Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

 
 
192 
çərək ardıcıl surətdə öz formasını dəyişdirilməsi ilə: pul – 
istehsal ehtiyatları – istehsal – hazır məhsul – pul şəklində 
dəyişdirilməsi ilə xarakterizə edilir. 
Dövriyyə  vəsaitinin  dövr  surəti  müəssisənin  işinin 
mühüm iqtisadi göstəricilərindən biridir. Dövriyyə vəsaiti 
nə  qədər  tez  dövr  edərsə,  o  tədavül  sferasında  və  istehsal 
sferasında  nə  qədər  az  müddət  qalarsa,  müəssisəyə  bir  o 
qədər də az dövriyyə vəsaiti lazım olur. Müəssisələrdə və-
saitin dövr etməsinin sürətləndirilməsi öz dövriyyə vəsaiti-
nə  olan  tələbatı  azaldır,  istehsalı  genişləndirmək  üçün 
maddi  vəsaiti  azad  edir,  məhsulun  maya  dəyərinin  aşağı 
salınmasına  imkan  yaradır  və  müəssisələrin  rentabelliyini 
yüksəldir. 
Dövriyyə  vəsaitinin  istifadə  edilməsinin  səmərəliliyi-
nin ən ümumi iqtisadi göstəricisi dövriyyə vəsaitinin hər bir 
manatına düşən məhsul realizasiyası həcmindən ibarətdir. 
Müəssisələrdə vəsaitin dövriyyəsinin sürətləndirilmə-
si  və  bununla  əlaqədar  olaraq  istehsal  ehtiyatlarının  azal-
dılmaşı, materialların saxlanılması xərclərini ixtisar edilir, 
onların itkisini və xarab olması hallarını azaldır, məmulat 
vahidinə düşən qeyri – müstəqim xərclərin miqdarını aşağı 
salır  və  bank  kreditinin  bir  hissəsindən  və  borc  alınmış  
həmin pul üçün verilən faizdən müəssisəni azad edir, yəni 
məhsulun  maya  dəyərini  aşağı  salır.  Pul  vəsaitinin  mate-
rial ehtiyatlarından və bitirilməmiş istehsaldan saldırılması 
və  onların  dövlət  bankındakı  hesablaşma  hesabına  daha 
çoxlu  toplanması  müəssisələr  üçün  faiz  şəklində  əlavə 
gəlir verir ki, bu da  həmin pul vəsaitinin dövlət bankında 
saxlanılmasına görə müəssisələrə verilən faizdən ibarətdir. 
Beləliklə,  dövriyyə  vəsaitinin  dövretmə  sürətinin  artması 


 
 
193 
nəticəsində  maya  dəyərinin  aşağı  salınması  və  əlavə  gəli-
rin əldə edilməsi müəssisələrin rentabelliyini artırır. 
Müəssisələrdə  vəsaitin  dövretmə  sürətinin  artırılma-
sının iqtisadi əhəmiyyəti habelə ondan ibarətdir ki, müəs-
sisə  onun  sərəncamında  olan  dövriyyə  vəsaiti  ilə  xalq  tə-
sərrüfatına daha çox məhsul verməyə imkan tapır. 
Dövriyyə vəsaitinin dövr etməsi müəssisələrin fəaliy-
yətinin bütün növlərindən asılıdır. İstehsalın təşkili və mə-
dəniyyəti, texnikanın səviyyəsi və ondan istifadə edilməsi 
dərəcəsi, texnologiyanın keyfiyyəti, təchizata, istehsala və 
məhsul satışına rəhbərlik etmə sistemi, müəssisələrdə plan 
işinin,  maliyyə-hesabat işinin vəziyyəti dövretmə  göstəri-
cilərinə təsir göstərir. Belə bir cəhət onunla izah edilir ki, 
bütün dövriyyə vəsaitinin dövretmə sürəti onun ayrı – ayrı 
hissələrinin  dövr  etməsindən  əmələ  gəlir.  Xammal  və 
materiallar  nə  qədər  tez  dövr  edərsə,  yəni  onlar  nə  qədər 
tez  hazır  məhsul  şəklinə  düşərsə,  müəssisənin  vəsaiti  də 
bir o qədər tez dövr edər. Hazır məhsul nə qədər tez satı-
larsa, vəsaitin dövrü də bir o qədər sürətlənmiş olar və i. a.  
Bu  və  ya  digər  iş  sahəsində  –  anbarlarda,  sexlərdə, 
tədavül sferasında vəsaitin dövr surəti müəssisənin (sexin, 
şöbənin) hər bir istehsal halqasının fəaliyyətindən asılıdır; 
hər  bir  müəssisənin  bütün  dövriyyə  vəsaitinin  dövr  surəti 
isə onun ayrı – ayrı növləri üzrə olan vəsaitin dövr surətin-
dən asılıdır. 
Vəsaitin dövr etməsinin əsas göstəricisi dövriyyə su-
rətindən və dövriyyə müddətindən ibarətdir. Dövriyyə sü-
rəti müəyyən vaxt ərzində vəsaitin dövri sayı ilə, dövriyyə 
müddəti isə vəsaitin bir dəfə dövr etməsi üçün lazım olan 
günlərin miqdarı ilə ölçülür. 


 
 
194 
Sənaye  müəssisələrində  dövriyyə  vəsaitinin  dövret-
mə  surəti  göstəriciləri  mövcud  olan  müəssisə  topdansatış 
qiymətləri üzrə (dövriyyə  vergisiz) realizə edilmiş əmtəə-
lik məhsuldan alınmış məbləğə (tullantılardan hazırlanmış 
çox işləyən mallar da daxil olmaqla) və mövcud dövriyyə 
vəsaiti məbləğinə əsasən hesablanır. Vəsaitin dövr surətini 
hesablayarkən ay 30 günə, rüb 90 günə, il isə 360 günə bə-
rabər götürülür.  
Müəssisənin  sərəncamında  olan  dövriyyə  vəsaitinin 
məbləği  həmin  vəsaitin  müəyyən  dövrdəki  orta  rəqəmi 
şəklində müəyyən edilir. Normalaşdırılan dövriyyə vəsaiti 
üzrə  onların  orta  rəqəmi  həm  plan  üzrə,  həm  də  faktiki 
olaraq müəyyən edilir; normalaşdırılmayan dövriyyə vəsa-
iti üzrə yalnız onların faktiki orta məbləği göstərilir. Bu və 
ya digər  dövriyyə vəsaiti növünün orta qalıq rəqəmi qalıq 
sıralarının orta arifmetik miqdarının hesablanması yolu ilə 
təyin  edilir.  Qalıq  sırası  nə  qədər  çox  götürülərsə  onların 
orta rəqəmi daha düzgün olar. 
Dövriyyə  vəsaitinin orta aylıq  qalığını  mühasibat  ba-
lansının  məlumatı  üzrə təyin etmək olar.  Bunun üçün ayın 
əvvəlindəki  və  axırındakı  qalıq  məbləğini  toplayıb  2  yerə 
bölmək lazımdır. Orta rüblük qalıq, bu rübdəki üç ayın orta 
qalıqlarına əsasən hesablanır. Dövriyyə vəsaitinin orta illik 
qalığı orta rüblük qalıqlara əsasən hesablanır. 
Normalaşdırılan  dövriyyə  vəsaitinin  plan  üzrə  orta 
qalığını hesablayarkən aşağıdakını nəzərə almaq lazımdır. 
Rüb ərzində orta aylıq normativi müəyyən etmək üçün rüb 
ərzindəki  normativ  artımının  məbləğini  rübdəki  ayların 
sayına  bölməli  və  hər  ay  üçün  alınan  normativ  artımını 
ayın  əvvəlindəki  normativin  üzərinə  gəlməlidir.  Nəticədə 
ayın axırına  aid  normativ  əldə  edilir. Dövriyyə  vəsaitinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə