Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

 
 
143 
plan dövründə məmulatın əmək tutumluğunun aşağı salın-
ması üzrə müəyyən edilmiş tədbirlər nəzərə alınmalıdır.  
Yardımçı  sexlərdə  işəmuzd  sistemlə  işləyən  fəhlələ-
rin əmək haqqı fondunu da həmin üsulla, yəni texniki nor-
malaşdırma  məmulatlarına  və  sexin  istehsal  proqramına, 
əsasən, müəyyən etmək daha düzgündür. 
Vaxtamuzd  əmək  haqqı  alan  fəhlələr  üçün  tarif  üzrə 
əmək haqqı fondu, vaxtamuzd işlər üçün lazım olan vaxtın 
miqdarına  (saat hesabı ilə) əsasən müəyyən edilir; burda 
həmin işlərin tarifləri nəzərə alınır. Lazım olan iş saatının 
miqdarı, istifadə edilən avadanlığın xarakterinə, əsasən, iş 
yerlərinə  görə  və  ya  müəyyən  edilmiş  xidmət  normaları 
üzrə müəyyən olunur. 
Tarif  üzrə  ödənişlər  fonduna  mütərəqqi  sistem  üzrə 
işəmuzd işləyən fəhlələrə verilən əlavə haqqlar və habelə, 
mükafatlar əlavə edilir. Mütərəqqi sistem üzrə əlavə haqq-
lar normaların planda qəbul edilmiş artıqlaması ilə yerinə 
yetirilməsi  faizinə,  əsasən,  hesablanır.  Bu  qayda  vax-
tamuzd  əmək  haqqı  alan  fəhlələrə  verilən  mükafatlara  da 
aiddir. 
Mühəndis-texnik  işçilərinə  əmək  haqqı  fondu  müəy-
yənləşdirilmiş tapşırıqların yerinə yetirilməsi üçün verilən 
mükafatların,  istehsalat-texnika  təhsili  haqqının,  bayram 
günlərində  işləməyə  görə  və  müvəqqəti  əvəzetməyə  görə 
verilən haqların məbləğindən ibarətdir. Gözətçilərin, kiçik 
xidmətedici heyətin və şagirdlərin əmək haqqı fondu vəzi-
fə maaşlarını, gecə işi üçün və bayram günləri üçün işləni-
lən  vaxt  üçün  verilən  əlavələri  özünə  daxil  edir.  Qeyri-
sənaye  heyətli  işçilərinin  əmək  haqqı  fondunun  hesablan-
masının  tarif  və  vəzifə  maaşına  görə  hesablanır.  Qulluq-
çuların və mühəndis-texnik işçilərin əmək haqqı fondu ştat 


 
 
144 
cədvəli və vəzifə maaşlarına, əsasən, başlıca olaraq, vaxta-
muzd əmək haqqı alan fəhlələr üçün tətbiq edilən üsullarla 
müəyyən edilir. 
Müəssisələrin fəhlələrinə, mühəndis-texnik işçilərinə, 
qulluqçularına  və  başqa  işçilərinə  verilməli  olan  əmək 
haqqından başqa ümumi əmək haqqı fondu planına, müəs-
sisənin  siyahı  (ştat)  tərkibində  olmayan  şəxslərə  müəs-
sisəyə  göstərdikləri  xidmət  üçün  veriləsi  əmək  haqqı  da 
daxil edilir. Buraya  əsas istehsalla əlaqədar olmayan nəq-
liyyat,  təmizlik,  təmir,  qısamüddətli  işlər,  təsadüfi  yüklə-
mə-boşaltma işləri və sair işlər üçün kənar şəxslərə verilən 
birdəfəlik, təsadüfi ödənişlər daxil edilir. 
Həmin  fond  hesabına  müəssisənin  daimi  işçilərinə 
aidiyyəti olan işlər ödənilə bilməz (çünki bu işləri müəssi-
sənin daimi işçilərinin özləri görməlidirlər), bu fondun he-
sabına əlavə daimi (ştat) işçilər də saxlanıla bilməz. 
Beləliklə, əmək üzrə istehsal planının həcminə və xa-
rakterinə,  əsasən,  hər  bir  müəssisə  üçün  istehsal  smetası-
nın bir hissəsi olmaq etibarilə əmək haqqı  fondunu müəy-
yən edir. Əmək haqqı fondu planın yerinə yetirilməsi üçün 
lazım  olan  işçilərin  sayı  ilə,  onların  ixtisası  və  əməyinin 
haqqının ödənilməsi şərtləri ilə müəyyən edilir.  
Sex və ümumzavod xərclərinə daxil olan əmək haqqı 
məsrəfləri xüsusi diqqət tələb edir. Xidmətedici və kömək-
çi  sahələrdə  əməyin  təşkilinin  səviyyəsi  çox  zaman  əsas 
sexlərdəkinə  nisbətən  aşağı  olur  və  məhz  burada,  habelə 
inzibati-idarə xərcləri üzrə əmək haqı fonduna qənaət edil-
məsi üçün çoxlu ehtiyat mənbələri vardır. 
Əmək  haqqı  fonduna  qənaətin  ən  mühüm  şərti,  iş 
vaxtı  məsrəflərinə  qənaət  edilməsi  üzrə  təşkilat-texniki 
tədbirlərin planauyğun surətdə həyata keçirilməsi vasitəsi-
lə əmək məhsuldarlığının artırılmasından ibarətdir. 


 
 
145 
 FƏSİL 6. MÜƏSSİSƏNİN ƏSAS FONDLARI VƏ 
İSTEHSAL GÜCÜ 
 
6.1. Əsas fondların mahiyyəti, tərkibi, təsnifatı, onların 
qiymətləndirilməsi üsulları 
 
Maddi nemətlər istehsalı insan əməyinin istehsal va-
sitələri ilə birləşməsini tələb edir. İstehsal vasitələri isteh-
sal fondları formasında çıxış edərək, əmək vasitələrinə və 
əmək cisimlərinə bölünür.   
Əmək vasitələrinin köməyi ilə insan əmək cisimləri-
nə təsir göstərir. Əmək cisimləri isə insan əməyinin təsiri-
nə məruz qalır.  
Sənaye  müəssisələrində  istehsal  vasitələri  əsas  və 
dövriyyə  fondlarına  ayrılır,  yəni  istehsal  vasitələri  əmək 
vasitələrinə  (maşın,  alətlər,  dəzgahlar,  istehsalat  binaları 
və. s) və əmək cisimlərinə (xammal, material, yanacaq və s.) 
bölünməsi  və  müəssisə  vasitələrin  dövriyyəsindən  onların 
müxtəlif şəkildə iştirak etməsi təşkil edir. 
Əmək vasitələri istehsal əsas fondlarının maddi məz-
mununu, əmək cisimlərin isə dövriyyə istehsal fondlarının 
maddi əsasını təşkil edir.  
Əmək  vasitələri  və  əmək  cisimləri  məhsulun  hazır-
lanma prosesində müxtəlif rol oynayır. Əmək vasitələri is-
tehsal  prosesində  dəfələrlə  iştirak  edir,  öz  dəyərini  hazır-
lanmış  məhsulun  (işin,  xidmətin)  üzərinə  tədriclə  aşınma 
dərəcəsindən  asılı  olaraq,  hissə-hissə  keçirir  və  istehsal 
prosesində öz natural formasını saxlayır (dəyişmir).  
Əmək  cisimləri  isə  (xammal,  materiallar  və  s.)  bir 
istehsal  tsikli  ərzində  tamamilə  istehlak  olunur,  hazır 
məhsulu  yaratmaqla  özünün  natural  formasını    dəyişir, 


 
 
146 
hazır  məhsulun üzərinə birdən-birə tam keçirir və  hər bir 
istehsal tsiklindən sonra ödənilir. 
Müəssisənin istehsal fondları, qeyd olunan kimi, əsas 
fondlara və dövriyyə fondlarına bölünür. Bu bölgünün əsa-
sını  əmək  vasitələri  ilə  əmək  cisimləri  arasındakı  fərqlər 
təşkil edir ki, bunlar da aşağıdakı qatda da göstərilə bilər: 
1.
 
Əsas fondlar  
2.
 
Dövriyyə fondları 
Əsas fondlar:  
1.
 
Bir çox istehsal tsiklində iştirak edir. 
2.
 
Öz  dəyərini uzun  müddət  ərzində  hissələrlə  hazır 
məhsula keçirir. 
3.
 
İstehsal prosesində öz natural (istehlak) formasını 
saxlayır. 
Dövriyyə fondları: 
1.
 
Hər bir istehsal tsiklində tamamilə istehlak olunur. 
2.
 
Öz dəyərini bütövlüklə və birdən-birə  hazır  məh-
sula keçirir. 
3.
 
İstehsal prosesində öz natural (istehlak) formasını 
saxlamır. 
Beləliklə, əsas fondlar  müəssisənin istehsal fondları-
nın elə bir hissəsidir ki, bu hissə bir çox istehsal tsiklində 
iştirak  edir,  öz  dəyərini  hissə-hissə  hazır  məhsula  keçirir 
və istehsal prosesində öz natural formasını saxlayır. 
Müəssisənin  əsas  istehsal  fondlarına  hər  şeydən  əv-
vəl istehsal prosesində iştirak etmə xarakterindən asılı ola-
raq, istehsal və qeyri-istehsal əsas fondlara bölünür. İsteh-
sal  əsas  fondları    maddi  istehsal  sferasında,  qeyri-istehsal 
əsas fondları isə qeyri-istehsal sahələrində fəaliyyət göstə-
rirlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə