Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   86

 
 
136 
əmək haqqı formasında əmək haqqının miqdarı fəhlənin ix-
tisas dərəcəsindən və sərf etdiyi iş vaxtından asılıdır. 
Vaxtamuzd əmək haqqı forması istehsalın xüsusiyyə-
tindən  asılı  texniki  cəhətdən  əsaslandırılmış  istehsal  nor-
malarının  müəyyən edilməsi  mümkün olmayan işlər üzrə, 
habelə  işəmuzd  əmək  haqqı  sisteminin  tətbiq  edilməsi 
iqtisadi cəhətdən sərfəli olmayan sahələrdə tətbiq edilir. 
Əməyin  vaxtamuzd  ödəniş  formasında  işçinin  əmək 
haqqı onun tərəfindən istehsalda işlənmiş vaxta və müva-
fiq ixtisas dərəcəsinin tarif maaşına görə hesablanır. Əmə-
yin ödənişinin vaxtamuzd formasının, məhsul istehsalı ar-
tımının fəhlənin özündən deyil, avadanlıqdan asılı olduğu 
və habelə əməyin normalaşdırılmasının mümkün olmadığı 
iş yerləri və sahələrində tətbiq edilməsi həm zəruri və həm 
də məqsədəuyğundur. 
Əməyin  ödənilməsinin  vaxtamuzd  sistemi  iki  ödəniş 
formasını – sadə vaxtamuzd və mükafatlı vaxtamuzd – özün-
də birləşdirir.  
Əməyin  ödənilməsinin  sadə  vaxtamuzd  formasında 
fəhlənin əmək haqqının məbləği onun saatlıq tarif maaşını 
iş  növbəsindəki  saatların  və  aydakı  iş  günlərinin  sayına 
vurmaqla müəyyən edilir. 
Əməyin  ödənilməsinin  mükafatlı  vaxtamuzd  forma-
sında fəhləyə (işçiyə) işlədiyi vaxta və tarif maaşına görə 
ödənilən əmək haqqından əlavə hər hansı bir işi ilə əlaqə-
dar (məsələn, material qənaət) mükafatı da ödənilir. 
Vaxtamuzd  işləyən  fəhlələrin  çox  hissəsinə  və  mü-
həndis-texnik  işçilərin  və  qulluqçuların  xeyli  hissəsinə 
mükafatlar verilir. 
Mükafatlı  sistemlər  əsas  etibarı  ilə  vaxtamuzd  əmək 
haqqı  verilən  işlər  üzrə  tətbiq  edilir;  çünki  burada  əməyin 


 
 
137 
normalaşdırılması  mümkün  olmadığından  və  ya  həmin  iş 
növünün məqsədi əsas istehsal işçisinə köməkdən ibarət ol-
duğundan işəmuzd əmək haqqı tətbiq edilə bilmir. İstehsal 
sexlərinin  ixtisaslı  köməkçi  fəhlələri  (maşınsazlayan  fəh-
lələr,  təmir  çilingərləri  və  elektriklər,  elektrik  kranları 
maşinistləri və s.) istehsalın normal gedişi üçün mühüm işçi 
qrupunu təşkil edərək, onlar mürəkkəb və kompleksli işləri 
yerinə  yetirirlər  ki, bu  da onların əməyini  mahiyyət etibarı 
ilə mühəndis-texniki işçilərinin əməyini yaxşılaşdırır. 
Bazar  iqtisadiyyatına  keçid  şəraitində  müəssisədə 
əməyin  ödənilməsinin  təkmilləşdirilməsində  əsas  diqqət 
əmək haqqının forma və sistemlərinin düzgün və səmərəli 
tətbiqinə yönəldilməlidir. 
Əməyin  ödənilməsinin  forma  və  sistemlərinin  tək-
milləşdirilməsi  fəhlələrin  öz  işlərinin  keyfiyyət  göstərici-
lərini  yaxşılaşdırmaqla  maddi  cəhətdən  maraqlı  olmaları, 
istehsal prosesində istifadə edilən xammal və materiallara 
qənaətlə  və  istehsal  normasını  artıqlaması  ilə  yerinə 
yetirmələri  məqsədilə  onların  əməyinin  ödənilməsinin 
rolunu yüksəltmək istiqamətində aparılmalıdır. 
 
5.5. Əməyin ödənilməsi fondu və onun növləri 
 
Ayrı-ayrı müəssisə, sex və ya sahə üçün əmək haqqı 
fondunun istehsal fəaliyyətinin ümumi yekunları ilə ölçül-
məsi deməkdir. Buna görə də əmək haqqı fondunun isteh-
salın həcminə görə planlaşdırılması və əmək haqqı fondu-
nun sərf edilməsi üzərində ciddi nəzarət qoyulması xüsusi 
ilə vacibdir. 
Müəssisə  və  ya  sex  üzrə  əmək  haqqı  fondu,  əməyə 
görə  bölüşdürmək  üçün  plan  üzrə  verilən  və  müəyyən 
dövr  (ay,  kvartal,  il)  ərzində  istehsal  tapşırığının  yerinə 


 
 
138 
yetirilməsi üçün kifayət edən və lazım olan pul vəsaitinin 
ümumi məbləğindən ibarətdir.  
Müəssisə, sex və  sahədə  əmək  haqqının plan fondu, 
istehsal  normalarının  (xidmət  ştatının),  tarif  maaşlarının 
və əmək haqqı sistemlərinin layihələşdirilən səviyyədə ol-
ması tam şərti ilə, istehsal planı tapşırıqlarının tam  yerinə 
yetirilməsi  üçün  plan  dövründə  veriləcək  əmək  haqqı 
məbləğlərinin hesablanması yolu ilə müəyyən edilir.  
Deməli, əmək haqqı fondu və orta əmək haqqı sex və 
ya  müəssisənin  əmək  planında,  istehsal tapşırığının  əmək 
tutumluğu,  əmək  məhsuldarlığının  səviyyəsi,  işləyənlərin 
sayı,  onların  peşə  və  ixtisaslar  üzrə  tərkibi,  mövcud  tarif 
şərtləri,  əmək  haqqı  sistemləri  və  əmək  qanunları  ilə 
müəyyən edilən kəmiyyətlərdir. 
Plan  hesablanarkən  əmək  haqqı  fondu  və  orta  əmək 
haqqı zəhmətkeşlərin hər bir qrupu üzrə, yəni fəhlələr, şa-
girdlər,  mühəndis-texnik  işçilər,  qulluqçular  və  kiçik  xid-
mətçi heyət üzrə ayrıca olaraq müəyyən edilir. 
Əmək haqqı plan və hesabat fondunu fərqləndirirlər. 
Əmək  haqqının  hesabat  fonduna  müəssisə  tərəfindən  hə-
min dövr ərzində istər siyahıda olan fəhlə və qulluqçulara, 
istərsə  də  müəssisənin  siyahısında  olmayan  şəxslərə  veri-
lən bütün əmək haqqı məbləğləri aid edilir. Maliyyələşdir-
mənin hər hansı bir mənbəyi hesabına verilməli olan əmək 
haqqı məbləğləri burada uçota daxil edilir.  
Planlaşdırma və uçot işlərini sadələşdirmək məqsədi-
lə  fəhlələrin  saatlıq,  günlük,  aylıq  və  illik  əmək  haqqı 
fondları fərqləndirilir ( sxem 2).  
 
 
 


 
 
139 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 2. Əmək haqqı fondunun qurulu 
 
1
. İşəmuzd işləyən fəhlələrə əsas işə-
muzd  qiymətlər  üzrə  verilən  əmək 
haqqı. 
 2. Mütərəqqi işəmuzdla işləyən fəh-
lələrə  əsas  işəmuzd  qiymətlər  üzrə 
verilən əmək haqqı. 
3.İşəmuzd işləyən fəhlələrə mütərəq-
qi–işəmuzd  sistem  üzrə  verilən 
əlavələr 
4.Vaxtamuzd  işləyən  fəhlələrə  tarif 
maaşı üzrə verilən əmək haqqı. 
5.İşəmuzd  və  vaxtamuzd  işləyən 
fəhlələrə verilən mükafatlar. 
6.  İşdən  azad  olmayan  briqadirlərin 
əmək haqqı. 
7.İstehsalatda  şagirdlərin  ödənilməsi 
üçün  fəhlələrə verilən haqqı. 
 
 
Saatlıq  
əmək  
haqqı 
fondu 
 
 
Günlük 
 əmək  
haqqı  
fondu 
Aylıq  
(illik)   
əmək  
haqqı  
fondu 
 
 
 
 
 
 
 
 
 
 
Aylı
q  
(illik
)   
əmə
k  
haqq
ı  
fond

1.
 
Qanula müəyyən edilmiş hallarda növbə 
daxili fasilələr üçün verilən haqq. 
2.
 
İş vaxtından kənar işlənmiş saatlar üçün 
verilən əlavə haqq. 
3.
 
Qısaldılmış iş günü üçün yeniyetmələrə 
verilən əlavə haqq və s. 
1.
 
Məzuniyyətlər zamanı verilən əmək haqqı. 
2.
 
Qanunla müəyyən edilmiş hallarda bütövgünlük işsiz 
dayanmalar və işdə əmələ gələn fasilələr üçün verilən 
əmək haqqı. 
3.
 
Uzun müddətli xidmətə görə və işdən çıxarılma haqqı 
və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə