Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   86

 
 
147 
Mülkiyyət formasından asılı olaraq, əsas fondlar döv-
lət, kooperativ və xüsusi formalara ayrılır. 
Müəyyən fəaliyyətdə iştirak edərək, istehsal təyinatı-
na görə əsas fondları doqquz qrupa ayrılır: 
-
 
istehsal-texniki və qeyri-istehsal təyinatlı binalar; 
-
 
qurğular və tikililər
-
 
ötürücü qurğular
-
 
güc  maşın  və  avadanlıqları  (elektrik  mühərriklər, 
transformatorlar, elektrik generatorlar, elektroburlar və s.); 
-
 
iş maşın və avadanlıqlar. Bunlar əsas fondların  ən 
mühüm tərkib hissəsidir və  müəssisənin istehsal gücünün 
əsas hissəsini təşkil edir
-
 
ölçü və nizamlayıcı cihazlar, qurğular və laboratori-
ya avadanlıqları; 
-
 
hesablama texnikası; 
-
 
hər  növ  nəqliyyat  vasitələri  (avtomobil,  dəmir  yol, 
hava və su nəqliyyat növləri); 
-
 
hər  növ  texnoloji  alət  və  ləvazimatlar,  istehsal  və 
təsərrüfat inventarı və s. daxil edilir. 
İstehsal  binalar  qrupuna  müxtəlif  istehsal  işləri  icra 
edilən bütün binalar, yəni əsas və yardımçı sexlərin və la-
boratoriyaların  binaları  və  başqa  bu  kimi  binalar  daxildir. 
Bundan  əlavə  istehsala  xidmət  edən  binalar  –  dəftərxana, 
anbar və qaraj binaları, parovoz və vaqon deposu binaları 
və bu kimi binalar da həmin qrupa daxildir. Binaların də-
yərinə  onların  daxilində  olan  qruplar  (qızdırıcı  qurğular, 
su kəməri, kanalizasiya və işıq şəbəkələri) da daxildir. 
Əsas  istehsal  fondlarının  böyük  bir  qrupunu  tikililər 
təşkil edir. Həmin tikililərə körpülər, estakadalar, quyular, 
bəndlər,  dambalar,  kanallar,  şose  yolları,  süni  təpələr  və 


 
 
148 
tunellər aid edilir. Kömür şaxtaları və neft quyuları, habelə 
başqa istehsal tikililər də bu qrupdan sayılır.  
İstehsal  prosesində  binaların  və  tikililərin  əhəmiyyəti 
çox  böyükdür.  Bunlar  həmin  prosesdə  bilavasitə  iştirak  et-
məsə də, hər halda bunlarsız istehsal prosesi ya ümumiyyətlə 
əmələ gələ bilməz, ya da yarımçıq həyata keçirilə bilər.  
İstehsal  və  qüvvət  avadanlığının  ayrı-ayrı  növləri 
arasında  daimi  əlaqə  vardır.  Bu  əlaqə  ötürücü  mexanizm-
lərin və nəqliyyat vasitələrinin köməyi ilə həyata keçirilir 
ki, həmin mexanizmlər və nəqliyyat vasitələri vahid isteh-
sal mexanizminin ayrı-ayrı hissələri arasında qarşılıqlı is-
tehsal  əlaqələrinin  yaradılmasını  təmin  edir.  Ötürücü  me-
xanizmlər  məfhumuna  müxtəlif  növ  enerjini  (elektrik 
enerjisini,  istilik  enerjisini  və  mexaniki  enerjini),  habelə 
mal  və  qazabənzər  maddələri  bir  yerdən  digər  yerə  köçü-
rən  bütün  mexanizmlər  və  qruplar  daxildir.  Deməli,  elek-
trik və istilik şöbələri, telefon və teleqraf şəbəkələri, trans-
missiyalar, boru kəmərləri və s. əsas fondların bu qrupuna 
aid edilir. 
Dəzgahlar, maşınlar, aparatlar, enerji mənbəyi vasitə-
silə hərəkətə gətirilməlidir. Buna görə də zavodlarda, fab-
riklərdə,  şaxtalarda  istehsal  avadanlığı  ilə  yanaşı  olaraq 
qüvvət (quç) avadanlığı da olur. Bu qrupa ilk mühərriklər – 
buxar  maşınları,  lokomotivlər,  dizellər,  habelə  elektrik  ge-
neratorları, sabit və dəyişən cərəyanla işləyən elektrik motor-
ları,  qüvvət  transformatorları  və  s.  daxil  edilir.  Bu  qrup 
müəssisənin enerji silahlılığının  səviyyəsini göstərir.  
Müəssisənin əsas istehsal fondlarına istehsal avadan-
lığı,  yəni  texnoloji  prosesdə  bilavasitə  iştirak  edən,  onu 
həyata  keçirən  istehsal  alətləri  daxildir.  Xammalı  və  əsas 
materialları  mexaniki,  termik  və  kimyəvi  üsullarla  emal 


 
 
149 
edən hər cür iş maşınları və aparatları – dəzgahlar, preslər, 
çəkiclər, mədən və filiz avadanlığı, domna və  marten so-
baları,  prokat  dəzgahları,  elektroqaynaq  aparatları,  kimya 
aparatları,  əyiricilik  və  toxuculuq  avadanlığı  və  s.  əsas 
fondların  istehsal  avadanlığı  fonduna  aid  edilir.  İstehsal 
avadanlığı ən fəal hissəsi olub, müəssisənin istehsal gücü-
nün təyin edilməsində həlledici əhəmiyyətə malikdir. 
Nəqliyyat vasitələri qrupu dəmiryol və başqa nəqliy-
yat növlərinin əsas vasitələrindən – lokomotivlərdən, plat-
formalardan,  vaqonetkalardan,  avtomobillərdən,  qoşqu, 
avtomobil və s. dən ibarətdir.  
Əsas istehsal fondlarına inventar, alət  və  başqa  əsas 
vasitələr, yəni müxtəlif iş alətləri, uyğunlaşdırıcılar, ştamp-
lar,  modellər,  laboratoriya  və  ölçü  cihazları,  təsərrüfat  və 
dəftərxana  inventarı,  hesab  maşınları,  kompüterlər,  yazı 
maşınları,  dəmir  kassaları  və  s.  müxtəlif  qruplara  ayrılır. 
Planlaşdırma və uçot işləri təcrübəsində əsas fondların tər-
kibinə yalnız azı bir il işləyə bilən və hərəsinin dəyəri 100 
manatdan aşağı olmayan inventar və alət növləri aid edilir. 
İstehsal  əsas  fondları  istehsalda  fəal  iştirakına  görə 
aktiv  və  passiv  hissələrə  ayrılır.  Aktiv  hissəyə  qurğular, 
güc maşın və avadanlıqları, mühərriklər, iş maşınları, ava-
danlıqlar  və  s.,  passiv  hissəsinə  –  binalar,  inventar,  labo-
ratoriya ləvazimatı və s. aiddir. 
İstehsal  əsas  fondların  müxtəlif  qruplarının  onların 
ümumi  dəyərindəki  nisbətləri  əsas  fondların  strukturunu 
xarakterizə  edir  və  faizlə  ifadə  olunur.  Əsas  fondlarının 
strukturu o halda mütərəqqi hesab edilir ki, onun tərkibin-
də  qurğuların  xüsusi  çəkisi  yüksək  olur.  Bu  istehsal  əsas 
fondların  hər  manatına  daha  çox  məhsul  buraxılışına  im-
kan verir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə