Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

 
 
179 
yanı,  avadanlığın  keyfiyyət  və  vəziyyətini,  işlədilən  xam-
malların, material və yanacağın xarakteristikasını və kadr-
ların ixtisasını hərtərəfli nəzərdən keçirməyi tələb edir. 
Təcrübə  göstərir  ki,  sənaye  müəssisələrində  material-
enerji  ehtiyatlarından  istifadəni  yaxşılaşdırmaq  üçün    çox 
böyük ehtiyat mənbələri vardır. Ehtiyatlara qənaətin əsasını 
–  təbii  və  maddi  ehtiyatlardan  kompleks  istifadə  olunma-
sından,  itkilərin  və  səmərəsiz  məsrəflərin  maksimum  ara-
dan  qaldırılmasından,  təkrar  maddi  ehtiyatların  və  onlarla  
bağlı  olan  məhsulların  dövriyyəsinə  daha  çox  cəlb  olun-
ması imkanlarından ibarətdir. Ehtiyatlara qənaətə istehsalın 
və  ehtiyatlardan  istifadənin  bütün  mərhələlərində  nail 
olunmalıdır: təbii xammalın, yanacağın və s. çıxarılmasının 
səmərələşdirilməsi  (məsələn,  neftin  laylarından  daha  tam 
çıxarılması),  çıxarılmış  ehtiyatlardan  maksimum  istifadə 
olunması, daşınma və saxlanma zamanı itkilərin minimuma 
endirilməsi;  istehsal  prosesində  və  ya  qeyri  –  istehsal 
istehlakı zamanı ehtiyatların daima  səmərəli tətbiqi, təkrar 
ehtiyatların  aşkar  edilməsi,  uçota  alınması    və  onların  hər 
şeydən əvvəl, birbaşa təminat üzrə işlənməsi və s. 
 
7.3. Material resurslarına qənaət edilməsi yolları 
 
Müəssisələrin ən mühüm vəzifələrindən biri dövriyyə 
istehsal fondlarından istifadə edilməsini getdikcə yaxşılaş-
dırmaqdan ibarətdir; bu da, birinci növbədə  hazır  məhsu-
lun hər vahidinə sərf edilən materialın azaldılmasında  tə-
zahür edir. 
Hər    məhsul  vahidi  üzrə  xammal,  material  və  yana-
caq  sərfinin  azaldılması,  hər  şeydən  əvvəl  o  deməkdir  ki, 
mövcud olan miqdarda materialdan daha çox hazır məhsul 
istehsal edilə bilər. Beləliklə, xammal, material və yanaca-


 
 
180 
ğa qənaət edilməsi nəticəsində mövcud materiallarla isteh-
sal  proqramının  yalnız  tamamilə  deyil,  həmçinin  artıqla-
ması ilə yerinə yetirilməsi mümkün olur. 
Xammal  və  materiallara  qənaət  etmək  uğrunda  mü-
barizə, müəssisəni yeni texnika tətbiq etməyə və texnoloji 
prosesləri  təkmilləşdirməyə  sövq  edir.  Xammal,  material 
və  yanacağa  qənaət  edilməsi  əmək  məhsuldarlığına  müs-
bət  təsir  göstərir.  Məhsul  vahidi  üzrə  material  sərfinin 
azaldılması,  bir  qayda  olaraq  canlı  əmək  üzrə  də  qənaətə 
səbəb olur, çünki burada materialın işlənməsi, habelə daşı-
nıb gətirilməsi, yüklənməsi, boşaldılması və saxlanmasına 
sərf olunan əmək ixtisar edilir. 
Material  vəsaiti  sərfinə  qənaət  etmək  müəssisələrdə 
məhsulun maya dəyərinin aşağı salınmasını və ictimai  yı-
ğımının  artmasını  təmin  edən  əsas  amillərdən  biridir. 
Beləliklə,  material  vəsaitindən  istifadə  edilməsinin  yaxşı-
laşdırılması  müəssisənin  istehsal  və  iqtisadi  fəaliyyətinin 
hər cəhətinə böyük müsbət təsir göstərir. 
 Müəssisələrdə də,  materiallar üzrə bir sıra  qənaətin 
mənbələri  mövcuddur.  Materiallardan  istifadə  təhlili  gös-
tərir  ki,  sənaye  müəssisələrində  xammal,  material,  yana-
caq və elektrik enerjisi üzrə qənaət eldə etmək üçün istifa-
də edilməmiş böyük ehtiyat mənbələri vardır. 
Maşınqayırma  sənayenin  tökmə  sexlərində  yararlı 
tökmələr  alınması,  çuqun  tökmələrdə,  təqribən  65–75%, 
polad tökmələrdə isə 55 – 60% təşkil edir. Dəmirçi sexlə-
rində isti ştamplama emalında yararlı məhsul 80% – çatır. 
Biçmə  sexlərində  metaldan  istifadə  edilməsi  də  təqribən 
bu səviyyədədir. Burada nəzərdə tutmaq lazımdır ki, dəqiq 
tökmə  metodları  hələ  kifayət  qədər  geniş  yayılmamışdır; 
eyni  zamanda  dəmirçi  sexlərində  hələ  də  bir  çox  detallar 


 
 
181 
sərbəst döymə metodu ilə hazırlanır. Buna görə də maşın-
qayırma zavodlarının mexaniki sexlərində yonqar şəklində 
metal  itkisi  hələ  də  çox  olur.  Bu  sexlərdə  materiallardan 
istifadə  əmsalı  sərbəst  döymədə  0,60–dan  0,75–ə  qədər, 
ştamplanan detalların  emalında isə – 0,75–dən 0,8–ə qə-
dərdir. Beləliklə, maşınqayırma sənayedə qara metallardan 
istifadə  əmsalı  bu  metalların  əvvəlcə  hazırlıq  sexlərində, 
sonra  isə  mexaniki  sexlərdə  emalı  zamanı  orta  hesabla, 
təqribən 0,5–0,55 təşkil edir. 
Elektrik  enerjisindən  istifadə  üzrə  də  böyük  ehtiyat 
mənbələri  vardır.  Bir  sıra  müəssisələrdə  avadanlığın  çox 
boşuna işlənməsi halları olur, avadanlığın iş rejimi azaldı-
lır  və  həqiqi  gücü  xidmət  etdiyi  aqreqatların  tələbatından 
xeyli artıq olan motorlar qurulur. 
Müxtəlif sənaye  sahələri müəssisələrində  materialla-
ra  qənaət  üzrə  böyük  ehtiyat  mənbələri  olması  dövriyyə  
istehsal fondlarından ən yaxşı istifadə etmək uğrunda mü-
barizəni  daha  da  qüvvətləndirmək  lüzumunu  irəli  sürür. 
Material  resurslarına  qənaət  edilməsinin  başlıca  yolları 
xammal,  yanacaq,  elektrik  enerjisi,  metal  və  başqa  mate-
rialların daha səmərəli  sürətdə sərf olunması,  xammalı iş-
lədərkən ondan kompleksi sürətdə istifadə edilməsi, xam-
mal-material sərf etmək normalarının azaldılması, az tapı-
lan və baha başa gələn xammal, material və əlvan metallar 
əvəz ediciləri işlədilməsi təmin  edilməlidir.  
Müəssisələrdə materiallara qənaət edilməsi imkanları 
böyükdür, lakin onlardan istifadəsi tam deyildir. 
Xalq təsərrüfatı müxtəlif sahələrinin müəssisələrində 
materiallara qənaət etmək yolları da müxtəlifdir; bu vəziy-
yət  texnologiyada  və  istehsalın  təşkilində  olan  fərqlərdən 
irəli gəlir. Lakin neçə olsa, bunlar əsas qənaət yolları şək-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə