandan hazır məhsul buraxılana 
qədər vaxtın azaldılması, yalnız istehsal prosesinin özündə 
olan vəsaitin dövriyyəsini sürətləndirmək üçün deyil, həm 
də bütün normalaşdırılan vəsaitin dövriyyəsini sürətləndir-
mək üçün böyük əhəmiyyətə  malikdir. İstehsal prosesi nə 
qədər  tez  başa  çatarsa,  dövriyyə  vəsaiti  də  istehsal  sfera-
sında bir o qədər tez dövr edər. İstehsal tsikli nə qədər qısa 
olarsa, eyni miqdarda hazır məmulat buraxmaq üçün isteh-
sala bir o qədər az vəsait tələb olunar. 
İstehsal  tsikli  yeni  texnikanın  və  texnologiyanın 
tətbiqi  və  onlardan  səmərəli  istifadə  edilməsi,  elmin  yeni 
nailiyyətlərinin və əməyin, istehsalın təşkili üzrə ən  yaxşı 
üsulların  tətbiqi  əsasında  istehsal  prosesinin  sürətləndiril-
məsi hesabına ixtisar edilir. İstehsal sferasında olan vəsai-
tin dövriyyə surəti həm də dövriyyə vəsaitinin istehsal eh-
tiyatları formasında qalması müddətindən asılıdır. İstehsal 
ehtiyatları  nə  qədər  az  olarsa,  istehsalın  həcmi  və  surəti 
əvvəlki  kimi  qaldıqda  müəssisələrin  vəsaitinin  dövriyyə 
surəti də bir o qədər tez olar. 
Material – texniki təchizat sahəsində vəsaitin dövriy-
yə  surətinin  artırılması  aşağıdakı  yollarla,  yəni  təchizatı 
planlaşdırmaq qaydasını və maddi vəsaitin anbardan isteh-
sala buraxılmağın təşkilini yaxşılaşdırmaq, vəsaitin müəs-
sisəyə  lazım  olmayan  materiallarda    çöküb  qalmasına  yol 
verməmək, anbar təsərrüfatını qaydaya salmaq və əmtəə – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə