Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

 
 
133 
fatlandırılması  ayrı-ayrılıqda  kəmiyyət  və  keyfiyyət  gös-
təricisi  və  eyni  zamanda  hər  iki  göstəricilər  üzrə  birlikdə 
aparıla bilər. Keyfiyyət göstəricilərinə misal olaraq, bura-
xılan  məhsulun  etibarlılığı  və  davamlılığı,  brakın  və  qə-
zaların azaldılması, maddi-enerji ehtiyatlarına qənaət və s. 
göstərmək  olar.  Kəmiyyət  göstəricilərinə  aiddir:  məhsul 
buraxılışı üzrə tapşırığın yerinə yetirilməsi faizi, işin həya-
ta keçirilməsi müddətinin ixtisar edilməsi və s. 
Mükafat vermək üçün başlanğıcın kifayət qədər yük-
sək ilk normalar əsasında müəyyən edilməsi – əmək haqqı 
sisteminin  tətbiqinin  effektli  olması,  yəni  əmək  məhsul-
darlığının daha da artırılması üçün ən mühüm şərtdir.  
İşəmuzd qiymətə edilən əlavələrin miqdarı müəyyən 
bir sahə üçün təsdiq edilmiş nümunəvi cədvəllərə (şkalala-
ra) uyğun olaraq təyin edilir. İş qiymətinə edilən mütərəq-
qi əlavələr kifayət qədər olmalıdır ki, əmək məhsuldarlığı-
nın yüksəldilməsi üçün maraq oyada bilsin. 
İşəmuzd  işlərdə  mükafatlı  sistem,  qiymətli  xammal 
və ya yarımfabrikatlara qənaət edilməsinə, məhsulun key-
fiyyətinin  yüksəldilməsinə  və  istehsalın  başqa  keyfiyyət 
göstəricilərinin yaxşılaşdırılmasına nail olunması xüsusilə 
vacib olan sahələrdə daha çox tətbiq edilir.  
Mükafat  –  istehsalın  mexanikləşdirilməsi  inkişaf  et-
dikcə daha da genişlənmək üçün böyük perspektivlərə ma-
lik olan çox çevik və effektli əmək haqqı formasıdır. Yük-
sək  dərəcədə  mexanikləşdirilmiş  bir  sıra  sahələrdə  işə-
muzd əmək haqqı sistemi müvəffəqiyyətlə tətbiq edilir.  
İşəmuzd  əmək  haqqı  sistemi  üçün  əsas  ilk  şərtlərin, 
yəni  ciddi  müəyyən  edilmiş  texnologiyanın,  əsaslandırıl-
mış  iş  normalarının  olmadığı  sahələrdə  də  mükafatlı  iş 
normalarının  olmadığı  sahələrdə  də  mükafatlı  vaxtamuzd 


 
 
134 
sistemin tətbiq edilməsi məqsədəuyğundur. Fəhlələrə veri-
lən  mükafatlar  əməyin  ödənilməsinin  vahid  fondu  hesa-
bına ödənilir. İşəmuzd – mükafatlı əmək haqqı sistemində 
fəhlənin  aylıq  əmək  haqqının  kəmiyyətini  (Ə
h.mük
)  hesab-
lamaq üçün aşağıdakı düsturdan istifadə edilir: 
 
Ə
h.mük 
= Ə
h.m 
+(Əh.m  • K
mük
) : 100 
 
Burada, K
mük
 – fəhləyə veriləcək mükafat, faizlə gö-
türülür. 
İşçinin  fəaliyyətinin  fərdi  nəticələri  nə  qədər  dürüst 
nəzərə alınarsa mükafat bir o qədər səmərəli olar. Növbə-
lər  və  xidmət  edilən  avadanlıq  qrupları  üzrə  və  ya  müəy-
yən iş yerləri üzrə iş nəticələri uçotunun yaxşı təşkil olun-
ması,  işçinin  vəzifələrinin  və  xidmət  edilən  avadanlıq  va-
hidləri  sayının  dürüst  müəyyən  edilməsi  –  mükafatlandır-
manın  müvəffəqiyyətlə  tətbiq  edilməsi  üçün  mühüm  şərt 
təşkil edir.  
Sistemli  mükafatların  verilməsi  qaydası  adətən,  mü-
kafatlandırma  haqqındakı  əsasnamədə  göstərilir.  Birdəfə-
lik mükafatların maraq oyadıcı rolunu artırmaq üçün, hər 
dəfə, birdəfəlik mükafatın nə üçün, hansı fonddan, nə qə-
dər və kimə verilməsi haqqında müəssisənin bütün kollek-
tivinə xəbər vermək lazımdır. 
Müəssisələrdə  əmək  haqqının  ödənilməsində  akkord 
sistemi  istifadə  edilir.  Müştərək  işəmuzd  sistemi  akkord 
formasında da tətbiq edilir. Burada akkord formasına daxil 
olan  işlər  texnoloji  prosesin  xarakterinə  görə  ayrıla  da 
bilər, lakin işin tez və keyfiyyətli görülməsi  üçün briqada 
üzvlərində  ümumi  maraq  oyadılması  məqsədi  ilə  həmin 
işlər birləşdirilir. 


 
 
135 
Bu sistem də normaların dürüst hazırlanmasını və nar-
yada daxil olan bütün əməliyyat və işlərin yerinə yetirilməsi 
üçün lazım olan vaxtın dəqiq hesablanmasını  tələb edir. 
Akkord əmək sistemindən əsasən  tikintidə və nəqliy-
yatda  istifadə  olunur.  Akkord  əmək  haqqı  briqadanın  icra 
edəcəyi iş üzrə bütövlükdə hesablanılır. Akkord iş qiymət-
ləri  müəyyən  edilərkən  kompleks  akkord  işlərinə  daxil 
olan mövcud normalar və ayrı-ayrı iş vahidinin (həcminin) 
qiymətləri  əsas  götürülür.  Əməyin  akkord  sistemi  üzrə 
ödənilməsində  akkord  tapşırıqlarının  keyfiyyətlə  və  vax-
tından əvvəl yerinə yetirilməsi üçün mükafatlandırma qay-
dası  da  müəyyən  edilir.  Mükafat,  əmək  haqqına  akkord 
qaiməsi  üzrə  əlavə  olunur  və  həmin  müəssisədə  mövcud 
olan mükafatlandırma qaydası əsasında verilir. 
Əmək  haqqının  ödənilməsi  növləri  içərisində  vaxta-
muzd əmək haqqı geniş yayılmışdır. 
Sənaye  müəssisələrində  işləyən  fəhlələrin  müəyyən 
hissəsi üçün vaxtamuzd əmək haqqı forması tətbiq edilir. 
Vaxtamuzd  əmək  haqqı  sistemində  fəhlələrə,  işlən-
miş iş vaxtından və öz tarif dərəcəsindən asılı olaraq əmək 
haqqı verilir. Vaxtamuzd əmək haqqı, başlıca olaraq fəhlə-
nin  fərdi  istehsal  normasını  müəyyən  etmək  mümkün  ol-
mayan  iş  növləri  üzrə  tətbiq  edilir.  Bu  qrupa,  adətən  kö-
məkçi  fəhlələr,  yəni  sexin  təmir  fəhlələri,  sazlayıcılar, 
yağlayıcılar,  krançılar,  sex  süpürgəçiləri  və  başqa  fəhlə 
kateqoriyaları aid edilir. 
Bütün  sənaye  fəhlələrinin  cəmisi  dörddə  bir  hissəsi 
qədərinə vaxtamuzd sistemi üzrə, bunlardan üçdə iki hissəsi 
isə  əlavə  olaraq  mükafatlı  sistem  üzrə,  əmək  haqqı  verilir. 
Yəni  onların  əmək  haqqı  buraxılan  məhsulun  miqdarına 
görə  deyil,  işlənmiş  vaxta  görə  hesablanır.  Vaxtamuzd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə