Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

 
 
202 
Müəssisələr  bu  məqsədləri  həyata  keçirmək  üçün  in-
vestisiya  qoyulmasına  istiqamətlənirlər.  Ancaq  bu  məq-
sədlər  ümumi  xarakter  daşıyır.  İnvestisiya  qoyulmasının 
əsası  isə  müəssisə  həyatının  mütəmadiliyi  və  gəlirdir. 
Əgər  müəssisə  fəaliyyətlərini  mütəmadi şəkildə  təmin  et-
mək istəyirsə, daha keyfiyyətli mal və xidmət istehsal edə-
rək  istehlakçıların  istifadəsinə  verməli,  bunlardan  əldə 
edəcəyi gəlirlərin müəyyən bir qismi ilə yeni məhsullar is-
tehsal  etməli  və  yeni  texnologiyalar  ilə  istehsalın  artırıl-
masına çalışmalıdır. 
Bazar  iqtisadiyyatının  inkişafı  fəaliyyətdə  olan  sub-
yektlər  bir  tərəfdən  rəqabətə  davamlı  olmağı,  digər  tərəf-
dən sabitliyin təmin edilməsini və dəyişən iqtisadi şəraitdə 
fəaliyyət  göstərməsini  tələb  edir.  Bütövlükdə  cəmiyyətin 
və onun subyektlərinin inkişafı milli gəlirin yüksəlməsi ilə 
mümkündür.  Bu  cür  yüksəlişlərin  əsası  investisiya  və  in-
vestisiya qoyuluşu prosesini özündə əks etdirən investisiya 
fəaliyyətidir. 
İnvestisiya  prosesinin  əsas  iştirakçıları  (subyektləri) 
xarici  fiziki  və  hüquqi  şəxslər,  habelə  dövlət,  beynəlxalq 
təşkilatlar,  şirkətlər  və  ayrı-ayrı  şəxslərdir.  Onlar  hər  bir 
investisiya prosesində həm təklif, həm də tələblər tərəfin-
dən iştirak edə bilirlər. 
İnvestisiya  (investisiya  resurslarına)  pul  vəsaitlərini, 
məqsədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchi-
zat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə 
də  sahibkarlıq  fəaliyyəti  obyektlərinə  qoyulan  iqtisadi  və 
sosial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əmla-
ka hüququ və intellektual dəyərlər aid edilə bilər. 
İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və 
modernləşdirilmiş  fondlar  və  xalq  təsərrüfatının  müxtəlif 
sahələrindəki  dövriyyə  vəsaitləri,  qiymətli  kağızlar,  məq-
sədli  pul  qoyuluşları,  elmi-texniki  məhsul,  eləcə  də  digər 


 
 
203 
əmlak obyektləri, əmlak hüququ və intellektual əmlak hü-
ququ aiddir.  
İnvestisiya prosesi investisiya bazarında həyata keçiri-
lir ki, bu da öz növbəsində kapital qoyuluşu bazarını (əsas 
fondların  təkrar  istehsalı  üçün),  əmlak  bazarını,  qiymətli 
kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar baza-
rını, investisiya layihələri bazarını özündə birləşdirərək bir 
sıra müstəqil seqmentlərə bölünür.  
İnvestisiya  fəaliyyətinin  ümumi  prinsiplərinə  görə  bu 
bazarlar  investisiya  obyektlərinə  görə  fərqlənir  ki,  bu  da 
üsulların,  formaların,  təhlil  üsulunun  və  səmərəliliyinin 
qiymətləndirilməsinin,  etibarlığın  və  investisiya  riskinin 
səviyyəsini müəyyən edir.  
İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, si-
farişçilər,  iş  icraçıları,  investisiya  fəaliyyəti  obyektlərinin 
istifadəçiləri,  eləcə  də  təminatçılar,  hüquqi  şəxslər  (bank, 
sığorta  və  vasitəçi  təşkilatlar,  investisiya  birjaları)  və  in-
vestisiya prosesinin digər iştirakçıları təşkil edir. İnvestisi-
ya  fəaliyyətinin  subyektləri  fiziki  və  hüquqi  şəxslər,  o 
cümlədən  xarici  hüquqi  fiziki  şəxslər,  dövlət  və  beynəl-
xalq təşkilatlar da ola bilər. 
 İnvestisiya fəaliyyətinin əsas subyekti olan investor, 
şəxsi  və  ya  cəlb  edilmiş  vəsaitlərin  investisiya  şəklində 
qoyuluşunu  həyata  keçirir  və  onun  məqsədyönlü  istiqa-
mətdə  istifadəsini  təmin  edir.  İnvestor  rolunda  aşağıdakı-
lar iştirak edə bilər: 
- dövlət və bələdiyyə  əmlakını və ya əmlak hüququnu 
idarəetmə səlahiyyətinə sahib orqanlar
- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri
- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq 
təşkilatlar. 
Sifarişçi rolunda investorlar, eləcə də investor tərəfin-
dən  səlahiyyət  verilmiş  fiziki  və  hüquqi  şəxslər  çıxış  edə 


 
 
204 
bilər. Bu halda bu şəxslər investisiya prosesinin digər işti-
rakçılarının  sahibkarlıq  və  başqa  fəaliyyətlərinə  müdaxilə 
etməməlidirlər. 
İnvestisiya prosesi – kapital təklifləri ilə onun tələbat-
çılarının  məqsəd  və  maraqlarının  üst  –  üstə  düşərək  gös-
tərdikləri  fəaliyyət  prosesidir.  İnvestisiya  prosesi  tələblə 
təklifin qarşılaşdırma mexanizmidir. Hər iki tərəf maliyyə 
bazarlarda  və  ya  maliyyə  institutlarda  qarşılaşırlar.  Bəzən 
isə bu iki tərəf öz aralarında birbaşa danışığa girərək fəa-
liyyət göstərirlər. Bu halda da maliyyə institutları investi-
siya prosesində aktiv olaraq qalır. Maliyyə institutları  de-
dikdə elə maliyyə qrupları nəzərdə tutulur ki, onlar müxtə-
lif növ maliyyə vəsaiti qəbul edərək sonradan onu borc ka-
pitalı və ya digər formalarda investisiya edirlər.  
İnvestisiya prosesini sxem 4 – dən daha aydın görmək 
olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 4. İnvestisiya prosesi 
Kapital istehlakçıla-
rı: dövlət, şirkət, 
şəxslər 
Maliyyə bazarları (qısamüddətli) 
Maliyyə bazarları (uzunmüddətli) 
Kapital təklif-
çiləri: dövlət, 
şirkət, şəxslər 
Maliyyə qrupları: banklar, borc 
əmanət  assosiasiyası, əmanət 
bankları, pensiya fondları, kre-
dit ittifaqları 


 
 
205 
İnvestisiya prosesi uzunmüddətli prosesdir. Prosesin 
son  məqsədi  olan  mənfəət  aşağıdakı  mərhələləri  keçdik-
dən sonra reallaşır: 
1)
 
Araşdırılma  –  Kapital  qoyuluşunun  predmetinə 
ilkin yanaşmadır. Yəni təklif araşdırılır, məqsədə müvafiq 
istiqamət  fəaliyyətə  başlanılır,  təklifə  müvafiq  inventisiya 
layihəsi hazırlanır. 
2)
 
Təhlil  –  İnvestisiya  layihələrin  dəyəri,  həcmi  və 
dəyər  mətləblər hesablanılaraq dəqiqləşdirilir. Bu mərhə-
lədə yerli və xarici bazarlar təhlil olunur, istehsal olunacaq 
və satılacaq məhsulun həcmi proqnozlaşdırılır. 
3)
 
Qərar  qəbulu  –  Layihənin  təhlilindən  sonra  əldə 
olunan yekun nəticələrə əsasən son qərar qəbul edilir. 
4)
 
İnvestisiya mənbələrinin müəyyən olunması – Ka-
pital qoyuluşları üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri-
nin və digər aktivlərinin araşdırılması. Belə investisiya la-
hiyələrinin  həyata   keçirilməsi üçün şirkətlər çox vaxt öz 
dövriyyə vəsaitlərdən deyil, borc kapitaldan, kreditlərdən, 
daha çox istifadə edirlər. 
5)
 
Sənədlərin hazırlanması – Qarşı tərəf ilə rəsmi da-
nışıqlar üçün müvafiq sənədlərin hazırlanması. 
6)
 
Danışıqlar  və  rəsmiyyət  –  Müqavilədən  asılı  ola-
raq hər tərəf öz üzərinə müəyyən olunmuşları götürür. 
7)
 
Maliyyə vəsaitlərinin formalaşdırılması
8)
 
İnşaat – Nəzərdə tutulmuş mal istehsalını reallaş-
dırmaq  üçün  zəruri  istehsal  obyektlərinin  tikintisi,  lazımi 
texnologiyanın tətbiqi, işçi personalının hazırlanması pro-
sesi gedir. 
9)
 
İstehsalat  –  Məhsul  istehsalı  başlanır  və  nəzərdə 
tutulan texnologiya əsasında həyata keçirilir. 
10)
 
Məhsulun reallaşdırılması. 
11)
 
Qoyulan vəsaitin qaytarılması


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə