Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   86

 
 
130 
danlıq  və  alətlərdən  daha  yaxşı  istifadə  edilməsinə  maraq 
oyadır,  iş  vaxtının  itkisini,  işsiz  dayanmaları  və  istehsala 
rəhbərlik  işində  təşkilat-texniki  nöqsanları  aradan  qaldır-
maq üçün fəhlələri səfərbərliyə alır. 
Müstəqim  işəmuzd  əmək  haqqı  sistemində  işçinin 
əmək  haqqı  hazırlanmış  məhsulun  miqdarına  və  məhsul 
vahidinin  istehsalı  üçün  müəyyən  edilmiş  əmək  haqqına 
(iş qiymətinə) əsasən təyin edilir. İş qiyməti – iş dərəcəsi-
nin saatlıq tarif maaşının müəyyən bir işin görülməsi üçün 
vaxt  norması  üzrə  lazım  olan  normalaşdırılmış  saatların 
sayına vurulması yolu ilə müəyyən edilir. Əgər tarif siste-
mi  növbə  üçün  müəyyən  edilmişsə,  onda  iş  qiyməti  mü-
vafiq  dərəcənin  günlük  tarif  maaşının  günlük  istehsal 
normasına bölünməsi yolu ilə müəyyən edilir. 
İşəmuzd  iş  qiymətinin  hesablanmasını  belə  bir  nis-
bətlə ifadə etmək olar: 
 
 
               
 
     Hesablama üçün əsas olaraq həmin işin görülməsi üçün 
saat  hesabı  ilə  normalaşdırılmış  vaxt  götürülərsə,  onda 
nisbət belə bir forma alar: 
 
   • 
 
                  
 
 
        
  
 
İş  qiymətinin  əvvəlcədən  müəyyən  edilməsi  və  fəhlə 
işə  başlamazdan,  ona  tapşırıq  (naryad)  verilərkən  fəhləyə 
bildirilməsi xüsusilə vacibdir. Kütləvi surətdə təkrar olunan 
Məmulatın 
qiyməti 
İş dərəcəsinin 
saatlıq tarif 
maaşı 
Məhsul vahidi üçün 
saat hesabı ilə 
normallaşdırılmış vaxt 
 
Məmulatın 
qiyməti          
Müəyyən bir dərəcənin növbəlik tarif maaşı 
 
Ədəd hesabı ilə növbəlik istehsal norması 


 
 
131 
işlərə,  naryad verilmədiyindən, bu barədə bütün fəhlələrin 
məlumat alması üçün, iş qiymətləri adətən sexdə asılır. 
İşəmuzd  əmək  haqqının  qeyri-müstəqim  sistemində 
fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlə-
lərin  əmək  haqqından  və  ya  istehsal  etdikləri  məhsulun 
miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə 
xidmət  edən  köməkçi  fəhlələrin  əmək  haqqının  ödənil-
məsində tətbiq olunur. Bu sistemin iki variantını fərqləndi-
rirlər:  birinci  variantda  hər  hansı  iş  yerinə  xidmət  edən 
fəhlənin əmək haqqı, əsas işəmuzdçu fəhlənin hasilatından 
asılı  olaraq  müəyyən  edilir.  Ona  görə  də  köməkçi  fəhlə 
ayrı-ayrı  iş  yerləri  və  ya  istehsal  sahələrinə  fasiləsiz  və 
keyfiyyətli  xidmət  etməyə  maddi  cəhətdən  maraqlı  olur. 
Əgər əsas fəhlə bir işi icra edərsə, onda köməkçi fəhlə də 
həmin işə görə əmək  haqqı alır. Belə olan halda köməkçi 
fəhlənin əmək haqqının kəmiyyətini müəyyən etmək üçün 
həmin  fəhlənin  gündəlik  tarif  maşını  (T
m
)  norma-saat  və 
yaxud digər natural ifadələrlə ifadə olunan xidmət norması 
(t
xid
)  ilə  həmin  xidmət  obyekti  üçün  plan  üzrə  müəyyən 
edilmiş tapşırıq (N
pl
) hasilinə bölmək lazımdır, yəni: 
 
Ə
h.d 
= T
m
 : (t
xid
  •  N
pl
). 
 
Bu  sistemin  tətbiq  edilməsi  üçün  zəruri  müqəddəm 
şərtlər:  əməyin  normallaşdırılmasının  yüksək  keyfiyyətdə 
olmasından, iş uçotunun yaxşı təşkil edilməsindən, məhsu-
lun  keyfiyyətinə  görə  qəbul  edilməsindən  və  iş  yerinin 
xammalla  və  ya  pəstahı  ilə  normal  surətdə  təmin  edilmə-
sindən əsaslıdır. 
İşə görə mütərəqqi əmək haqqı sisteminin əhəmiyyəti 
böyükdür.  İşəmuzd  əmək  haqqında  fəhlənin  əmək  haqqı 
onun istehsal etdiyi məhsulun artmasına və əmək məhsul-


 
 
132 
darlığının  yüksəldilməsinə  tam  müvafiq  olaraq  artır.  İşə 
görə mütərəqqi əmək haqqı sistemində fəhlənin əmək haq-
qı onun əməyinin məhsuldarlığından daha sürətlə artır; bu 
ondan irəli  gəlir ki, əsas işəmuzd qiymətinə edilən əlavə-
lər get – gedə, mütərəqqi sürətdə artır. Bu sistemin elə bu 
xüsusiyyəti göstərir ki, həmin sistem əmək haqqının kütlə-
vi və daimi forması ola bilməz, çünki bu əmək məhsuldar-
lığının  artımına  nisbətən  əmək  haqqının  daha  sürətlə  art-
masına səbəb olardı. Lakin bəzi təşkilati və iqtisadi şərtlə-
rə  riayət  edildikdə  işə  görə  mütərəqqi  sistem  bütövlükdə 
müəssisə  üzrə  əmək  məhsuldarlığının  artırılmasına  və 
maya dəyərinin aşağı salınmasına səbəb ola bilər.  
Mütərəqqi  işəmuzd  sistemin  tətbiq  edilməsi  sahələri 
və  bu  sistem  üzrə  əlavə  mükafat  vermək  üçün  çəkiləcək 
xərclərin miqdarı həmin şərtlərə əsasən müəyyənləşdirilir. 
Bu sistemin tətbiq edilməsi üçün zəruri, əsas şərtlər: əmə-
yin  normalaşdırılmasının  yüksək  keyfiyyətdə  olmasından, 
iş uçotunun yaxşı təşkil edilməsindən, məhsulun keyfiyyə-
tə görə qəbul edilməsindən və iş yerinin xammalla normal 
sürətdə təmin edilməsindən asılıdır.  
Daimi əmək haqqı sistemi olmaq etibarı ilə mütərəq-
qi işəmuzd sistem sənayenin ayrı – ayrı sahələrində və bir 
sıra xüsusilə mühüm işlərdə tətbiq edilir. Başqa sahələrdə 
sistemin  müvəqqəti  əmək haqqı forması olmaq  etibarı ilə 
müəyyən bir iş sahəsində tətbiq edilməsi daha düzgündür.  
İşəmuzd-mükafatlı əmək haqqı sistemində işəmuzdçu 
fəhlə müstəqim əmək haqqından əlavə işin konkret kəmiy-
yət və keyfiyyət göstəriciləri üzrə tapşırığın (sifarişin) ye-
rinə  yetirilməsi  və  artıqlaması  ilə  ödənilməsi  üçün  müəy-
yən  məbləğ  mükafat  alır.  Bu,  işəmuzd-mükafatlı  əmək 
haqqının  əsas  mahiyyətini  təşkil  edir.  Fəhlələrin  müka-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə