Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

 
 
171 
dəyişiklik  aparmaq,  qovşaq  və  hissələri  yenisi  ilə  əvəz 
etmək,  istehsal  əməliyyatlarını  mexanikləşdirmək  və  avto-
matlaşdırmaq  üçün  tərtibatlar  və  cihazlar  quraşdırmaqla 
onların istehsalın müasir texniki-iqtisadi səviyyəsinə cavab 
verən  vəziyyətə  gətirilməsi  deməkdir.  Əmək  vəsaitlərinin 
modernləşdirilməsi əsas fondların, binaların, əmək alətləri-
nin və hər şeydən əvvəl iş maşın və avadanlıqların müntə-
zəm surətdə təzələnməsi formasıdır. O, maşın və avadanlıq-
ların texniki səviyyəsinin yüksəldilməsini, işin iqtisadi gös-
təricilərinin  yaxşılaşdırılmasını  təmin  edən  bir  sıra  kons-
truksiya dəyişiklikləri etməyi nəzərdə tutur. Əmək vəsaitlə-
rinin  modernləşdirilməsi  əsas  fondların  mənəvi  aşınmasını 
qismən aradan qaldırmağa imkan verir.  
Əmək vasitələrinin kompleks mexanikləşdirilməsi və 
avtomatlaşdırılması  daha  mütərəqqi  texnoloji  proseslərin 
tətbiqi,  istehsalın  kompleks  mexanikləşdirilməsi  və  avto-
matlaşdırılması,  ixtisaslaşdırmanın  dərinləşdirilməsi  ilə  
birlikdə  həyata  keçirildikdə  xüsusilə,  əhəmiyyətli  olur. 
Əmək  vasitələrinin  modernləşdirilməsi  nəticəsində  ava-
danlıq kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış 
axın xəttinə  qoşulur, xüsusi texnoloji alət və tərtibatlarla 
təchiz olunur. Avadanlığın modernləşdirilməsi onun məh-
suldarlığını,  işinin  dəqiqliyini  və  aşınmaya  davamlılığını 
artırır, əmək şəraitini yaxşılaşdırır və s. Özü də əmək vasi-
tələrinin  modernləşdirilməsinə çəkilən  xərclər, adətən,  qı-
sa müddətdə ödənilir. İstehsalın texniki səviyyəsinin, onun 
intensivləşdirilməsinin yüksəldilməsində  əmək vəsaitləri-
nin modernləşdirilməsi mühüm rol oynayır.     
 
 


 
 
172 
FƏSİL 7. MÜƏSSİSƏNİN DÖVRİYYƏ  İSTEHSAL 
FONDLARI VƏ DÖVRİYYƏ VƏSAİTLƏRİ 
 
7.1. Dövriyyə  istehsal fondları, onun tərkibi, quruluşu 
və mahiyyəti 
 
Əmək  cisimləri  hər  bir  müəssisənin  işi  üçün  əmək 
vasitələri  qədər  məcburi  şərtdir.  Müəssisələrdə  əmək  ci-
simləri  dövriyyə  istehsal  fondları  şəklində  meydana  çıxır. 
Dövriyyə  istehsal  fondları  müəssisənin  maddi  –  əşya  ün-
sürlərinin elə bir hissəsidir ki, bunlar hər bir istehsal tsik-
lində tamamilə istehlak olunmuş məhsulun üzərinə keçirir 
və istehsal prosesində öz cinsi formasını dəyişirlər. Müəs-
sisələrin  dövriyyə  istehsal  fondları  daim  hərəkətdədir  və 
buna  görə  də  onlar  eyni  vaxtda  müxtəlif  formalarda  çıxış 
edirlər.  
Müəssisələrin dövriyyə istehsal fondlarını iki hissəyə 
bölmək  olar:  a)  istehsal  prosesinə  daxil  olmasını    hələ 
gözlənən  əmək  cisimləri;  b)  istehsal  prosesinə  artıq  daxil 
olmuş əmək cisimləri.  
Dövriyyə istehsal fondlarının birinci hissəsi əmək ci-
simlərinin istehsal ehtiyatlarını təşkil edir. Dövriyyə isteh-
sal fondlarının ikinci hissəsi isə həmin müəssisədə əməklə 
artıq birləşmiş və hələ hazırlanıb qurtarmamış – bitməmiş 
məhsul  şəklində  olan  əmək  cisimlərindən  ibarətdir.  Hazır 
məhsul  isə  dövriyyə  istehsal  fondlarına  deyil,  tədavül 
fondlarına aid edilir. 
İstehsal ehtiyatlarının əsas hissəsini xammal və mate-
riallar təşkil edir. Xammal deyərkən hasil edici sənayenin 
və  kənd  təsərrüfatının  verdiyi  məhsul,  məsələn,  müxtəlif 
filizlər, qeyri-filiz qazıntılar, pambıq, kətan, yun və s. nə-
zərdə tutulur. Material dedikdə isə sənayedə emaldan keçi-


 
 
173 
rilmiş  olan,  məsələn,  metal  prokatı,  taxta-şalban  və  parça 
kimi əmək cisimləri nəzərdə tutulur. 
Materialların  heç  də  bütün  növləri  müəssisədə  hazır 
məhsulun  yaranmasında eyni dərəcədə iştirak etmir. Bun-
lar  istehsal  prosesində  iştirak  etmələri  xarakterinə  uyğun 
olaraq  əsas  və  köməkçi  materiallara  bölünür.  Hazırlanan 
məhsulun əsas məzmununu təşkil edən materiallar (məsə-
lən, maşınqayırma zavodunda metal) əsas materiallara aid 
edilir. 
Belə  ki,  metal  –  maşınqayırma  zavodlarında,  taxta  – 
şalban – mebel fabriklərində, gön – dəri – ayaqqabı fabri-
kində, xam neft və təbii qaz – neft və qazayırma zavodla-
rında əsas materialdır. 
Müəssisələrin belə bir xərcləri olur ki, bunlar hazırkı 
dövrdə (ildə, rübdə) sərf edilir (məsələn, kəşfiyyat və axta-
rış işlərinə),  lakin gələcək dövrlərdə  hazırlanacaq  məhsu-
lun (məsələn, hasil ediləcək neft və qazın) maya dəyərinə 
daxil edilir. Köməkçi materiala ya əmək vasitələrinin nor-
mal işləməsi üçün sərf edilən materiallar (məsələn, sürtgü 
yağları),  ya  əsas  materiala  qoşulan  materiallar  (məsələn, 
rənglər),  ya  da  əmək  prosesinin  özünə  kömək  edən  mate-
riallar  (məsələn,  sexin  ehtiyacı  üçün  lazım  olan  material-
lar) aid edilir. 
Dövriyyə  fondları  tərkibində  yanacaq  ayrıca  uçota  
alınır.  Həmçinin  satın  alınan  yarımfabrikatlar,  istehsalın 
kooperativləşdirilməsi  yolu ilə alınan və həmin  müəssisə-
də hələ istehsal prosesinə daxil edilməyən detallar və bağ-
lamalar  istehsal  ehtiyaclarında  olan  dövriyyə  fonduna  aid 
edilir. Tara materialları və tara, habelə əsas fondların cari 
təmiri  üçün  lazım  olan  ehtiyat  hissələri  də  müəssisədə  is-
tehsal  ehtiyatları  şəklində  olan  dövriyyə  fonduna  daxil 
edilir. Az qiymətli və tez işlənib xarab olan, yəni bir ildən 


 
 
174 
artıq işlədilə bilməyən və az qiymətli olan alətlər və təsər-
rüfat inventarı da planlaşdırma və uçot praktikasında  döv-
riyyə fondlarının tərkibinə daxil  edilir. İstehsal prosesində 
gördükləri işin xarakterinə  görə  bu növ istehsal vasitələri 
əsas fondlara aid edilməli idi. Lakin uçot işlərini və maliy-
yələşdirmə qaydalarını sadələşdirmək üçün bunlar dövriy-
yə fondlarına daxil edilir. 
İstehsal  prosesində  olan  dövriyyə  istehsal  fondlarına 
bitirilməmiş istehsal, müəssisənin özündə hazırlanan  yarım-
fabrikatlar və gələcək dövrlərin bəzi xərcləri, o cümlədən ye-
ni məhsul istehsalının mənimsənilməsi üçün çəkilən xərclər 
daxil  edilir.  Müəssisənin  bir  sexində  hazırlanan  və  sonra 
yenə  həmin  müəssisənin  başqa  sexlərində,  yaxud  başqa 
müəssisələrdə  əlavə  işlənib  hazırlanmalı  olan  məhsullar 
müəssisənin özündə hazırlanmış yarımfabrikatların tərkibinə 
daxildir.  Məsələn,  tam  metallurji  tsiklinə  malik  olan  me-
tallurgiya  zavodunda  həmin  zavodun  istehsal  etdiyi  çuqun 
və  polad  yarımfabrikat  sayılır,  çünki  bu  məhsullar  sonra 
yenə  həmin  zavodda  bir  daha  emala  uğrayır.  Əyirici  və 
toxuculuq  sexi  olan  toxuculuq  fabrikində,  istifadə  edilmək 
üçün  toxuculuq sexinə verilən iplik də yarımfabrikatdır. 
Bitirilməmiş  istehsal  dedikdə  hər  hansı  momentdə 
sexdə  ya  iş  yerində  (dəzgahlarda,  aqreqatlarda  və  sairdə) 
işlənib hazırlanma prosesində olan, yaxud iş yerində işlə-
nib hazırlanmağı gözləyən əmək cisimləri nəzərdə tutulur. 
Beləliklə, bitirilməmiş istehsalın yarımfabrikatlardan fərqi 
ondan ibarətdir ki, yarımfabrikatlar həmin  sexdə tamami-
lə  işlənib  qurtarmış  olan  məhsuldur,  bitirilməmiş  istehsal 
isə hələ işlənib hazırlanmaq prosesində olan məhsuldur. 
Sənaye  müəssisələrinin  dövriyyə  istehsal  fondlarının 
tərkibini 3№-li sxemdən görmək olar. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə