Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

 
 
100 
istehlakçılar  tərəfindən  verilmiş  sifarişlər  və  dövlət  tapşı-
rıqları  əsasında  carı  ildə  buraxılacaq  məhsulların  (işlərin, 
xidmətlərin) tam nomenklaturası, çeşidi, miqdarı və müd-
dətləri  müəyyən edilir; 2) sonra  carı ilin sonuna  müəssisə 
anbarında qalmış hazır məhsulların miqdarı və tamamlan-
mamış  istehsalın  həcmi  müəyyənləşdirilir;  3)  daha  sonra, 
zəruri  təşkilati  –  texniki  tədbirləri  nəzərə  almaqla  cari  il 
üçün  istehsal  proqramının  layihəsi  işlənib  hazırlanır  və 
əmək  kollektivinin  müzakirəsinə  verilir.  Əmək  kollektivi 
tərifindən  qəbul  edilmiş  istehsal  proqramı  müəssisənin 
müvafiq bölmələrinə göndərilir. 
Müəssisə  miqyasında  bütün  səviyyələrdə  istehsal 
proqramı üç bölmədən ibarət olaraq işlənib hazırlanır:  
a) natural ifadədə məhsul istehsalı bölməsi;       
b)  tamamlanmamış  məhsul  qalığının  dəyişməsi  böl-
məsi;  
v) istehsal gücü balansı və ondan istifadə bölməsi. 
Sənaye  müəssisələrində  istehsal  proqramını  yüksək 
səviyyədə  işləyib  hazırlamaq  üçün  aşağıdakı  tələbləri  nə-
zərə almaq lazımdır: 
a)  istehsal  proqramı  elə  tərtib  edilməlidir  ki,  onun 
həyata keçirilməsi dövlət tərəfindən verilmiş tapşırıqların, 
bağlanmış təsərrüfat müqavilələrin və istehlakçılar tərəfin-
dən verilmiş sifarişlərin tam və vaxtında yerinə yetirilmə-
sini təmin etmiş olsun;  
b)  istehsal  proqramının  göstəriciləri  elmi  cəhətdən 
əsaslandırılmalıdır, yəni o, elmi–texniki tərəqqinin nailiy-
yətlərini, qabaqcıl istehsal təcrübəsini, səmərələşdiricilərin 
və  yenilikçilərin  təkliflərini  (tövsiyələrini)  özündə  əks  et-
dirməlidir;  


 
 
101 
v)  istehsal  proqramı  istehsalın  ahəngdarlığını  təmin  et-
məlidir,  çünki  bu,  müəssisənin  istehsal  gücündən,  maddi  – 
enerji, əmək və maliyyə resurslarından istifadəni yaxşılaşdırır 
və öhdəliklərin vaxtında yerinə yetirilməsinə şərait yaradır;  
q)  istehsal  proqramı  optimal  olmalıdır,  yəni  istehsal 
proqramı  elə  işlənib  hazırlanmalıdır  ki,  əksər  fəhlələr 
tərəfindən yerinə yetirilmiş olsun;  
d) istehsal proqramı mövcud texnoloji maşın və ava-
danlıqların tam yüklənməsini təmin etməlidir. 
Müxtəlif  sənaye  müəssisələrində  işlənib  hazırlanan 
istehsal  proqramlarının  tərkibi  və  quruluşu  eyni  deyildir, 
çünki  hər  bir  konkret  müəssisədə  istehsal  proqramının 
tərkibi  və  quruluşu  istehsalın  təşkili  tipindən,  texnika  ilə 
silahlanma  səviyyəsindən,  müəssisənin  məqsəd  və  strate-
giyasından,  onun  ixtisaslaşdırılması  dərəcəsindən  və  s. 
amillərdən asılı olaraq formalaşdırılır. 
Müəssisənin  istehsal  proqramının  əsaslandırılması 
onun iş qüvvəsi və material resursları  ilə təminatı səviy-
yəsindən bilavasitə asılı olur. 
İstehsal proqramının  resurs təminatının müəyyən et-
mək  və  əsaslandırmaq  üçün  iki  qrup  göstəricilərdən  kə-
miyyət və keyfiyyət göstəricilərindən istifadə olunur. 
Kəmiyyət göstəriciləri  mütləq ölçülərdə ifadə olunur 
və  belə  göstəricilərə  ümumi,  əmtəəlik,  realizə  olunmuş, 
başqa  həcm  göstəriciləri    və  habelə  işçilərin  sayı,  əmək 
haqqı fondu, mənfəətin kütləsi və s. bu kimi digər göstəri-
cilər aiddirlər. 
Keyfiyyət  göstəriciləri  nisbidirlər  –  müxtəlif  kəmiy-
yət  göstəricilərinin  biri  –  birilə  müqayisələri  yolu  ilə  he-
sablanılır.  Belə  göstəricilərdən  əmək  məhsuldarlığı,  fond-


 
 
102 
verimi,  materialtutumu, rentabellik səviyyəsi  və s. göstər-
mək olar. 
Müəssisənin  proqramının  mühüm  göstəricilərindən 
biri məhsul buraxılışı göstəricisidir. Müəssisənin tərkibin-
dən  kənara  buraxılan  və  kənara  buraxılmaq  üçün  təyinat 
alan  hazır  məhsul  və  yarımfabrikatlar  və  habelə  kənar 
üçün sənaye xarakterli xidmətlər daxil edilir. 
Müəssisənin  məhsulunun  buraxılış  planında  istehsal 
olunan məmulatın kənara satışından və ya öz ehtiyaclarını 
ödəməkdən asılı olmayaraq, onları natural (cinsi) və dəyər 
göstəricilərində istehsal proqramına daxil edirlər. 
Natural şəkildə hazır məhsul buraxılışı sənaye müəs-
sisəsinin  istehsal  proqramının  mühüm  göstəricilərindən 
biri hesab olunur. 
İstehsal proqramına, natural şəkildə, məhsul istehsalı 
tapşırığı sahələrarası proporsiyaları müəyyən edən ən mü-
hüm məhsullar üzrə daxil edilir. 
Məhsul  həcminin  natural  göstəricilərlə  plana  daxil 
edilməsində məqsəd istehsalın maddi – əşya proporsiyala-
rını və  müəssisədaxili təsərrüfat əlaqələrinin müəyyən et-
mək  və  sahələrin  birgə  fəaliyyətini  nəzarət  altına  almaq, 
nəticə  etibarilə  istehsal  ilə  istehlak  arasında  uyğunluğa  
nail olunmaqdır. 
Məhsul  istehsalı  üzrə  proqramda  natural  göstəricinin 
ölçü  vahidi  məhsulun  istehlak  xassələrini  özündə  daha 
dəqiq  əks  etdirən  fiziki  ölçü  vahidlərində  göstərilir.  Məsə-
lən,  istehsal  ediləcək  elektrik  enerjisinin  həcmi  kilovat  –
saatla, neft, kömür, çuqun, polad – tonla, parça – kv. metrlə 
və s. ölçülür. 
Bəzi  məhsulların  natural  göstəriciləri  iki  ölçü  vahidi 
ilə verilə bilər: məsələn, elektrik mühərrikləri həm ədədlə 


 
 
103 
və  həm  də  kVt  güc  ölçüsü  ilə  istehsal  proqramına  daxil 
oluna bilər. 
Məhsul istehsalının həcmi natural ifadədə bağlanmış 
kontraktlar müqabilində kənara və həm də daxili ehtiyac-
lara təyinatından asılı olaraq iki göstərici vasitəsilə verilir: 
a) ümumi buraxılış; 
b) əmtəəlik buraxılış. 
Birinci  göstərici  həm  kənara  və  həm  də  daxili  ehti-
yatlar üçün təyinat alan bütün istehsalı özündə birləşdirir. 
İkinci göstərici – əmtəəlik buraxılış –  yalnız kənara,  
bazar  üçün  təyinat  almış  məhsul  istehsalının  həcmini  xa-
rakterizə edir. 
Natural  ölçülərlə  ümumi  buraxılış  göstəricisinin 
planlaşdırma  praktikasında  tətbiqi  ən  mühüm  maddi  ne-
mətlər  istehsalının  tam  həcmini  öyrənmək  və  bir  də  ayrı-
ayrı məhsullar üzrə istehsal gücləri–müəssisənin il ərzində 
maksimum  məhsul istehsal etmək imkanı haqqında  məlu-
mat almaq üçün çox əhəmiyyətlidir. 
Planlaşdırma praktikasında bəzən şərti – natural göstəri-
cilər vasitəsilə ilə də məhsul buraxılışı həcmini istehsal proq-
ramına daxil edirlər. Buna zərurət o vaxt yaranır ki, eyni isteh-
lak dəyəri və analoji iqtisadi təyinatı olan məhsulun müxtəlif 
növlərinin istehsalı və həm  də onların eyni ölçüyə gətirilmə-
sinə  ehtiyac  duyulsun.  Məsələn,  yanacaq  sənayesində  şərti 
yanacaq, yeyinti sənayesində şərti banka və s. 
 Sənayenin  istehsal  proqramında  məhsul  buraxılışı 
həcmi  yalnız  natural  və  ya  şərti  –  natural  ölçülərlə  deyil, 
həm də dəyər ifadəsində verilir. 
Dəyər ifadəsində məhsulun həcmini xarakterizə edən 
göstəricilərə ümumi, əmtəəlik, realizə olunmuş (satılmış), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə