Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

 
 
154 
faktiki və qalan xidmət müddətlərinin cəminə nisbəti kimi 
müəyyən edilir: 
 

 
Burada  D
ilk
,  D
qal
  –  əsas  fondların  ilkin  və  qalıq 
dəyəri, manatla və  t
xid
 – əsas fondların xidmət müddəti, il. 
Əsas fondların mənəvi aşınması – əmək vasitələrinin 
texniki istehsal xassələrini itirmə dərəcəsindən asılı olaraq 
öz ilk dəyərini tədricən itirməsidir. Əsas fondların mənəvi 
aşınmasının iki formasını fərqləndirirlər: onun istehsal et-
diyi  sahələrdə  (məsələn,  maşınqayırma  zavodunda)  əmək 
məhsuldarlığının yüksəldilməsi və eyni növ əmək vasitələ-
rinin ucuzlaşdırılması nəticəsində əmələ gəlir.  
Birinci növ mənəvi aşınmanın kəmiyyəti əsas fondla-
rın  ilkin  (D
ilk
)  və  bərpa  dəyəri  (D
bər
)  arasındakı  fərqdən 
ibarətdir:      
A
m.b 
= D
ilk
 – D
bər . 
 
 
Əsas fondların mənəvi aşınmasının ikinci forması ye-
ni,  daha  məhsuldar  və  qənaətcil  texnikanın  yaranması  ilə 
əlaqədardır. İstehsalda yeni, daha səmərəli əmək vəsaitlə-
rinin geniş tətbiqi köhnə texnikaya (obyektlərə)  nisbi fay-
dalılığının aşağı düşməsinə səbəb olur.  
Əsas fondların mənəvi aşınmasında müəssisənin itki-
sini  azaltmağın  əsas  yolu  maşın  və  avadanlıqlardan  daha 
dolğun və intensiv istifadə etməkdir. 
Əsas  fondların  mənəvi  aşınmasının  birinci  və  ikinci 
formaları  müəyyən  növ  əsas  fondların  istehlak  dəyəri  va-
hidinə düşən qiymətlərin müvafiq sürətdə aşağı düşməsin-


 
 
155 
də öz istifadəsini tapır və amortizasiya normaları müəyyən 
edilərək nəzərə alınır. 
Mütərrəqqi  texnika  mənəvi  cəhətdən  köhnəlmiş, 
fiziki  cəhətdən  isə  yararlı  olan  öz  təyinatını  itirməmiş 
olub,  istehsaldan  çıxara  bilər  ki,  yeninin  məhsuldarlığı 
hesabına  əldə  edilən  əlavə  səmərə,  köhnənin  məhsul 
üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun. 
İstehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəl-
mə  ilə  yanaşı  sosial  cəhətdən  də  köhnəlirlər.  Belə  köh-
nəlmə,  köhnə  avadanlıqlara  nisbətən  istismarı  fəhlə  üçün 
daha rahat və cazibədər olan (səssiz, təhlükəsiz, rahat və s.) 
yeni avadanlıqların əmələ gəlməsində özünü göstərir. 
Əsas fondların fiziki, mənəvi və sosial aşınması əsas-
lı təmir və modernləşdirmə hesabına qismən ödənilir, tam 
ödənilməsi  (renovasiya)  isə  avadanlıqlarının  yenisi  ilə 
əvəz olunması yolu ilə həyata keçirilir. 
Əsas fondlar fiziki cəhətdən qismən və tam köhnəlir-
lər. Onların fiziki cəhətdən qismən köhnəlməsi əsaslı, orta 
və cari təmirlə aradan qaldırılır. 
Əsaslı təmirdə – maşın və avadanlıqlar tam sökülür, 
korlanmış  qovşaq  və  hissələr  dəyişdirilir.  Təmirin  nəticə-
sində onlar öz əvvəlki texniki-iqtisadi parametrlərini bərpa 
edirlər. Sonra çəkilən xərclər amortizasiya fondu hesabına 
ödənilir.  
Əsas fondları lazımi halda saxlamaq üçün ən mühüm 
tədbirlərdən  biri  onların  məhsuldarlığını  qoruyub  saxla-
maq  və iş müddətini uzatmaq məqsədilə vaxtında və key-
fiyyətcə yaxşı təmir edilməkdən ibarətdir.  
Hazırda müəssisələrin çoxunda nəzəri əsasında planlı 
xəbərdarlıq  təmiri  sistemi  qəbul  edilmişdir.  Bu  sistem  üç 


 
 
156 
cür təmirin mövcud olmasını, yəni əsaslı təmiri, orta təmi-
ri və kiçik (cari) təmiri nəzərdə tutur.  
Əsaslı  təmir  bütün  köhnəlmiş  hissələri  və  detalları 
dəyişdirməklə əlaqədar olan və bir qayda olaraq, avadanlı-
ğın tamamilə sökülməsini, təmizlənməsini və yoxlanılma-
sını tələb edən iri təmir nəzərdə tutulur.  
Əsas fondların normal qaydada işləməsi üçün orta tə-
mirin böyük əhəmiyyəti vardır. Bu təmir əsaslı təmirə nis-
bətən  daha  az  mürəkkəb  olan  işlərin  görülməsini  nəzərdə 
tutur.  Orta  təmirin  əsas  vəzifəsi  qəzaların  baş  verilməsi-
nin,  maşının  sınmasının  və  məhsuldarlığının  azalmasının 
qarşısını  almaq  məqsədilə  profilaktik  müayinə  keçirmək-
dən və avadanlığın nisbətən sadə təmirindən ibarətdir.  
Əsaslı və orta təmirlərdən bir çox hallarda avadanlığı 
modernləşdirmək  üçün  istifadə  edilə  bilər  və  edilməlidir. 
Təmirlə  modernləşdirmə  arasındakı  fərq  bundan  ibarətdir 
ki,  təmirdə  məqsəd  avadanlığın  məhsuldarlığını  bərpa  et-
məkdir,  modernləşdirmə  isə  avadanlığın  məhsuldarlığını 
artırmaq məqsədini güdür. 
Cari (kiçik) təmirə gəldikdə, bu təmir əsas fondların 
hər  gün  işlədilməsi  ilə  əlaqədar  olan  daha  sadə  təmir 
işlərinin görülməsini nəzərdə tutur. Məsələn, binalarda ca-
ri təmir – binaların ağardılmasından, sınmış şüşələrin əvə-
zinə təzə şüşə salınmasından, elektrik şəbəkəsinin xırda tə-
mirlərindən  və  sairələrdən  ibarət  olmalıdır;  avadanlığın 
cari  təmiri  xırda  zədələrin  aradan  qaldırılmasından  və 
bütün  maşını  sökmədən,  ayrı-ayrı  hissələrinin  dəyişdiril-
məsindən və s. ibarət ola bilər. 
Planlı xəbərdarlıq təmiri sistemi əsaslı, orta və kiçik 
təmirlərin  müəyyən  qaydada  növbə  ilə  keçirilməsini,  ha-
belə  avadanlığın  müntəzəm  surətdə  müayinə  edilməsini 


 
 
157 
nəzərdə tutur. Bu ardıcıllıq təmir tsiklini əhatə edir ki, hə-
min tsikl də bir əsaslı təmirlə digər əsaslı təmir arasındakı 
dövrü nəzərdə tutur. 
Əsas fondları müvəffəqiyyətlə təmir edə bilmək üçün 
ehtiyat hissələri və detal istehsalını mərkəzləşdirilmiş qay-
dada təşkil etməyin çox böyük əhəmiyyəti vardır. Belə bir 
tədbir təmiri asanlaşdırır və ucuzlaşdırır, çünki təmir üçün 
lazım  olan  şeyləri  müəssisənin  özümdə  sadələşmiş  və 
çoxlu vəsait sərf etməyə ehtiyac qalmır. 
 
6.3. Müəssisənin istehsal gücü və onun hesablanması 
 
Əsas  fondlar  özü-özlüyündə  cansızdır.  Onlar  yalnız 
işçi qüvvəsi ilə birlikdə canlanır. İşçi  qüvvəsi isə əsas is-
tehsal  fondlarının  əlaqələndirilməsi  müəssisənin,  sexin  və 
sahənin  istehsal  gücünü  müəyyən  edir.  Müəssisənin  (sex, 
sahənin) istehsal gücü deyərkən, onların məhsul buraxılışı 
üzrə malik olduqları ən yüksək səviyyədə məhsulun bura-
xılışını  nəzərdə  tuturlar.  İstehsal  gücünün  miqdar  ifadəsi, 
yəni kəmiyyəti, əsas fondlardan ən mükəmməl surətdə is-
tifadə edilməsi (müəssisə üçün qoyulan iş rejiminə uyğun 
olaraq),  mütərəqqi  texnologiyanın  və  əmək  təşkilindəki 
qabaqcıl  metodların  tətbiq  edilməsi,  avadanlığın  məhsul-
darlığının  mütərəqqi  normalarının  həyata  keçirilməsi  və 
“zəif  yerlərin”  aradan  qaldırılması  əsasında,  müəssisənin 
bir  il  ərzində  hazırlaya  biləcəyi  müəyyən  növ  məhsulun 
maksimum miqdarı ilə xarakterizə edilir.  
İstehsal  gücünün  həcmini  müəyyən  bir  hədd  kimi, 
yəni  həmişəlik  müəyyən  edilmiş  bir  maksimum  kimi 
təsəvvür etmək olmaz. Bu həcm dəyişkən həcmdir. Texni-
ka inkişaf etdikcə, yəni daha mükəmməl texnoloji proses-
lər  tətbiq  edildikcə,  istehsalın  tətbiqi  yaxşılaşdıqca    və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə