Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

 
 
175 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 3.Müəssisənin 
dövriyyə istehsal fondlarının tərkibi 
 
 
Müəssisənin dövriyyə istehsal fondları 
Xammal və əsas 
materiallar 
Satın alınmış 
yarım 
fabrikatlar 
Yanacaq 
Təmir üçün 
ehtiyat hissə-
ləri 
Azqiymətli və 
tezköhnələn şeylər 
Bitiril-
məmiş 
istehsal 
Tara mate-
rialları və tara 
Gələcək 
dövrün 
xərcləri 
Köməkçi 
materiallar 
Müəssisə-nin 
özündə 
hazırlanan 
yarımfabri
-
katlar 
İstehsal ehtiyyatlarında olan 
dövriyyə istehsal fondları 
 
 
İstehsal prosesində olan 
dövriyyə istehsal fondları 
 
 


 
 
176 
Dövriyyə  istehsal  fondlarının  ayrı  –  ayrı  ünsürləri 
arasındakı faiz ifadəsində nisbət onların quruluşunu təşkil 
edir. 
Sənaye müəssisələrində dövriyyə fondlarının qurulu-
şu  texnoloji  prosesin  xarakterindən,  istehsal  şəraitindən, 
habelə texnikanın və müəssisənin təşkilinin səviyyəsindən 
asılıdır. 
 
7.2.  Dövriyyə istehsal fondlarından istifadə 
göstəriciləri 
 
Dövriyyə istehsal fondlarından istifadənin yaxşılaşdı-
rılması  iqtisadi  cəhətdən  böyük  səmərə  verir.  Bu  səmərə 
özünün  məhsul  vahidi  üçün  maddi  –  enerji  ehtiyatları  
məsrəfinin azalmasında əks etdirir. Məhsul  vahidinin ha-
zırlanması üçün maddi – enerji ehtiyatlarının xüsusi məs-
rəfinin  azalması,  eyni  miqdarda  material  –  enerji  ehtiyat-
larından daha çox məhsul istehsal etməyə, onun maya də-
yərini  və  material  tutumunu  aşağı  salmağa,  müəssisənin  
maliyyə vəziyyətini yaxşılaşdırmağa və s. imkan verir. 
Material sərfinə qənaət etmək məqsədilə tədbirlər gö-
rülməsi  üçün  və  bu  işdə  olan  ehtiyat  mənbələrinin  təhlili 
böyük  əhəmiyyət  kəsb  edir.  Belə  bir  təhlili  həyata  keçir-
məkdən ötrü xammal və materialların istifadə göstəriciləri 
nəzərdən  keçirilməlidir.  Bu  göstəricilər  texnoloji  prosesin 
xüsusiyyətindən çox asılıdır. 
Material – enerji ehtiyatlarından istifadəni qiymətlən-
dirmək üçün bir sıra göstəricilərdən istifadə edilir. Bu gös-
təricilərdən birincisi ilkin xammaldan hazır məhsul çıxımı 
əmsalıdır. Bu göstərici faizlə ifadə olunur və müəssisənin 
İstehsal ehtiyatların-da olan 
dövriyyə istehsal fondları 
 
İstehsal prosesində olan 
dövriyyə istehsal fondları 


 
 
177 
ilkin  xammaldan  nə  qədər  hazır  məhsul  istehsal  etdiyini 
səciyyələndirir. 
Əsas xammalı ilk emal edən müəssisələrdə emal edi-
lən  xammaldan  hazır  məhsul  alınması  nəzərdə  tutulur. 
Məsələn, xam neftdən benzin, sürtgü  yağları, filizdən mis 
çıxarılması,  çuğundurdan  şəkər  istehsalı,  çiyidli  pambıq-
dan  mahlıc əldə edilməsi, pambıq mahlıcından iplik alın-
ması, toxumlarından bitki yağı hasil edilməsi, mal – qara-
dan diri çəkisindən ət əldə edilməsi və s. belə bir göstərici-
dir.  Bu  göstərici  əsas  xammaldan  müəssisənin  nə  qədər 
hazır məhsul əldə etmiş olduğunu müəyyən edir. 
İlkin  xammaldan  hazır  məhsul  çıxımı  əmsalına,  hə-
min xammalın ilkin emalı və saflaşdırılması həlledici təsir 
göstərir.  
Xammal və materialdan istifadənin səmərəliliyini xa-
rakterizə  edən  ikinci  əsas  göstərici  materialdan  istifadə 
əmsalıdır.  Materialları emal edən müəssisələrdə  material-
lardan istifadə əmsalı qənaətin ehtiyat mənbələri göstərici 
rolunu oynayır. Bu əmsal məhsul hazırlanması prosesində 
əmələ gələn itkilərin miqdarını göstərir. Bu əmsal plan və 
faktiki növlərini fərqləndirir. Xammal və materialdan isti-
fadənin plan əmsalı  məhsul vahidinin xalis çəkisinin, hə-
min məhsulun hazırlanması üçün material məsrəfi norma-
larına  görə  sərf  ediləcək  materialın  miqdarına  olan  nis-
bətini;  faktiki  istifadə  əmsalı  isə  –  məhsul  vahidinin  xalis 
çəkisinin  faktiki  sərf  olunmuş  materialın  miqdarına  olan 
nisbətini xarakterizə edir, yəni detalın  xalis çəkisinin ma-
terial  sərfinin  həqiqi  miqdarına  olan  nisbəti  nəzərdə  tutu-
lur.  Burada  detalın  xalis  çəkisi  dedikdə;  təsdiq  olunmuş 
çertyojlara (cizgilərə) və texniki şərtlərə dəqiq uyğun ola-
raq işlənib hazırlanan detalın çəkisi nəzərdə tutulur. 


 
 
178 
Bəzi sahələrdə, məsələn, taxta – şalban emalında de-
talın  xüsusi  çəkisi  əvəzinə  detalın  xalis  həcmi  götürülür. 
Materiallardan istifadə əmsalı, bu və ya digər məmulat ha-
zırlanarkən  müəssisədə  əmələ  gələn  itkilərin  qədərini  xa-
rakterizə  edən  çox  mühüm    göstəricidir.  Bu  əmsal  nə  qə-
dər yüksək, yəni vahidə nə qədər yaxın olarsa, deməli, itki 
də bir o qədər azdır, yəni materialdan bir o  qədər yaxşı və 
mükəmməl istifadə edilir. 
Materiallardan istifadə əmsalını təhlil edərkən nəzərə 
almaq lazımdır ki, məmulatın xalis çəkisi heç də dəyişməz 
daimi bir şey deyildir. Sənayedə maşınların xalis çəkisini 
azaltmaq üçün xeyli imkan vardır. Həmçinin detalların bi-
çimi  (konfiqurasiyası),  onların  emal  texnologiyası,  müəs-
sisənin malik olduğu avadanlığın keyfiyyəti, fəhlə və mü-
həndis – texnik kadrlarının ixtisası itkinin qədərinə böyük 
təsir göstərir. 
Yanacaqdan  istifadə  əmsalı  –  yanacaq  işlədən  ava-
danlığın faydalı iş  əmsalı ilə xarakterizə edilir. Bu əmsal, 
həmin  avadanlıqda  istilikdən  nə  dərəcədə  faydalı  istifadə 
edildiyini göstərir;  deməli, istilik itkisinin  qədərini  də xa-
rakterizə  edir.  İstilik  sərf  edən  aqreqatların  faydalı  iş  əm-
salı bu aqreqatların konstraksiyasından, sobadan çıxan qaz 
utilizə edə biləcək avadanlıqla təchiz edilməsindən və ya-
nacağın keyfiyyətindən xeyli dərəcədə asılıdır. Başqa hal-
larda olduğu kimi, burada da kadrların bacarığı, təcrübəsi 
və texniki hazırlığı böyük rol oynayır. Avadanlığın faydalı 
iş  əmsalının  artırılması  eyni  miqdar  avadanlıqdan  daha 
çox məhsul istehsal etmək mümkün olur, deməli, avadan-
lığa tələbat azalır. 
 Bu  əmsalların  hər  birinin  təhlili,  material  sərfinin 
bütün texniki – iqtisadi şərtlərini, qəbul edilmiş texnologi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə