Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

 
 
108 
Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-sa-
tış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.  
Şagirdlər kateqoriyasına fərdi və briqada (qrup) şək-
lində  həm  bilavasitə  müəssisənin  özündə  hamilik  yolu  ilə 
və  həm  də  başqa  məktəblərə  ezamiyyə  olunmaqla  fəhlə 
peşəsinə yiyələnən gənclər aid olunurlar. Bu kateqoriyaya 
habelə  müəssisənin  balansında  olan  texniki-peşə  məktəb-
lərinin şagirdləri də daxil edilir. 
Kiçik  xidmətedici  heyətə  inzibati-idarə  binalarına 
qulluq edən xadimələr, süpürgəçilər, minik avtomobilləri-
nin sürücüləri, kuryerlər , paltar asanlar və s. işçilər aiddir.  
Mühafizə  işçilərinə  isə  müəssisənin  gözətçiləri  və 
yanğından mühafizə işçiləri aid edirlər.  
Müəssisə qeyri-istehsal sahələrində çalışan işçilər is-
tehsal heyətinə aid etmirlər.  Bu  qəbildən olan işçilərə  ya-
şayış binalarına, səhiyyə məntəqələrinə, uşaq bağçalarına, 
klublara,  yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil 
olunurlar.  Bundan  məqsəd  istehsal  işçiləri  ilə  istehsal  xa-
rakterli işçiləri icra etməyənlər arasındakı optimal say nis-
bətini müəyyənləşdirməkdir. 
İstehsal işçilərinin peşə-ixtisas tərkibinə gəlincə o, hər 
bir  müəssisənin  özünəməxsus  xarakterindən  asılı  olaraq 
fərqlənir.  Məsələn,  metallurgiya üçün səciyyəvi olan peşə-
ixtisas  işçisi  poladəridən  və  polad  yayandırsa,  toxuculuq 
üçün-əyirici  və  toxucu,  kimya  müəssisələrində  aparatçı  və 
operator,  maşınqayırma  üçün  tornaçılar,  dəmirçilər,  çilin-
gərlər və s.-dir. Bütün bu müxtəliflik müəssisənin texnoloji 
özünəməxsusluğundan  irəli  gəlir.  Texnoloji  əməliyyatları 
icra sahiblərinin xüsusi hazırlığı tələb olunur. 
Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kva-
lifikasiya)  üzrə  təsnifləşdirilməsi  onun  (müəssisənin)  is-


 
 
109 
tehsal strukturunda, texniki bazasında və işçilərinin mədə-
ni-texniki səviyyələrində baş verən dəyişikliklərin öyrənil-
məsində böyük əhəmiyyət kəsb edir. Hər bir istehsal sahə-
sində  baş  verən  əmək  bölgüsü  elmi-texniki  işləmələrin 
istehsala  tətbiqi  və  bununla  əlaqədar  olaraq  müxtəlif  iş 
növlərinin  yaranması  və  həmin  işlərin  yerinə  yetirilməsi, 
onlardan müəyyən nəzəri və empirik biliklər tələb edir ki, 
bunlar da öz əksini müxtəlif peşələrdə tapır.  
Peşənin tərkibində isə əlavə bilik və vərdiş tələb edən 
ixtisaslar  formalaşır.  Məsələn,  çilingər  peşəsi  müxtəlif 
çilingər  ixtisaslarına,  çilingər-yığıcı,  çilingər-alətçi,  çilin-
gər-təmirçi və s. bölünür. İxtisas isə öz tərkibində müxtəlif 
ixtisas dərəcələrini birləşdirir. Yerinə yetirilən işin mürək-
kəbliyi,  dəqiqliyi,  məsuliyyəti  müəyyən  bilik,  vərdiş  və 
bacarıq  tələb  edir.  Bundan  asılı  olaraq  fəhlələrə  ixtisas 
dərəcələri  verilir.  İxtisas  dərəcəsinin  mühüm  tərkib  hissə-
ləri  fəhlənin  ümumi  təhsili,  texniki  hazırlıq  səviyyəsi  və 
müəyyən ixtisas üzrə onun praktiki vərdişləridir. 
İstehsalın  texniki  səviyyəsi  yüksəldikcə,  istehsala 
daha  mütərəqqi  və  mürəkkəb  maşınlar  tətbiq  olunduqca, 
texnoloji istehsal üsulu təkmilləşdirildikcə, fəhlənin ixtisas 
dərəcələrinə tələblər də çoxalır. 
Fəhlələr ixtisas dərəcələrinə görə qrupa bölünür: ixti-
sassız  (ixtisas  dərəcəsi  olmayan),  az  ixtisaslı,  ixtisasın 
yüksək ixtisas dərəcəli. 
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb etmə-
yən işlərin icrası ixtisas dərəcəsi olmayan, başqa sözlə, ix-
tisassız fəhlələr tərəfindən yerinə yetirilməlidir. 
Az  ixtisas  dərəcəsi  fəhlənin  xüsusi  hazırlıq  keçmə 
müddəti  cəmisi  bir  neçə  həftə  ərzində  baş  verə  bilər.  Bu 


 
 
110 
qəbildən olan fəhlələrin icra etdikləri iş o qədər də mürək-
kəb olmur. 
İxtisas  dərəcəsi,  başqa  sözlə,  ixtisaslı  fəhlələrin  ha-
zırlanması 2-3 il müddətində vaxt tələb edir. 
Yüksək  ixtisas  dərəcəli  fəhlələrin  hazırlanmasında, 
onlara  nəzəri  biliklərlə  yanaşı  müəyyən  iş  təcrübəsinin 
formalaşması da zəruri əhəmiyyət daşıyır. Belə fəhlələr isə 
nisbətən daha uzun müddətli vaxt ərzində formalaşır.  
İstehsal sahəsində elmi-texniki tərəqqinin təsiri altın-
da,  tədricən  olsa  da,  yuxarıda  göstərilən  ixtisas  dərəcələri 
arasında  ixtisassız  fəhlələrin  sayı  azalmağa  doğru  meyl 
edir, yüksək ixtisas dərəcəli fəhlələrin sayı isə artır. 
Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı 
olan  fəhlələrin    sayca  çox  olması  o  deməkdir  ki,  həmin 
sahədə  elmi-texniki  tərəqqinin  nailiyyətləri  lazımınca 
tətbiq  olunmur,  köməkçi  işlərin,  yükləmə-boşalma,  təmir 
və s. – nin mexanikləşdirmə səviyyəsi aşağıdır. 
 
5.2. Müəssisənin kadrlara tələbatının hesablanması və 
hazırlanmasının formaları 
 
Müəssisə iqtisadiyyatının və habelə istehsal heyətinin 
idarə  edilməsinin  mühüm  məsələlərindən  biri  də  kadrlara 
tələbatın düzgün müəyyən olunmasıdır. Bu iş əməyin nor-
malaşdırılmasına  və  həmin  məsələnin  həllində  konkret 
olaraq vaxt norması, istehsal norması, xidmət norması, say 
norması,  idarəetmə  həddi  kimi  normaların  tətbiqinə  əsas-
lanmalıdır. 
Müəssisədə  işçilərin  plan  sayını  aşağıdakı  kimi  he-
sablayırlar: 
İ
pl
=İi-∑İ
q
 
Burada, İ
pl
 – işçilərin plan sayı; 


 
 
111 
   İi – plan iş həcminin yerinə yetirilməsi üçün zəru-
ri olan işçilərin  sayı; 
    İ
q
 – əmək məhsuldarlığının yüksəldilməsi hesabı-
na iş qüvvəsinə qənaətdir. 
Digər 
bir  metod  plan  tapşırıqlarının  yerinə 
yetirilməsi  üçün  işçilərin  sayının  hesablanmasıdır.  Bunun 
üçün aşağıdakı düsturdan istifadə olunur: 
İ
i


x Ə
ip
 
Burada, İ
b
 – bazis ilində işçilərin sayıdır; 
     Ə
ip 
–  plan  ili  üçün  istehsal  proqramının  artması 
əmsalıdır; 
T.Hüseynovun [19] fikrincə, sonuncu metod nöqsan-
lıdır. Çünki plan ili üçün hesablamada bazis ilinin işçiləri-
nin  sayının  müəyyən  edilməsində  yol  verilən  səhvlər  və 
onlardan  (işçilərdən)  necə  istifadə  olunması,  daha  doğru-
su, həmin sayın keçən il üçün nə qədər real olub-olmaması 
plan ili üçün (keçmişdə yol verilən səhvlər) bir növ qanu-
niləşdirilir. 
Normalaşdırılması  mümkün  olan  və  olmayan  işlər 
üçün  iş  qüvvəsinə  tələbatın  hesablanması  qaydaları  bir-
birindən fərqlənir. 
Normalaşdırılan işlərdə məşğul olacaq istehsal işçilə-
rinə  tələbatın  hesablanması  –  müəyyən  peşə  və  ixtisaslar 
üzrə – iş vaxtının sərfi əsasında aparılır. Normallaşdırılan 
vaxt məsrəfi istehsal proqramında istehsalı nəzərdə tutulan 
hər  məmulat  növü  üzrə  ayrı-ayrılıqda  hesablanır,  onlar 
sonradan cəmlənir. Bununla yanaşı vaxt norması müəyyən 
edilərkən, plan ilində əmək məhsuldarlığının yüksəldilmə-
si,  fəhlələrin  sayına  tələbatı  azaldan  bir  amil  kimi  nəzərə 
alınır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə