Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

 
 
168 
rinin  həyata  keçirilməsi  müddətindən,  işə  salma  müddəti-
nin uzanmasından  və s. ibarətdir. Ümumiyyətlə, maşın və 
avadanlıqların uzun müddət və növbə daxili işləməməsini 
fərqləndirirlər.  Adətən,  maşın  və  avadanlıqların  uzun 
müddət işləməməsi istehsal olunan məhsulun çeşidinin ya-
xud  onun  hazırlanması  texnologiyasının  dəyişilməsi  nəti-
cəsində baş verir.   
Maşın və  avadanlığın  növbə  iş vaxtı itkiləri isə  işdə 
istehsal  prosesinin  normal  gedişinin,  həmçinin  əmək  inti-
zamı  tələblərinin  pozulmasından  irəli  gələn  reqlamentləş-
dirilməyən (aradan qaldırıla bilən) fasilələrdir. Pozuntula-
rın birinci qrupuna əməyin və istehsalın pis təşkili nəticə-
sində  işdə  yaranan  fasilələr,  materialların  iş  yerlərinə  çat-
dırılması ilə əlaqədar yubanmalar, maşın və avadanlıqların 
işindəki  qüsurlar,  lazımi  miqdarda  və  çeşiddə  texnoloji 
alət və tərtibatların olmaması, qaldırıcı-nəqliyyat vasitələ-
rini gözləməklə əlaqədar vaxt itkiləri, keyfiyyətsiz hazırla-
nan  çertyoj-texniki sənədlərlə  əlaqədar  texnoloqun, kons-
truktorun işə qarışması və s. aid edilir. İkinci qrupa əmək 
nizam-intizam  qaydalarının  pozulmasından  –  işdən  yayıl-
maqdan,  gecikmələrdən,  iş  yerindən  özbaşına  getmə,  iş 
gününün  axırında  vaxtından  əvvəl  çıxıb  getmə  və  s.-dən 
irəli  gələn  itkilər  aiddir.  Deməli,  maşın  və  avadanlıqların 
növbə  daxili  vaxt  itkilərinin  aradan  qaldırılmasında  əmə-
yin  təşkili  və  ödənilməsinin  kollektiv  formalarının,  briqa-
da podratının  müəssisə daxili təsərrüfat hesabının tətbiqi, 
əmək  kollektivində  yaradıcılıq  ruhu,  yüksək  məhsuldar 
əmək  üçün  şərait  yaradılması  və  qeyri-mütəşəkkilliyə, 
intizamsızlığa yol verilməməsi mühüm rol oynayır.  
İş vaxtından istifadənin yaxşılaşdırılması – istehsalın 
intensivləşdirilməsinin,  əmək  məhsuldarlığının  yüksəldil-
məsinin,  avadanlıq  vahidinə  düşən  məhsul  buraxılışının 
artırılması  mühüm  ehtiyat  mənbələridir.  İş  vaxtından  isti-


 
 
169 
fadənin yaxşılaşdırılmasına – əməyin və istehsalın təşkili-
nin  təkmilləşdirilməsi,  əmək  və  texnoloji  intizamın  möh-
kəmləndirilməsi, əmək şəraitinin və təhlükəsizlik texnika-
sının  yaxşılaşdırılması  hesabına  xəstəlik  və  xəsarətlərin 
azaldılması, iş yerlərinin attestasiyası və səmərələşdirilmə-
si səbəb olur.  
Avadanlıqdan istifadə əmsalının yüksəldilməsi  möv-
cud  avadanlıqlardan  vaxta,  gücə  (məhsuldarlığa),  istehsal 
olunan  məhsulun  həcminə  və  ya  yerinə  yetirilən  işə  görə  
səmərəli  istifadəni  təmin  edir.  Avadanlıqdan  istifadə  əm-
salının  yüksəldilməsinin  mühüm  amili  mütərəqqi  texno-
logiyanın tətbiq edilməsindən, texnoloji proseslərin inten-
sivləşdirilməsindən, qabaqcıl təcrübənin geniş yayılmasın-
dan ibarətdir.  
Avadanlığın  faydalı  iş  vaxtı  fondunu  artırmaq.  Mə-
lumdur ki, avadanlıq faktiki işlənmiş iş vaxt ərzində də hə-
mişə  məhsuldar  işləmir.  Əgər  müəyyən  dəzgahda  istehsal 
edilmiş məhsulun bir qismi zay olarsa, onda zay məhsulun 
istehsalına sərf edilən maşın vaxtı əslində həmin dəzgahın 
iş  vaxtının  itkisi  deməkdir.  Bundan  başqa,  hissələrin  me-
xaniki  emalı  prosesində  metalın  artıq  hissələrinin  yonul-
masına  sərf  edilən  maşın  vaxtı  da  qeyri-məhsuldar  vaxt 
hesab  edilməlidir.  Deməli,  avadanlıqdan  istifadəni  yaxşı-
laşdırmağın,  mühüm  ehtiyatı  onun  qeyri-məhsuldar  işlə-
məsi  hallarını  aradan  qaldırmaqdan,  xüsusən  istehsal  za-
yının  yaranmasına  yol  verməməkdən  ibarətdir.  İstehsalın 
texniki  səviyyəsinin  yüksəldilməsi,  fəhlələrin  ixtisasının 
artırılması  istehsal  zayının  yaranması  hallarının  aradan 
qaldırılması üçün əlverişli şərait yaradır. Metal emalı ava-
danlığından  daha  səmərəli  istifadə  edilməsinin  mühüm 
amili  pəstahlarda  və  döymələrdə  emal  payının  azaldılma-


 
 
170 
sından və  mütərəqqi emal üsullarının tətbiq edilməsindən 
ibarətdir.  
İstehsalın  ixtisaslaşdırılması  səviyyəsinin  yüksəldil-
məsi – maşın və avadanlıqların məhsuldarlığının artırılma-
sına çox böyük təsir göstərir, çünki istehsalın ixtisaslaşdı-
rılması  məmulatların  əmək  tutumunu  azaldır,  istehsalın 
təşkilini  yaxşılaşdırır,  daha  məhsuldar  texnikanı  və  mütə-
rəqqi texnologiyanı tətbiq etməyə imkan verir. 
İstehlak  olunan  xammal  və  materialın  keyfiyyətinin 
yaxşılaşdırılması  –  avadanlığın  məhsuldarlığının  yüksəl-
dilməsinə  səbəb  olur.  Məsələn,  domna  peçinin  faydalı 
həcmindən  istifadə  əmsalı  dəmir  filizinin  və  koksun  key-
fiyyəti ilə, istehsala vermək üçün onların ayrılması və çe-
şidlərə  ayrılması ilə xeyli dərəcədə müəyyən edilir. Toxu-
culuq fabriklərində istifadə olunan məhsulların məhsuldar-
lığı  ilkin  xammaldan,  onun  təmizliyindən  və  növündən; 
neft emalı zavodlarında xam neftdən hazır  məhsul çıxımı 
əmsalı xam neftin təmizlənməsindən və distillə edilməsin-
dən asılıdır. 
İş  yerlərinin  attestasiyası  –  hər  bir  iş  yerinin  mütə-
rəqqi, texniki, texnoloji, təşkilati nəticələrə, əməyin müha-
fizəsi  tələblərinə,  qabaqcıl  təcrübəyə,  normativ  və  stan-
dartlara  uyğunluğunun  və  təkmilləşdirilməsi  məqsədilə 
kompleks qiymətləndirilməsini nəzərdə tutur. İş yerlərinin 
attestasiyasının  əsas  vəzifəsi  –  iş  yerləri  sayının  işləyən-
lərin sayı ilə tarazlaşdırılmasından, istehsalın səmərəliliyi-
nin  yüksəldilməsindən,  əmək  məhsuldarlığının  artırılma-
sından,  əsas  fondlardan  və  istehsal  güclərindən  səmərəli 
istifadə edilməsindən ibarətdir. 
Əmək  vasitələrinin  modernləşdirilməsi  –  fəaliyyətdə 
olan əmək vəsaitlərinin təkmilləşdirilməsi və onlarda əməli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə