Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

 
 
115 
fəhlələrin  sayı  iş  yerlərinin  miqdarına,  yaxud  xidmət  nor-
malarına görə müəyyən edilir.  
Ştat cədvəli isə müəssisələrin quruluş və ölçüsü, xü-
susi  bölmə  və  şöbələrin  sayı,  onların  istehsalda  düzgün 
yerləşdirilməsi əsasında müəyyən edilir. 
Kiçik xidmətedici heyətin sayı bir nəfər işçinin xid-
mət normasına görə hesablanır.  
Müəssisələrdə çox vaxt gözətçilərin və mühafizəçilə-
rin sayı – gözətçi və mühafizəçi məntəqələrinin sayına gö-
rə və nəhayət şagirdlərin sayı isə – əlavə işçilərə olan tələ-
bata əsasən müəyyən edilir.  
İstehsal  heyətinin  müəssisənin  iqtisadi  nəticələrinə 
təsiri onun fəhlələrin peşə hazırlığından asılıdır.  
Sənaye  müəssisələrinin fəhlə hazırlığı əsasən  texniki-
peşə məktəbləri vasitəsi ilə aparılır. Texniki-peşə məktəblə-
rində təhsil müddəti bir ildən üç ilə kimi müəyyən edilmiş-
dir.  Adətən,  texniki-peşə  məktəblərində  hazırlanan  fəhlə 
kadrları istehsal hazırlığı ilə yanaşı texniki və nəzəri biliyə 
də malik olurlar. Texniki-peşə məktəblərində təhsil müddə-
ti bir il olan peşələr üzrə fəhlə kadrları ikinci dərəcəli, iki il-
lik təhsil müddətində – iki-üç, üç illik təhsil müddətində ha-
zırlanarsa,  daha  yüksək  dərəcəli  fəhlə  kadrları  hazırlanır. 
İstehsalın konkret şəraitindən asılı olaraq fəhlə  kadrlarının 
əksər hissəsi bilavasitə müəssisələrdə hazırlanır.  
Müəssisələrdə  fəhlə  kadrları,  əsasən,  aşağıdakı  for-
malarda hazırlanır: 
a) fərdi formada –  fəhlə kadrlarının hazırlanması hər 
bir şagirdin (yeni işə qəbul edilmiş  işçinin) iş yerində təli-
matçılar  tərəfindən  öyrədilməsi  yolu  ilə  aparılır.  Təlimat-
çılar briqadirlər, baş ustalar və yüksək ixtisaslı fəhlələr ola 
bilər.  Onlar  şagirdlərə  konkret  peşə  üzrə  əməli  olaraq  iş 


 
 
116 
fəndlərini  öyrənməyə  və  istehsalat  vərdişi  əldə  etməyə 
kömək edirlər; 
b) briqada formasında – fəhlə kadrları hazırlığı briqa-
da şəklində təşkil olunan işlərdə həyata keçirilir. Briqada-
nın tərkibi və miqdarı peşələrin müxtəlifliyindən və isteh-
salat şəraitindən asılı olaraq  müəyyən edilir. İstehsalat tə-
limini başa vurduqdan sonra şagirdlər öyrəndikləri peşə və 
ixtisaslar  üzrə  müəyyən  edilmiş  qaydada  sorğudan  (imta-
handan) keçirilir və onun nəticəsindən asılı olaraq  onlara 
müvafiq  tarif  dərəcələri  verilir.  Bu  zaman  təhsil  müddəti 
üç aya qədər olur
c)  qrup  formasında  –  istehsalat  təlimi  peşə  qrupları 
üzrə aparılır və təlim işləri xüsusi briqadasında, yaxud da 
tədris-istehsalat  emalatxanalarında  həyata  keçirilir.  Qrup 
formasında  kadr  hazırlığının  briqada  formasındakına  nis-
bətən fərqi ondan ibarətdir ki, briqada kollektiv fərdi işlər 
icra edən fəhlələrdən təşkil olunur. Qrup formasında daha 
mürəkkəb peşələr üzrə fəhlə kadrları hazırlanır; 
d)  məktəb  və  kurslar  formasında    istehsalatdan  ay-
rılmaq və ayrılmamaqla daha mürəkkəb peşə və ixtisaslar 
üzrə  fəhlə  kadrları  hazırlanır.  Özü  də  istehsalatdan  ayrıl-
madan təşkil olunan məktəb  və kurslar və məktəblərdə isə 
müəssisələrarası  formada  həyata  keçirilir.  Belə  kurs  və 
məktəblərdə təhsil alanların sayı 10 nəfərdən az və 30 nə-
fərdən çox olmamalıdır. 
Müəssisələr  üçün  mütəxəssis  kadrları  dövlət  və 
qeyri-dövlət ali və orta ixtisas məktəblərində, kolleclərdə, 
universitetlərdə  və  Akademiyalarda  hazırlanır.  Mütəxəs-
sislərin  bu  və  ya  digər  mütəxəssis  qrupuna  aid  edilməsi 
onların ali və orta ixtisas təhsili məktəblərini başa vurduq-
dan sonra aldıqları diplomlar ilə müəyyən edilir. 


 
 
117 
5.3. Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları 
 
Əmək məhsuldarlığı  dedikdə əmək sərfiyyatının sə-
mərəliliyi,  məhsulun  hər  vahidinə  sərf  edilən  əməyin  sə-
viyyəsi nəzərdə tutulur. Əmək  məhsuldarlığının artırılma-
sı  məhsulun istehsalı üçün lazım olan iş vaxtının qısaldıl-
ması deməkdir. Cəmiyyət, məhsulun hər vahidinə sərf olu-
nan əməyi azaltmaqla hər işçi başına daha artıq miqdarda 
məhsul  istehsal  etmək  və  deməli,  öz  artan  tələbatını  daha 
dolğun  təmin  etmək  imkanına  malik  olur.  Əmək  məhsul-
darlığının  daim  yüksəldilməsi,  istehsalının  artırılması  və 
təkmilləşdirilməsi üçün zəruri şərtdir. 
İstehsalında  əmək  məhsuldarlığını  yüksəltmək  üçün 
əməli yollar mövcuddur. Bu yollardan ən mühümü ağır sə-
nayenin birinci növbədə inkişaf etdirilməsi və ən yeni tex-
nikanın  daha  geniş  tətbiq  edilməsindən,  işçilərin  ümumi 
təhsil  və  mədəni  səviyyəsinin  yüksəldilməsindən  əmək  
intizamının  möhkəmləndirilməsi  və  onun  ən  yaxşı  təşkili  
formalarının  tətbiq  edilməsindən  və  mövcud  olan  imkan-
ların genişləndirilməsindən ibarətdir. 
Əmək  məhsuldarlığının  yüksəlməsi  –  istehsalı  artır-
maq, xalqın  maddi vəziyyətini daha da yaxşılaşdırmaq və 
mədəni səviyyəsini daha da  yüksəltmək  yolunda həlledici 
şərtdir. 
Əmək məhsuldarlığını yüksəltmək uğurundakı müba-
rizə, əsas fondlardan daha yaxşı istifadə edilməsi və mate-
rial  resurslarının  daha  artıq  qənaətlə  işlədilməsi  ilə  sıx 
sürətdə əlaqədardır.  
Fəhlə  və  qulluqçuların  mədəni-texniki  səviyyəsini 
yüksəltmək və onların istirahəti üçün daha yaxşı  şərait ya-
ratmaq məqsədilə ictimai istehsal artdıqca  və əmək  məh-


 
 
118 
suldarlığı yüksəldikcə onların qazandığı nailiyyətlər çoxa-
lar və gəlirləri artar. 
Hər  fəhləyə  düşən  istehsalın  artırılması,  əməyin  in-
tensivliyini  yüksəltmək,  yəni  müəyyən  vaxt  ərzində  daha 
artıq miqdar əmək sərfi yolu ilə edilə bilər. 
Əmək  mühafizəsini və    təhlükəsizlik texnikasını  ya-
xınlaşdırmaq  üçün  sənaye  müəssisələrində  hər  il  böyük 
tədbirlər görülür. Bu şəraitdə sənayenin hər bir işçisi, özü-
nün tam  qüvvə və qabiliyyətləri daxilində  vicdanla çalış-
malıdır. 
Hər  bir  fəhləyə  düşən  istehsalın  artırılması,  əməyin 
məhsuldarlıq qüvvəsini yüksəltmək, yəni istehsalın  texniki 
cəhətdən  daha  artıq  silahlanması  və  işçilərin    ixtisasının 
yüksəldilməsi  nəticəsində  eyni  miqdar  əməyin  daha  çox 
məhsul  vermək  qabiliyyətini  artırmaq  yolu  ilə  əldə  edilir. 
Bu, müəssisələrdə (əmək müəssisələrdə) əmək məhsuldar-
lığını  yüksəltmək  üçün  əsas  yoldur.  Texnikanı  durmadan 
tərəqqi  etdirmək  və  kadrların  mədəni-texniki  səviyyəsini 
daima  artırmaq  haqqındakı  obyektiv  zərurət  də  buradan 
irəli gəlir. Sənayenin fəhlələri və  mühəndis-texnik işçiləri 
istehsalın texnikası və texnologiyanın təkmilləşdirilməsinə 
hər  vasitə  ilə  kömək  etməyə  və  öz  texniki  biliklərini  və 
məharətlərini daim yüksəltməyə çalışmalıdırlar. 
Müasir  cəmiyyətdə  hər  bir  zəhmətkeş  nə  qədər  çox 
məhsul  istehsal  edirsə,  öz  əməyi  müqabilində  bir  o  qədər 
artıq haqq alır; cəmiyyət də, istehsalı daha da inkişaf etdir-
mək  və  xalqın  maddi  rifahını  yüksəltmək  yolunda  tədbir-
lər  görmək  üçün  bir  o  qədər  artıq  imkan  əldə  etmiş  olur. 
Əmək məhsuldarlığının yüksək surətlə artmasını təmin et-
mək işində dövlət mənafeyi ilə xalq mənafeyinin ayrılmaz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə