Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

 
 
90 
problemlərin  həllini  nəzərdə  tutur.  Proqramların  əhatə 
etdiyi dövr üçün yerinə yetirilməsi planı işlənib hazırlanır. 
Göründüyü kimi proqnoz, proqrama və planlar biri–birilə 
üzvü vəhdətdədirlər. 
Ölkənin  sosial  –  iqtisadi  inkişafına  dair  proqnozlar 
işlənib  hazırlanarkən,  hər  şeydən  əvvəl,  mövcud  vəziyyət 
iqtisadı, sosial və statistik tədqiqatlar vasitəsilə dərin təhlil 
edilir  və  qiymətləndirilir.  Bundan  sonra  iqtisadi  inkişaf 
konsepsiyasının  iqtisadi  strategiya  və  onun  təminat  vasitə-
ləri üçün  makroiqtisadi, ekoloji, elmi  – texniki, investisiya 
və struktur, sosial və xarici iqtisadi əlaqələr üzrə aparılacaq 
siyasət,  ölkə  bazarında  tələb  və  təklifin  tarazlığı,  ölkənin 
müdafiə  qüdrətinin  artırılması  üzrə  proqnozlar  işlənib 
hazırlanır.  Sosial  –  iqtisadi  inkişaf  proqnozlarında  habelə 
iqtisadiyyatın idarə edilməsinin daha da təkmilləşdirilməsi, 
sahibkarlığın inkişaf etdirilməsi, ədalətli rəqabət mühitinin 
yaradılması və başqa bu kimi tədbirlər də nəzərdə tutulur.  
Sosial – iqtisadi inkişaf proqnozlarında öz əksini tap-
mış bütün fəaliyyət istiqamətlərinin kəmiyyət və keyfiyyət 
cəhətlərini  səciyyələndirən  özünəməxsus  göstəricilərdən 
istifadə  olunur  və  bunlar  planlaşdırma  praktikasına  tətbiq 
olunular. 
Proqnozlaşdırma – gələcəkdə obyektin və ya hadisə-
nin həddi və arzu olunan vəziyyətləri, onlara nail olunma-
sının və reallaşdırılmasının alternativ yolları haqqında eh-
timal təsəvvürün işlənib hazırlanmasını nəzərdə tutur. Gə-
ləcəyi görmək forması olan proqnozlaşdırma sosial–iqtisa-
dı, elmi–texniki proqramların və layihələrin  işlənib hazır-
lanmasından əvvəl gəlir. Proqnozlaşdırma sosial – iqtisadi 
və  istehsal  qərarlarının  əhatə  dairəsinin  genişləndiril-
məsini, onların uzun müddətli nəticələrinin qiymətləndiril-


 
 
91 
məsini təmin edir və strateji proqramların texniki–iqtisadi 
cəhətdən əsaslandırılmasına səbəb olur. İstehsalın konkret 
şəraitindən  asılı  olaraq  proqnozlar  aşağıdakı  əlamətlərə 
görə təsnifləşdirilir: 
a)
 
doğruluq dərəcəsinə görə – hipotezik  (ardıcıl he-
sablamaları,  məhdudlaşdırıcı  amilləri  nəzərə  almadan  və 
mülahizə edilən hadisələrin baş verməsinə təsir imkanları 
olmadan),  analatik–hesablama  (hadisələrin  baş  verməsinə 
təsir  imkanları  olmadan)  və  ardıcıl  hesablamalara  əsasla-
nan proqnozlar fərqləndirilir
b)
 
vaxt  müddətinə  görə  –  proqnozlar  uzunmüddətli 
(15  ildən  çox),  ortamüddətli  (10-15  il)  və  qısamüddətli 
(1ildən 5 ilədək) proqnozlara ayrılırlar; 
c)
 
miqyasına görə – qlobal, ölkə, sahədaxili, müəssi-
sədaxili  və  elm–texniki  tərəqqinin  ayrı–ayrı  istiqamətləri 
üzrə olan proqnozlar fərqləndirilir; 
d)
 
 planlaşdırma  sahəsinə  görə  –  proqnozlar  sosial, 
iqtisadi və elmi – texniki proqnozlara ayrılır; 
e)
 
 idarəetmə  səviyyəsinə  görə  –  xalq  təsərrüfatı,  re-
gional,  sahə  və  müəssisənin  sosial  –  iqtisadi  inkişafının 
proqnozlaşdırılması fərqləndirilir. 
İqtisadi  proqnozlaşdırma  obyektləri  aşağıdakılar  ola 
bilər:  istehsal  güclərinin  mənimsənilməsi  müddətləri:  is-
tehsal  məsrəfləri:  daxili  və  xarici  bazarın  vəziyyəti:  kadr-
ların idarə edilməsi və s. Bəzən proqnoz ilə planı eyniləş-
dirirlər. Bu düzgün deyildir.  Əvvəla ona görə ki, proqnoz 
ehtimal  xarakterli  olduğu  halda,  plan  real  vəziyyəti  əks 
etdirir;  ikincisi,  plandan  fərqli  olaraq  proqnoz  istehsalın 
inkişafının əsas meyllərini, irəliləmə hərəkətinin mümkün 
istiqamətlərini  aşkara  çıxarmağa  imkan  verir;  üçüncüsü, 
proqnoz özünü doğrulmaya bilər, plan isə işlənib hazırla-


 
 
92 
narkən texniki – iqtisadi cəhətdən əsaslandırıldığından hə-
yata  keçirilməsi  mümkündür.  Ümumiyyətlə,  proqnozlaş-
dırmanın aşağıdakı xarakterik cəhətləri vardır: 
        -  birinci,  proqnozun  qeyri  –  müəyyənliyi    dedikdə, 
onun  qiymətləndirilməsi  üçün  müəyyən  edilmiş  meyarın 
daxilən qeyri–mükəmməlliyi elmi nəticələrin sıçrayışlı hə-
rəkətinin  xarakteri,  sosial  –  siyasi  hadisələrin  qabaqcadan 
xəbər  verilməsinin  çətinliyi,  cari  informasiyaların  qeyri  –
dəqiq olması və təbii şəraitin dəyişikliyi nəzərdə tutulur
-   ikincisi, proqnozun tədqiqat xarakteri daşıması 
deməkdir ki, burada fundamental elmlərin nəticələri geniş 
tətbiq  olunur  və  iqtisadi  proqnozlaşdırma  işlərinin  çoxu 
elmi – tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. Bu 
isə  başqa  ölkələrin  bu  sahədə  əldə  etdikləri  nailiyyətlər 
haqqında informasiyaların olmasını tələb edir
        -  üçüncüsü,  proqnozun  çoxvariantlılıq  xüsusiyyəti  – 
qeyri  –  müəyyənlik  şəraitindən  əmələ  gəlir.  Proqnozun 
əhatə etdiyi dövr uzun olduqca mümkün olan variantların 
sayı  da  çoxalır.  Müxtəlif  variantlı  proqnozlar  içərisindən 
seçilmiş səmərəli proqnoz planların işlənib hazırlanmasın-
da istifadə olunur. 
 
4.4. Biznes-plan və onun əsas bölmələri 
 
Bazar iqtisadiyyatı şəraitində  müəssisələrin fəaliyyə-
tinin  planlaşdırılması  sistemində  özünəməxsus  rol  oyna-
yan  və  sahibkarlıq  fəaliyyətinin  inkişafında    mühüm  əhə-
miyyət kəsb edən planlardan biri də biznes-plandır. 
Sənayenin planlaşdırılmasının inkişafından bəhs olu-
narkən  sahibkarlıq  fəaliyyətinin  planlaşdırılması  başqa 
sözlə, biznes-planların tərtibi, məqsədi, məzmunu, qurulu-
şu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə