Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

 
 
119 
birliyi  təzahür  edir  ki,  bu  da  istehsalının  əsas  üstünlüklə-
rindən biridir. 
Əmək  məhsuldarlığının  səviyyəsi  bir  sıra  amilləri 
əsasən müəyyən edilir; həm də əmək məhsuldarlığını daha 
da  yüksəltmək  üzrə  hər  bir  sənaye  sahəsinin  və  hər  bir 
müəssisənin özünə məxsus spesifik xüsusiyyətləri və ehti-
yat  mənbələri  vardır.  Bu  amillərin  bir  qismi  müəssisənin 
yerləşdirilməsi, onun kooperativləşmə əlaqələri, istehsalın 
müəyyən olunmuş həcmi və başqa şərtlərdən asılıdır. 
Əmək  məhsuldarlığını  yüksəltmək  sahəsində  bilava-
sitə  müəssisələrin  özündən  asılı  olan  amilləri  aşağıdakı 
qruplara birləşdirmək olar: 
Birinci  qrup  amillər  əməyin  məhsuldar  qüvvəsini 
yüksəldilməsi  və  məhsulun  əmək  tutumluğunun  azaldıl-
ması ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir: 
-  məhsulun  özünün  təkmilləşdirilməsi  (onun  kons-
truktiv  əsaslarının  yaxşılaşdırılması,  daha  keyfiyyətli  ma-
teriallardan istifadə edilməsi); 
- istehsalın texniki səviyyəsinin yüksəldilməsi (fəhlə-
lərin əməyinin texniki cəhətdən daha artıq silahlandırılma-
sı, məhsulun hazırlanması üsullarının yaxşılaşdırılması); 
-  fəhlələrin  ixtisas  və  ustadlığının  yüksəldilməsi 
(məhsulun hazırlanması üzrə istehsal əməliyyatlarının fəh-
lələr tərəfindən daha tez və daha yaxşı yerinə yetirilməsi); 
-  istehsalın  və  əməyin  təşkilinin  yaxşılaşdırılması 
(müəssisənin istehsal vasitələrindən və əmək ehtiyatların-
dan daha səmərəli istifadə edilməsi). 
Deməli,  məhsulun  əmək  tutumluğu  məhsuldar  qüv-
vələrin inkişafından və istehsal şəraitindən bilavasitə asılı-
dır.  Texniki  tərəqqi,  kadrların  ixtisasının  yüksəldilməsi, 
əməyin  və  istehsalın  təşkilinin  yaxşılaşdırılması  əsasında 


 
 
120 
məhsulun  əmək  tutumluğunun  azaldılması  əmək  məhsul-
darlığının durmadan artmasının əsas mənbəyidir. 
Əmək  məhsuldarlığının  səviyyəsini  müəyyən  edən 
ikinci qrup amillər iş vaxtından istifadə edilməsinin yaxşı-
laşdırılması ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir:  
-  sağlamlaşdırıcı  tədbirlər  görülməsi  və  fəhlələrin 
məişət  şəraitinin  yaxşılaşdırılması  nəticəsində  xəstəliyə 
görə işə çıxmamaq və hallarının azaldılması və habelə üzr-
süz səbəbə görə işə çıxmamaq hallarının ləğv edilməsi yo-
lu ilə istifadə edilməyən iş günləri miqdarının azaldılması; 
- iş  yerinin hazır və avadanlığın saz olmaması, elek-
trik enerjisinin və lazımi material və alətlərin olmaması və 
başqa təşkilat-texniki nöqsanlar üzündən növbə daxilində-
ki iş vaxtı itkisinin aradan qaldırılması; 
- əmək intizamının pozulması (işə gecikmək, fəhlələ-
rin  təqsiri  üzündən  boş  dayanmalar,  iş  vaxtı  qurtarmamış 
işi dayandırmaq) nəticəsində növbə daxilindəki iş vaxtı it-
kisinin aradan qaldırılması; 
- məhsulun zay edilməsi və yenidən işlənməsi, müəy-
yən  edilmiş  istehsal  texnologiyasından  kənara  çıxılması, 
lazımi ölçüdə materialların olmaması və iş vaxtının başqa 
qeyri-məhsuldar sərfi üzündən əmələ gələn iş vaxtı itkisi-
nin aradan qaldırılması. 
Deməli,  iş  vaxtından  istifadənin  effektliyi,  bir  tərəf-
dən, əməyin və istehsalın təşkilindən, hər bir iş yerində fa-
siləsiz  və  yüksək  məhsuldar  iş  üçün  lazımi  şərait  yaradıl-
masından  və  digər  tərəfdən,  istehsalda  əmək  intizamının 
və  fəhlələrin  əmək  şəraitinin  və  məişətinin  vəziyyətindən 
asılıdır. 


 
 
121 
İş  vaxtından  daha  yaxşı  istifadə  olunması  müəssisə-
lərdə  əmək  məhsuldarlığının  yüksəldilməsi  üçün  çox  bö-
yük ehtiyat mənbəyidir. 
Məhsul vahidinin əmək tutumluğu hətta əvvəlki kimi 
saxlansa  da  iş  vaxtı  itkisinin  azaldılması  nəticəsində  hər 
bir fəhləyə düşən məhsul buraxılışı xeyli artırıla bilər. 
Əmək  məhsuldarlığının  səviyyəsini  müəyyən  edən 
üçüncü qrup amillər müəssisədə kadrların səmərəli yerləş-
dirilməsi ilə əlaqədardır. Buraya aşağıdakılar aiddir:  
- inzibati-idarə işçiləri sayının azaldılması və işindən 
azad olunan işçilərdən bilavasitə istehsalatda istifadə edil-
məsi (bu, müəssisənin hər bir işçisinə düşən məhsul isteh-
salının artmasına kömək edir); 
-  yardımçı  və  köməkçi  fəhlə  sayının  azaldılması  he-
sabına əsas istehsal fəhlələrinin xüsusi çəkisinin artırılma-
sı (bu, fəhlənin hər nəfərinə düşən istehsalın artmasına im-
kan verir); 
- fəhlələrdən, onların ixtisasına və istehsal təcrübəsi-
nə  müvafiq  surətdə  istifadə  edilməsi,  belə  ki,  bir  fəhlə  öz 
qabiliyyətindən  asılı  olaraq  maksimum  məhsul  istehsal 
edə bilsin; 
-  işçi  qüvvəsi  axınının  ləğv  edilməsi,  müəssisələrdə 
daimi fəhlə və mütəxəssis kadrların yaradılması. 
Qabaqcıl müəssisələrin təcrübəsi göstərir ki, müəssi-
sədə  olan  kadrlardan  daha  səmərəli  istifadə  olunmasının 
təmin edilməsi, əmək məhsuldarlığının daha da yüksəldil-
məsi üçün böyük ehtiyat mənbəyi təşkil edir. 
Əmək  məhsuldarlığını  yüksəltmək  uğrunda  aparılan 
əsas istiqamətlər aşağıdakılardır: 
1.  Texniki  tərəqqi  və  istehsalın  texniki  səviyyəsinin 
yüksəldilməsi.  Müəssisələrdə  əmək  məhsuldarlığının  su-


 
 
122 
rətlə  artmasının  maddi  əsası  və  başlıca  mənbəyi  texnika-
nın arası kəsilmədən tərəqqi etməsidir. 
2. Texniki tərəqqi – istehsal texnikasının arası kəsil-
mədən  yeniləşdirilməsi  və  müəssisələrdə  maşın  və  ava-
danlıq  parkının  təkmilləşdirilməsi.  Texniki  tərəqqinin  ən 
əsas  yollarından  biri  istehsal  proseslərinin  mexanikləşdi-
rilməsi  və  avtomatlaşdırılmasından,  əl  əməyinin  maşınla 
əvəz edilməsindən ibarətdir.  
3.  Texniki  tərəqqi  istehsalın  hərtərəfli  elektrikləşdi-
rilməsi əsasında həyata keçirilir. Elektrik, iş maşını və me-
xanizmlərini  hərəkətə  gətirmək  üçün  əsas  enerji  mənbəyi 
vəzifəsi görür.  
4.  Kadrların  mədəni-texniki  səviyyəsinin  və  ixtisası-
nın  artırılması.  Sənaye  durmadan  yeni  texnika  ilə  təchiz 
edilir.  
5.  İstehsalın  təşkilinin  yaxşılaşdırılması.  Texnika  və 
kadrlardan istifadənin effektliliyi onların istehsal prosesin-
də əlaqələndirilməsi və istehsalın təşkil edilməsi metodla-
rından həlledici dərəcədə istifadəsi.  
6. Əmək intizamının möhkəmləndirilməsi və iş vax-
tından  səmərəli  surətdə  istifadə  edilməsi.  Əməyin  təşkil 
edilməsi – bunun da əsasını yoldaşlıq əməkdaşlığı və qar-
şılıqlı yardım münasibətləri təşkil edir – istehsal prosesin-
də bütün  əmək və  maddi vasitələrdən ən səmərəli surətdə 
istifadə etmək və yüksək əmək intizamı yaratmaq üçün ge-
niş imkanlar açır.  
7. Texniki normalaşdırmanın və əmək haqqının təşki-
linin  qaydaya  salınması.  Əmək  məhsuldarlığının  artması 
normalaşdırmanın  və  əmək  haqqının  təşkilindən  xeyli 
dərəcədə uzlaşdırmaq.  
8.  Əmək  məhsuldarlığının  yüksəldilməsinin  mühüm 
amillərindən  biri  də  zəhmətkeşlərin  maddi  rifah  halının 
surətlə yaxşılaşdırılmasıdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə